106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ

Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları bu gün peşə bayramlarını qeyd edirlər.
Musavat.com-un məlumatına görə, təhlükəsizlik orqanları 106 illiyini qeyd edir.
Qeyd edək ki, Azərbaycanda ilk təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.
1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il Ulu öndər Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.
Azərbaycanda təhlükəsizlik orqanının ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib.
İndiyədək milli təhlükəsizlik naziri olmuş şəxslər kimlərdir?
Məmmədbağır Şeyxzamanlı (1919 iyun-avqust) Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın ilk rəisi olub. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilib və 1920-ci ilin may ayında güllələnib.
Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilab ilə mübarizə təşkilatının" rəisi təyin edilib. O və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. 1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat edib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra təhlükəsizlik orqanı ayrı-ayrı adlar altında müxtəlif şəxslər tərəfindən idarə olunub.
Seymon Andreyeviç Pankrtaov 1920-ci ilin may ayından iyun ayına kimi quruma rəhbərlik edib.
Daha sonra 1920-ci ilin aprelində XI Qırmızı ordunun tərkibində Bakının işğalında iştirak etmiş Baba Əliyev, 1920-ci ilin iyun ayından həmin ilin oktyabr ayının 19-na qədər Azərbaycan Fövqəladə Komissiyasının sədri olub.
1920-ci ilin oktyabr ayından 1921-ci ilin fevralına qədər isə hökumətçi bolşevik olan Eyyub Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilib.
Sonra bu postu 1921-ci ilin fevralından -1927-ci ilin may ayına qədər Mircəfər Bağırov tutub.
Novruz Rzayev 1927-ci il mayın 22-dən Fövqəladə Komissiyaya, sonra adını dəyişərək Dövlət Siyasi İdarəsi kimi fəaliyyət göstərmiş təhlükəsizlik orqanına başçılıq edib. Lakin dəyişən yalnız forma idi, məzmun isə dəyişməmişdi və bu orqanlar dövlətin yürütdüyü ideoloji xəttə qulluq edən repressiya aləti idi. Novruz Rzayev siyasi mövqeyinə görə 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır.
Mircəfər Bağırov 1929-cu ilin oktyabrından 1930-cu ilin avqust ayına qədər yenidən quruma rəhbərlik edib.
Frinovski Mixail Petroviç 1930-cu ilin avqust ayından 1933-cu ilin aprel ayına, Aqrba Aleksey Sergeyeviç 1933-cü ilin martından -1934-cü ilin martına kimi Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri olublar.
Bu vəzifələri icra edənlər sırasında Sumbatov Yuvelian Davıdoviç (1934 mart - 1938 yanvar), Rayev-Kaminski Mixail Qriqoryeviç (1938 yanvar – noyabr),Yemelyanov Stepan Federoviç (1939 fevral - 1953 avqust), Quskov Anotoli Mixayloviç (1953 avqust - 1956 aprel), Kopliov Fyodor İvanoviç (1956 sentyabr -1959 avqust), Kardaşov Aleksandr Vasilyeviç (1959 avqust -1963 oktyabr), Sviqun Kuzmiç (1963 oktyabr - 1967 iyun) kimi şəxslər də var.
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən 1969-cu ilin iyuluna qədər isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri postunda 1969-cu ilin oktyabr ayından 1980-ci ilin iyununa kimi Krasilnikov Vitali Sergeyeviç, ondan sonra isə 1980-1988-ci illərdə Ziya Yusifazdə çalışıblar.
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə 1988-ci ilin avqust ayından 1989-cu ilin avqustuna kimi İvan Qorolevski İvanoviç rəhbərlik edib.
16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri Vaqif Hüseynov olub. Qeyd edək ki, Vaqif Hüseynov bu vəzifəyə gəlməmişdən öncə jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib və Kommunist Partiyasının fəallarından olub, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışıb. O, Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxıb, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak edib.
Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra isə 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində İlhüseyin Hüseynov işləyib. Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunub. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılıb.
Daha sonra Azərbaycan Respublikasının xüsusi xidmət orqanı Milli Təhlükəsizlik Nazirliyi adlanıb. 1992-1993-cü illərdə nazir postunda Fəxrəddin Təhməzov çalışıb. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.
Nəriman İmanov isə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri kimi 1993-1994-cü illərdə çalışıb. 1994-ci il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
1995-ci ilin mart ayından 2004-cü ilin iyulunadək milli təhlükəsizlik naziri vəzifəsini Namiq Abbasov icra edib və general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
2004-cü ilin 23 iyulundan bu postu Eldar Mahmudov tutub. O, Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Elə həmin ildə Mədət Qəzənfər oğlu Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. O, bu postda 2019-cu ilə qədər qalıb. Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
Şahanə Rəhimli
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 2025 09:26
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 2025 17:39
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 2025 15:13
- Daha bir general öldürüldü
15 iyun 2025 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 2025 02:17
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 2025 00:18
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 2025 13:13
- Tehranda 78 nəfər ölüb - Yenilənib
14 iyun 2025 02:22
- Bakıda tanınmış HƏKİM NARKOTACİR kimi saxlanıldı - Rəsmi
14 iyun 2025 00:33
- Paytaxt əhalisinin sayı 2 milyonu ötüb - Ən çox artım Sabunçudadır - 331 MİN NƏFƏR
13 iyun 2025 12:20
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13
- İranın daha İKİ GENERALI ÖLDÜRÜLDÜ, Tehran aeroportu VURULDU – CANLI
14 iyun 12:03
- Azərbaycan neftinin qiyməti 77 dolları ötdü
14 iyun 10:37