
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
Siyasət27 iyun 2025 15:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
Qaynarinfo xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.
Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğulayıb.
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladıb.
Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş edib.
Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb.
Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərinin artırılmasını xahiş edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladıb, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.
Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib.
Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırıb. Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.
Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olunub.

Oxşar xəbərlər
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 2025 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 2025 12:40
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 2025 11:42
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 2025 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 2025 23:06
- İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi (FOTO)
11 iyul 2025 13:47
- -Qaş ustası- doğduğu uşağı 1 il SOYUDUCUDA saxladı və sonra...
11 iyul 2025 12:23
- Prezident həmkarını təbrik etdi
11 iyul 2025 11:31
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 2025 09:48
Xəbər lenti
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 14:28
- Suriya Prezidenti Azərbaycandadır - Fotolar
12 iyul 14:09
- Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
12 iyul 12:55
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 12:40
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 11:42
- Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi
12 iyul 11:02
- Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı
12 iyul 10:48
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 23:06
- Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 18:18
- Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi: Söyüş söyməmişəm
11 iyul 18:02
- Ermənistan mediası sülh müqaviləsinin detallarını açıqladı – Zəngəzur dəhlizi, separatçılığa qarşı öhdəlik və...
11 iyul 17:51
- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı-na yekun vuruldu
11 iyul 14:43
- Rusiyada Azərbaycandan gətirilən 18 TON ŞEFTALI ı məhv edildi
11 iyul 14:30
- İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi (FOTO)
11 iyul 13:47
- Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...
11 iyul 13:39
- Keçmiş nazir xanımı və gəlinlərindən DANIŞDI: İkisi də əcnəbidir - VİDEO
11 iyul 13:15
- İran 300 MİNDƏN ÇOX ƏFQANI ölkədən qovur. SƏBƏB ?
11 iyul 12:55
- -Qaş ustası- doğduğu uşağı 1 il SOYUDUCUDA saxladı və sonra...
11 iyul 12:23
- Prezident həmkarını təbrik etdi
11 iyul 11:31
- İntihar etmiş rusiyalı NAZİR VİDA MESAJI-nda NƏ YAZIB ?
11 iyul 10:45
- Ermənistan XİN mətbuat katibi Ani Badalyan: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
11 iyul 10:08
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 09:48
- Təyyarədə qadının OMBA-sına toxundu və 7 İL HƏBS...
11 iyul 09:36
- HÖKÜMƏ - kədərim mənim filmi bu tarixdə təqdim olunacaq
11 iyul 02:05
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 01:31
- Bir qətliamın izi – 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib
11 iyul 01:12
- Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
11 iyul 00:36
- Daha bir rayonda yasda EHSAN ləğv edildi
11 iyul 00:26
Video & Fotoqalereya
Video
Fotoqalereya