5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
Cəmil Həsənli bu günlərdə mənim “Qafqazinfo” saytında dərc olunmuş yazıma münasibət bildirib. Münasibətindən aydın olur ki, yazdıqlarımı başa düşməyib və ya mənim hadisələrə baxışım onu qane etməyib, hərçənd bu məni heç maraqlandırmır. Amma daimi oxucularımdan biri kimi Cəmil Həsənliyə təkrarən izah etmək də heç problem deyil.
Həmin yazımda “Ermənistanın AB-nə üzvlük prosesinə başlanması haqqında” Ermənistan hökümətinin qəbul etdiyi şou xarakterli qərara münasibət bildirmişəm və bu addımın atılmasını şərtləndirən ehtimal etdiyim səbəbləri göstərmişəm. Cəmil Həsənli isə bu izahı “Azərbaycan hakimiyyətinin narahatlığı” kimi başa düşüb və belə də qələmə verib.
Qlobal anti-Azərbaycan təbliğatının 5-ci kolonu rolunda çıxış edən Cəmil Həsənli məqaləsini ritorik sualla yekunlaşdırıb: “Yerevan Rusiyanın asılılığından qurtarmaq istəyir, öz gələcəyini dünyanın inkişaf etmiş siyasi coğrafiyası ilə bağlamaq istəyir. Əgər Avropa İttifaqında Ermənistanı yalnız ölüm gözləyirsə, qoy bunun dərdini erməni xalqı çəksin. Biz niyə onların əvəzinə narahat olur və Rusiya siyasətinin alətinə çevrilirik”.
Cəmil Həsənli anlamır ki, bölgəmizdəki mövcud reallıqlar və real zaman axarında baş verən hadisələr bizim bu günümüz və gələcəyimizlə bilavasitə bağlıdır. Ona görə də bölgədə baş verən bütün hadisələr, qonşu ölkələrin siyasi hakimiyyətləri tərəfindən atılan bütün addımlar və siyasi gedişlər daim diqqət mərkəzində olmalıdır. Proseslərin mahiyyətini araşdırmaq, təhlil etmək və edilən gedişlərin məntiqini və verilən bəyanatların sətiraltı mənasını aşkarlamaq və müvafiq nəticələr çıxarmaq lazımdır. Burada fikir və qavrayış müxtəlifliyinin olması da təbiidir. Bütün irəli sürülən mülahizələr sonda real mənzərəni daha aydın təsəvvür etməyə və nəticə etibarilə dövlətin taktiki və strateji addımlarını müəyyənləşdirməyə imkan yaradır. Ona görə də belə araşdırmalar faydalıdır və burada söhbət kiminsə narahat olub-olmamasından yox, yerləşdiyimiz bölgənin siyasi taleyindən gedir.
Özü daim alət rolunu oynamış Cəmil Həsənli Azərbaycanın guya Rusiyanın alətinə çevrildiyimizi iddia edir. Utanmadan öz dövlətinə böhtan atan “professor” anlamır ki, 1993-cü ildən etibarən Azərbaycan siyasəti kiməsə və nəyəsə alət olmaq missiyasından çox-çox yüksəklərdə olub. Əksinə, 1993-cü ildən etibarən Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, işğal edilmiş torpaqların geri qaytarılmasında, Azərbaycanın bölgədə söz sahibinə çevrilməsində məhz Rusiya bizim alətimiz olub. Bunu öz Vətənini öz canı qədər sevən, həyatını öz xalqına həsr edən oğullar ediblər. Cəmil Həsənli kimi manqurtların saysız-hesabsız xəyanətlərinə rəğmən ediblər.
İndiki şəraitdə Cəmil Həsənli kimilərinin bu rposeslərə hər hansı şəkildə təsir etmək imkanı olmasa da, onlar hələ də Qərbin kvazi-demokrat qurumlarından aldıqları təlimatlara görə cəmiyyətdə anti-Rusiya meyllərinin güclənməsinə xidmət edən tapşırığı yerinə yetirirlər. Bizi isə bölgəmizdə baş verən proseslərin real təsirinin nədən ibarət ola biləcəyi və nəticə etibarilə öz xalqımızın siyasi gələcəyi maraqlandırır.
İlk növbədə ona görə ki, müasir Ermənistan bizim tarixi torpaqlarımızdır və biz öz tarixi yurd yerlərimizə qayıtmağı yaxın siyasi məqsədlərimizdən biri hesab edirik. Ona görə də, əlbəttə Gürcüstanda və Ermənistanda baş verən hər bir hadisə bizi narahat edir və etməlidir, xüsusilə Ermənistanda baş verənlər. Cəmil Həsənli isə bütövlükdə Cənubi Qafqazın Qərb tərəfindən işğalını təşviq edən və onu mütərəqqi proses kimi cəmiyyətə aşılamağa cəhd göstərən bir xəyanəkardır. Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyəti dövründə Rusiya bolşevizmini təşviq edən və sonda ilk müstəqil respublikamızı əl-qolu bağlı vəziyyətdə Rusiya bolşeviklərinə təhvil verən Çingiz İldırımların, Heydər Qarayevlərin bu günkü törəməsidir. Onun və məsləkdaşlarının bu gün Azərbaycanı nə Avropa Birliyinə, nə də hər hansı üçüncü güc mərkəzinə təslim etmək imkanları var. Amma uzaqdan uzağa da olsa Gürcüstanda və Ermənistanda baş verənlərə fikir bildirməklə özlərinin xəyanət missiyalarını yerinə yetirməkdə davam edirlər.
Uzun müddət sovet idarəçilik sisteminə difirambalar söyləyən, Azərbaycan xalqının sovet totalitarizminə qarşı mübarizəyə qalxdığı bir dövrdə (1988) 1May Bayramına kitab həsr edən, qəzet məqaləsi ilə dissertasiya müdafiə edən, müstəqil dövlətin parlamentində oturduğu illərdə “dövlətçi” maskası ilə pərdələnən, ifşa olunduqda isə özünü “müxalifət” adlandıran Cəmil Həsənli bu gün Rusiya əleyhinə açıq çıxışlar etməklə özünə “milli don” geyindirməyə cəhd göstərir. Adını “milli” qoyub əslində anti-milli fəaliyyət aparan Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şuranın məramı çoxdan ifşa olunub. Dondan-dona girən, 2-3 min ABŞ dollarına xaricdə Azərbaycan əleyhinə məqalələr hazırlayan və özünü “tarix elmləri doktoru” adlandıran Cəmil Həsənli anlamır ki, onun siyasət kitabı bağlanıb və onun “xəyanət kitabını” da artıq oxuyan yoxdur və bir daha olmayacaq. Amma o hələ də vaxtaşırı özünün miskin mövcudluğunu hiss etdirməkdən usanmır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
