Qardaş qazaxların faciəsi – Stalin qırıb azaltdığı xalqın sayına görə daha bir qrup qazaxı güllələdib
Bu gün - mayın 31-də Qazaxıstanda kütləvi siyasi repressiya və aclıq qurbanlarının xatirəsi yad edilir.
Hazırda dünyaya, əsasən də qonşu ölkələrə taxıl və digər ərzaq məmulatları satan Qazaxıstanın əhalisi 90 il öncə aclıqdan kütləvi şəkildə qırılıb.
Tarixi boyunca heç vaxt aclıq çəkməmiş, həmişə pis-yaxşı başını dolandırmış qazax xalqına bu faciəni rus-bolşevik işğalı və istilası “bəxş edib”.
1921-ci ildən 1954-cü ilə qədər Qazaxıstanda 100 minə yaxın insan siyasi maddələrlə məhkum edilib, onlardan 25 mini güllələnib.
Siyasi təqiblər sərt kollektivləşmə nəticəsində yaranan aclıqla paralel aparılıb. Nəticədə Ukraynada olduğu kimi, Qazaxıstanda da milyonlarla insan aclıqdan ölüb. Milyonlarla insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Sözün əsl mənasında qazaxlara qarşı aparılan bu siyasət genosidə bərabər bir şey olub.
![]()
1931–33-cü illərdə Qazaxıstanda baş verən aclıq (qazaxca - ашаршылқ) 1932–33-cü illərdə SSRİ-də tüğyan edən ümumittifaq aclığının tərkib hissəsi olub.
Bu, sovet rəhbərliyinin səriştəsizliyi, işbilməzliyi, iqtisadiyyatdan, kənd təsərrüfatından baş çıxarmaması üzündən baş verib. O zamanlar “qolçomaqların bir sinif kimi məhv edilməsi” siyasəti yeridilib. Fərdi təsərrüfatlar kollektiv təsərrüfatlara – kolxozlara çevrilib, ərzaq tədarükü planları artırılıb, nəticədə aqrar sahədə xaos yaranıb. Kənd əhalisinin taxılı, ərzağı əllərindən zorla alınaraq iri şəhərlərin əhalisinin təminatına yönəldilib, kənd əhalisi aclığa, ölümə məhkum edilib.
Qazaxıstanda bu qıtlığı adətən “Qoloşekin aclığı” da adlandırırlar.
![]()
Bu termin Ümumittifaq Kommunist Partiyasının məşhur xadimi Filipp Qoloşekinin soyadı ilə bağlıdır. O, 1925-ci ildə Qazaxıstan kompartiyasının birinci katibi təyin edilib. O zamanlar böyük əksəriyyəti yarıköçəri həyat tərzi keçirən qazaxların mal-qarası, əmlakları kütləvi şəkildə əllərindən alınıb və onlar milisin müşayiəti ilə “məskunlaşma məntəqələri”nə göndəriliblər. Kolxozların ehtiyacları üçün müsadirə edilən və bir yerə toplanan mal-qara sürülərini bəsləmək mümkün olmayıb və onlar kütləvi şəkildə kəsilib. 1933-cü ilə qədər 40 milyon baş mal-qaranın təxminən onda biri qalıb. Bu cür hərəkətlərdən qazaxlar ciddi ziyan çəkiblər, çünki mal-qara onların əsas və çox vaxt yeganə qida mənbəyi idi.
Daha sonra Qazaxıstanda 1928-ci ilin yazında və payızında total müsadirələr başlayıb. 11 260 təsərrüfatın əmlakı müsadirə edilib, onlardan 4,5 milyon baş iribuynuzlu mal-qara götürülüb. Əslində Qoloşekininin özünün etirafına görə, sovet hökumətinin müsadirə planları iki dəfə böyük olub. Bolşeviklər 15 milyon mal-qara müsadirə etmək istəyiblər. Yaradılan fermalarda mal-qaranın ümumi sayı ferma başına 115 başdan çox olmamalı imiş. Lakin sonra bu plan ləğv edilib və başqa standartlar müəyyənləşdirilib: köçəri təsərrüfatlara 400, yarıköçəri təsərrüfatlara 300 , oturaq təsərrüfatlara 150 baş mal-qara saxlamağa icazə verilib.
![]()
Mərkəzdən gələn direktivlər, təsərrüfatların işinə əsassız və savadsız müdaxilələr ona gətirib çıxarıb ki, Qazaxıstanda aclıq başlayıb. 1931-1933-cü illərdə 2,3 - 3,25 milyon nəfər insan aclıqdan ölüb. 1 milyona yaxın qazax Rusiya Federasiyasının Qazaxıstana bitişik rayonlarına, o cümlədən Qırğızıstana, Qaraqalpaqstana, Saratov, Stalinqrad və Orta Volqa bölgələrinə, Orenburq, Çelyabinsk, Omsk vilayətlərinə, habelə Qərbi Sibir bölgəsinə köç etmək məcburiyyətində qalıb. Qonşu müttəfiq respublikalara - Türkmənistan və Özbəkistana da köçənlər olub. Bunlardan başqa, qazaxların xeyli hissəsi SSRİ hüdudlarından kənara, Çin, Monqolustan, İran və Əfqanıstana köçüblər. Sonradan onların 400 mini yenidən Qazaxıstana qayıdıb.
Köçərilərin oturaq həyat tərzinə keçirilməsi üçün tətbiq edilən zorakı tədbirlər və ona müqavimət göstərilməsi nəticəsində qazax əhalisi böyük itkilərə məruz qalıb. Qida və sağ qalmağın yeganə mənbəyi olan mal-qaranın müsadirə olunmasına müqavimət göstərənlər sovet ordusunun bölmələri tərəfindən gülləboran və repressiya edilib. Bəzi aullar və tayfalar mal-qaranın xilası üçün köç etməyə başlayanda, onların üstünə “basmaçı dəstəsi” (bizdəki “qaçaqlar” kimi) adı qoyuılub və bu insanları həbs və məhv etmək üçün üstlərinə ordu birləşmələri göndərilib.
Əslində bunlar Çinin və RSFSR-in aclıq olmayan bölgələrinə köçməyə çalışan adi mülki insanlar olub. Sərhədçilər pulemyot atəşi ilə Çinə köçün qarşısını almağa çalışıblar. Buna baxmayaraq, yüz minlərlə qazax (bəzən bütöv kəndlər) Çinə keçə bilib.
1911-ci ildə ümumi əhalinin 82%-ni təşkil edən qazaxların sayı 6,5 milyon olduğu halda 1939-cu ildə Qazaxıstanda cəmi 2,3 milyon qazax qalıb.
![]()
1937-ci il siyahıyaalınmasından sonra Stalin Qazaxıstanda artım əvəzinə əhalinin azaldığını aşkar edib. Siyahıyaalma aparanların işinin nəticələrinə qəzəblənən Stalin siyahıyaalma məlumatlarını tərtib edənlərin hamısını “xalq düşməni” elan edib. Öz siyasəti nəticəsində azalan əhalinin siyahıya alınmasını pis-yaxşı, həqiqətə yaxın şəkildə sənədləşdirilən şəxslər - istisnasız olaraq bütün rayon rəhbərləri və rayonların mühasibat idarələrinin başçıları güllələnib. Guya ki, onlar əhalinin sayını bilərəkdən azaldıblar və bununla da SSRİ-nin düşmənlərinin əlinə oynayıblar.
Sovet dövlətinin Qazaxıstanın demoqrafik durumuna vurduğu zərbənin ağırlığını bilmək üçün bir faktı konstatsiya etmək kifayətdir: qazaxlar yalnız 1970-ci ildə artaraq 1926-cı ildəki əhali sayına çatıblar.
Ən acınacaqlısı odur ki, bu ölkə SSRİ-yə qoşulandan ta SSRİ dağılana qədər “yadelli kadrlar”ın “təcrübə” meydanı olub. Kreml bu ölkəyə rus, erməni, gürcü, belarus, ukraynalı və b. millətlərdən olan kadrları rəhbər təyin edib. Axırıncı dəfə bu siyasət 1986-cı ildə qazaxlara daha bir faciə yaşadıbı. Moskva Qazaxıstana Kolbin soyadlı rus kadrı Dinmühəmməd Kunayevin yerinə respublika başçısı təyin edəndə qazaxlar Almatıda ayağa qalxıblar, itki veriblər, amma Kremlin bu aşağılayıcı siyasətinə etirazlarını ortaya qoyublar.
Araz Altaylı, Musavat.com
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- Rusiyada 3 günlük matəm elan edildi
1 aprel 2026 13:49
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
