Qardaş niyə bacısının toyu günü atasını öldürdü? -Təfərrüat

Bu ilin 29 may tarixində Bərdə rayonunun Mirzəcəfərli kəndində atasını qətlə yetirən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin məhkəməsi başa çatıb.
Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində K.Fərzəliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürmə, silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə təqsirləndirilib. Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisənin baş verdiyi gün həmin kənddə yerləşən “Muğan Məkan” şadlıq evində Kənan Fərzəliyevin bacısının toyu olub. Toyda o, spirtli içkilər qəbul edərək sərxoş olub. Toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən Kənanın dayısı ona yaxınlaşaraq daha içki qəbul etməməsini və dava salmamasını deyib. Lakin gənc oğlan dalaşaraq musiqiçilərə hücum edib və onların əyləşdikləri masanı aşırıb. Bundan sonra atası Bulud Fərzəliyev və dayısı Kənanı dilə tutmağa çalışıb. Kənanın bibisi oğlanları onu zorla şadlıq evindən kənarlaşdırıblar və maşına əyləşdirərək yaşadığı evə gətiriblər. Bu zaman Kənanın köynəyi də cırılıb. Onlar Kənanı evdə otağa salaraq qapını bağlayıblar. Kənan isə otaqdakı tüfəngi götürüb, daha sonra pəncərəni açaraq həyətə tullanıb və silahla bibisi oğlanlarına tərəf atəş açıb. Tüfəngdən çıxan qırmalar dəmir qapıya dəydiyindən xəsarət alan olmayıb. Bundan sonra Kənanın bibisinin övladları toyun keçirildiyi şadlıq evinə qayıdıblar. Kənan isə evdə qalaraq onu bacısının toyundan çıxaran atası ilə dayısının gəlməsini və uyğun şərait yaranan kimi onları qətlə yetirməyi planlaşdırıb. Saat 21 radələrində Kənanın atası Bulud Fərzəliyev, anası, bacıları və bibisi evə qayıdıblar. O, saat 23 radələrində uyğun şəraitin yarandığını düşünərək gizlətdiyi silahı götürərək atasının olduğu otağa daxil olub və tüfəngi ona tuşlayıb. Bu zaman anası və bibisi də oraya gəliblər və yalvarmağa başlayıblar. Bütün yalvarışlara baxmayaraq, Kənan Fərzəliyev silahı 52 yaşlı atasının ürək nahiyəsinə tuşlayaraq ona atəş açıb. B. Fərzəliyev aldığı xəsarətlərdən vəfat edib. Məhkəmədə K.Fərzəliyev törətdiyi əməldən peşman olduğunu deyib və əsas məqsədinin dayısını öldürmək olduğunu, onlara gəlmədiyindən acıqlı qaldığı atasından da qisas almaq istədiyini bildirib. Kənan Fərzəliyevin anası oğlunun gənc olmasını, daha əvvəl məhkum edilməməsini bildirərək onu bağışladığını deyib. Məhkəməyə təqdim edilən və ərazi üzrə icra nümayəndəliyindən alınmış xasiyyətnamədə isə K.Fərzəliyev yaşadığı ərazi üzrə mənfi xarakterli şəxs kimi göstərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr tarixli hökmü ilə K.Fərzəliyevə 17 il həbs cəzası verilib.
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 2025 21:37
- Bakıda DƏHŞƏT: 16 yaşlı oğul anasını hoteldə ÖLDÜRDÜ
28 avqust 2025 11:03
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 2025 20:37
- Paşinyanın 27 il əvvəlki yazısı üzə çıxdı: Azərbaycan və Türkiyənin günahsız qurbanlarını niyə görməzlikdən gəlirik?
24 avqust 2025 23:50
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40