Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim - ÖZƏL

“Ermənilər əsrlər boyu bizə qarşı məkrli siyasət yürüdüblər. Elə buna görə də doğma dədə-baba yurdumuz olan İrəvandan bizi didərgin saldılar. Onların əsas məqsədi də o torpaqları alıb təmizləmək, sırf erməniləşdirmək, Azərbaycanın bir parçasını qopartmaq idi. 1987-ci ildən İrəvanda artıq mitinqlər başlamışdı. Əsrin əvvəlində onlar artıq Ermənistan dövlətini yaratdılar, İrəvan tamamilə zəbt olundu. 1988-ci ildə də bunun davamı gəldi. Öncə Sumqayıtda olan erməniləri qırmağı qarşılarına məqsəd qoydular. Biz də tərs kimi həmin günə təsadüf etdik. Həmin gecənin səhəri ermənilər Qərbi Azərbaycanda nə qədər rayonlar varsa, hamısının sakinlərini döyüb-öldürüb kəndlərinə yola salırdılar”
Bunu Moderator.az -a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktrisası Səmayə İsmayılova deyib. O daha sonra əlavə edib:

“Həmin gün yoldaşımla yas mərasimindən gəlirdik. Elektrik qatarında idik, gecə saat 11 idi. Gəlib düşdük öz rayonumuzun vağzalında. Ermənilər soruşdular ki, hara gedirsiniz? Dedik ki, Hollavara gedirik. Yoldaşım da məndən bir az qabaqda idi. Soruşdular ki, sən türksən? Dedim ki, bəli, lap yekəsindən. Bu sözü deyəndə ermənilərin hamısı üstümə töküldü. Orada 100 adam var idi bəlkə də. Ona kimi həyat yoldaşım da yanıma gəldi. Dedi ki, bu mənim xanımımdır, siz neynirsiz? Yoldaşım gələndə onlar arxaya çəkildilər. Həmin anda bir erməni mənim qolumdan elə tutdu ki.. Özümdən biixtiyar olaraq elə qışqırdım ki.. Nə yerdəydim, nə də göydə.. Qolumdan tutan həmin erməni öz dilimizdə mənə dedi ki, sən burada neynirsən köpək qızı? Birdən baxdım ki, bu mənim atamın o vaxtkı dostu Kal Vazgendir.. Sən demə o vağzalda taksi sürürdü.. Dedim ki, yoldaşım qaldı, ona birdən nəsə edərlər.. Dedi ki, narahat olma, yoldaşım erməni dilində təmiz danışır, ona heç nə etməyəcəklər. Dedi ki, sən otur taksidə, qapını bağla, heç kimə açma, mən gedim yoldaşını gətirim. Gedib yoldaşımı da gətirdi.. O bizi ölümdən xilas etdi. Atamın, anamın ona verdiyi çörək qabağımıza gəldi. O vaxt 1915-1918-ci ildə erməni-müsəlman davası olanda, türklər gələndə onun anasını, bacısını, bu da qucaqlarında körpə olub, onu mənim rəhmətlik babam mağarda gizlədib, saxlayıb. Türklər gedəndən sonra onları üzə çıxarıb. O bəladan biz elə qurtardıq. Sonra İrəvandan Bakıya gəlməli idik. Uşaqlar da yanımızda idi. İrəvanda da hara gedirdiksə hərbçilər bizi müşahidə edirdilər. Martın 18-i günü idi. Bayram axşamı bütün azərbaycanlıların qapısına elanlar yapışdırdılar ki, rədd olun gedin, getməsəniz sizi yandıracağıq. Bizə polislər dedilər ki, yük-falan götürməyin, uşaqlarınızın əlindən tutub gedin qatara, çıxın Bakıya. Təsəvvür edin gəlmişik vağzala, axırıncı qəpiyimizi verib bilet almışıq. Nə suyumuz var, nə də çörəyimiz. Bizi indi dərd alıb ki, o dəhlizdən necə keçəcəyik? Gəldik Naxçıvana, camaat gətirib bizə su, çörək verdi. Merliyə çatanda qatarı bir günə qoydular ki.. Daş-qaya, əllərinə nə keçirdisə qatarın üstündən tökürdülər. Uşaqlarımı qatarın alt hissəsində yük qoyulan yerdə gətirdim. Bakıya bu cür zülmlərlə gəldik. Sonra ara sakitləşdi, camaatın əksəriyyəti geri qayıtdı, biz də qayıtdıq. Qayıtmaz olaydıq. İnanın hər dəqiqəmiz ölüm idi. Butulkanın içinə neft qoyub, ağzına da pambıq tıxayıb həyətimizə atırdılar. Göz verirdilər, işıq vermirdilər. Ordan da bir zülmlə avtobuslarla yığıb gətirdilər Cəlilabadın düzünə tökdülər. Sonra gəlib Bakıya çıxdıq. Bakıya gələndə bizə xəbər verdilər ki, İrəvandakı evinizi yandırıblar. Mənim də əlimdə evin sənədləri var idi. Hansı ki, o erməni ilə evimi dəyişirdim, özü ilə getdim İrəvana. Erməni gəlib mənim evimi görəndə diz üstə yerə çökdü. Dedi ki, mən bilirdim ermənilər faşistdirlər, amma bu qədər qaniçən, zülmkar, şərəfsiz olduqlarını təsəvvür etmirdim. Dedi ki, məni yerimdən-yurdumdan edəni yurdsuz qalsın. Gül kimi Bakıda yaşayırdım. O kişi Azərbaycanın ən məşhur memarı idi. Mən o evdə yaşaya bilmədim. Çox hadisələr yaşandı gözümün qabağında. Bacı-qardaşı lüt edib dəmir qutunun içinə salırdılar. Mən baxa bilmirdim o görüntülərə.. Havalanmışdım. Vəhşi heyvanı qəfəsə saldıqları kimi azərbaycanlılara elə zülm verirdilər.. Nələr etmirdilər ki.. Allah bizim üzümüzə baxdı..Bizim kəndimiz elə yerdə idi ki.. Çıxmaq mümkün deyildi.. Zəlzələ olmasaydı ordan bir azərbaycanlı salamat çıxmayacaqdı. Getsin o günlər gəlməsin. Bu gün həmin günlər mənə nağıl kimi gəlir. Allah heç kimə yaşatmasın.. Nələr görmədik ki.. Mən ordan bir çöp də gətirmədim. Allahın bu gününə şükürlər olsun. Ona görə çalışın sağlamlığınızı qoruyun” deyə sənətkar bildirib.

Oxşar xəbərlər
- 23 SAATLIQ ANTİTERROR əməliyyatından 2 İL ÖTÜR
19 sentyabr 2025 01:46
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 2025 16:12
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2025 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 2025 14:31
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 2025 11:52
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 2025 15:44
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 2025 12:26
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 2025 00:55
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 2025 17:43
Xəbər lenti
- 1000 hərbçinin cəsədi verildi və...
19 sentyabr 02:09
- 23 SAATLIQ ANTİTERROR əməliyyatından 2 İL ÖTÜR
19 sentyabr 01:46
- Yasamal RİH MKTB rəisinin 2 MİLYON VERGİ BORCU VAR
19 sentyabr 01:28
- Stalinin böyük xidmətini unutmamalıyıq. Stalinqrad şəhərinin adı qaytarılmalıdır –Putin
19 sentyabr 00:04
- Pul almışam, yaxşı eləmişəm - Daha bir direktorun səs yazısı yayıldı
18 sentyabr 23:41
- Azərbaycan millisi Moldovaya qalib gəldi
18 sentyabr 21:31
- Prezident mühüm sərəncam İMZALADI
18 sentyabr 18:23
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 16:12
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 15:55
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
Video & Fotoqalereya
Video
Fotoqalereya