İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
Dünyanın və zəmanın paradoksal işlərindən biri də keçmiş Yuqoslaviya ittifaqının (Serbiya, Xorvatiya, Sloveniya, Şimali Makedoniya, Bosniya-Herseqovina və Monteneqro) dominant dövləti olan Serbiyanın Kremlə dəstək verməsidir.
Halbuki 77 il öncə bu gün Yuqoslaviya və SSRİ-nin (Rusiyanın) münasibətləri düşmənçilik müstəvisinə keçib. Moskva 29 iyun 1948-ci ildə Yuqoslaviya kommunistlərini İosip Broz Titonu devirməyə çağırıb və iyunun 30-dan etibarən pozuluşma prosesi dönməz xarakter alıb.
Adaşların - iki İosifin (Stalin və Tito) münasibətləri durduq yerə pisləşməyib. Kreml yuqoslaviyalılardan tam itaət tələb edib, onlar isə bununla razılaşmayıblar. Bu münaqişədə Stalinlə Titonun bir-birini həzm etməməsi gerçəyi də var, ancaq əsas “nifaq alması” sovet dövlətinin Yuqoslaviya üzərində hökmranlıq qurmaq, onun siyasi həyatını və iqtisadiyyatını Moskvadan idarə etmək cəhdləri olub. Stalin tələb edirmiş ki, Yuqoslaviya bütün işləri barədə Kremlə tam hesabat versin, itaətkar olsun, kommunizmi yalnız Moskvadan əmr edildiyi kimi qursun.
Titonun isə rəhbərlik etdiyi ölkəni SSRİ-nin satellitinə çevirmək fikri olmayıb.
Bir tərəfi xorvat, bir tərəfi sloven olan peşəkar inqilabçı Tito (1892-1980) nasist işğalı zamanı Yuqoslaviyada ciddi müqavimət qüvvəsinə çevrilən partizan hərəkatının lideri olub.
![]()
1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdikdən sonra Tito Stalinə nasistlərə qarşı üsyan etmək planlarından danışıb, amma Stalin ona soyuq cavab verib, çünki həmin vaxt o, Böyük Britaniya ilə yaxınlaşmaq istəyib və Yuqoslaviya partizanlarının kommunist simvollarına, sosialist ideyalarına həddindən artıq diqqət yetirmələrinin mühafizəkar anti-kommunist ölkə olan Böyük Britaniyanın xoşuna gəlməyəcəyindən qorxub.
Tito Stalindən xoş üz görmədiyindən 1941-ci ilin payızında o, çetniklərlə birləşməyə çalışıb, lakin bu hərəkatın lideri Draqolyub Mixayloviç bir qədər fikirləşdikdən sonra kommunistlərlə nasistlərin eyni cür düşmən olduqlarına qərar verib və kommunistlərdənsə alman işğalçılarla əməkdaşlığa hazır olduğunu bildirib.
Paradoksal bir vəziyyət yaranıb: sovet dövlətinin mətbuatı kommunist Titoya qarşı mübarizə aparan millətçi Mixayloviçi mədh edib. 1943-cü ildə qırmızı üsyançılar kifayət qədər güc toplayanda Tito sürgündə olan hökumətlə aranı pozub və kral Peterə ölkəyə qayıtmağı qadağan edib. Həmin vaxt Tehran konfransında Stalin bu qərarı SSRİ-yə xəyanət və zərbə kimi qəbul edib. Çünki bu hərəkət də SSRİ və Qərb müttəfiqləri arasında intriqa yarada bilərdi.
![]()
1944-cü ildə Tito öyrənib ki, Stalin və Çörçill Balkan yarımadasında təsir dairələrini bölərək məşhur “Faiz sazişi” bağlayıblar. Bu müqaviləyə əsasən Yuqoslaviyanın yarısı İngiltərəyə, yarısı isə SSRİ-yə keçəcəkmiş. Ölkəsinə qalan ərazinin 0% olacağını bilən Tito bununla qəti şəkildə razılaşmayıb, bunu klassik imperialist bölünmə və kommunist ideyalarına açıq xəyanət hesab edib.
Belə görünür ki, SSRİ və Yuqoslaviya arasındakı münaqişəsinin özülü məhz II dünya müharibəsində qoyulub.
Ancaq nasizmin süqutunun yaxınlaşdığı 1944-cü ildə Yuqoslaviya partizanları əməlli-başlı orduya çevrilib və Belqradı sovet ordusu ilə birlikdə götürüb. Bundan sonra Titonun rəhbəriyi ilə Yuqoslaviya Demokratik Federativ Respublikası elan edilib.
Müharibədən sonra Stalin ABŞ və Böyük Britaniyaya münasibətdə mülayim siyasət yeritməyə çalışsa da, əqidəli kommunist olan Titonun onlara qarşı ritorikası sərt olub.
Həmin illərdə Yuqoslaviya Albaniyanı, demək olar ki, tamamilə özünə birləşdirib və bütün qonşularına, o cümlədən Macarıstana, Avstriyaya və İtaliyaya qarşı ərazi iddiaları irəli sürüb. Stalin buna son dərəcə radikal şəkildə etiraz edib, çünki o, bütün Şərqi Avropanı öz “bağça”sı sayırdı.
1948-ci ilin fevralında Yuqoslaviya baş nazirinin müavini Edvard Kardej və Xorvatiya Federativ Respublikasının baş naziri Vladimir Bakariç ziddiyyətləri aradan qaldırmaq üçün Moskvaya gəliblər. Stalin onları məktəb şagirdləri kimi qabağına qoyaraq danlayıb, Yuqoslaviyanın bütün xarici siyasət addımlarını SSRİ ilə əlaqələndirməyə, habelə dərhal Bolqarıstanla federasiyaya qoşulmağa borclu olduğu sənədi imzalamağa məcbur edib.
1948-ci ilin martında sovet nümayəndələri Yuqoslavlardan iqtisadiyyatın vəziyyəti haqqında hesabat verməyi tələb edib, ancaq tələb rədd edilib. Molotov Titoya teleqram göndərdi və bu jesti "Yuqoslaviyadakı sovet işçilərinə qarşı inamsızlıq aktı və SSRİ-yə qarşı düşmənçiliyin təzahürü" adlandırıb. Ardınca bütün sovet müşavirləri Yuqoslaviyadan dərhal təxliyə edilib.
Bundan sonra Tito anlayıb ki, Moskvanın şərindən qurtulmağın vaxtıdır.
Həmin vaxt Yuqoslaviya kommunistlərinin 20 faizi Moskvapərəst olub, Stalin onların əliylə Titonu devirməyə çalışıb. 1948-ci il iyunun 29-da Moskva Yuqoslaviyadakı bütün həqiqi marksistləri indiki liderlərinə qarşı çıxmağa çağırıb.
Bu, dövlət çevrilişinə çağırış olduğundan Tito qabaqlayıcı hərəkət etmək qərarına gəlib və Stalini dəstəkləyən kommunistlərə divan tutub. Minlərlə stalinçi öldürülüb, həbsxanalara və ya Adriatik dənizindəki adalarda tikilmiş xüsusi düşərgələrə göndərilib.
Moskva da dinc oturmayıb, Yuqoslaviya ilə qonşu sosialist ölkələri arasındakı sərhəddə mütəmadi olaraq insidentlər törədib və ümumilikdə 27 təhlükəsizlik əməkdaşı həlak olub. Moskvanın dəstəklədiyi baş qərargah rəisi Arso Yovanoviç hərbi çevrilişə cəhd etsə də, plan faş olub və general Rumıniyaya qaçmaq istəyərkən öldürülüb.
![]()
Tarixçilərin fikrincə, ABŞ vaxtında araya girib Yuqoslaviayaya hərtərəfli yardımı gpstərməsəydi, sovet dövləti bu ölkəni işğal edərdi və Tito hakimiyyətdə qala bilməzdi. Ancaq ABŞ-nin dövlət katibi Din Açeson Yuqoslaviyaya dəstək verməklə sosialist ölkələri blokunun parçalanmasına nail olmaq istəyib və Titonun stalinçiləri məğlub etməsi üçün Yuqoslaviyanın iqtisadi uğurlar qazanmasına yardımçı olub. ABŞ Yuqoslaviyanı yoxsulluqdan çıxarmağa, məhsul çatışmazlığına imkan verməməyə (bu, sosial iğtişaşlara səbəb ola, Titonu gözdən sala bilərdi) çalışıb, Belqrada kreditlər və qrantlar verməyə başlayıb, Balkan federasiyasını Amerikanın qarşılıqlı müdafiə yardımı proqramına daxil edilib.
Bir paradoks da budur: dünənə qədər Qərbi asıb-kəsən Tito onlara sığınıb, ABŞ və BB ilə mülayim davranan Stalin isə sərt mövqeyə keçib.
Stalinin ölümündən sonra Yuqoslaviya və SSRİ-nin münasibətləri normallaşsa da, ölkə yenidən Şərq blokuna qayıtmayıb. Həm Titonun dövründə, həm də onun ölümündən sonra, ta İttifaqın dağılmasına qədər, Yuqoslaviya iki blok arasında balans saxlayıb.
İndiki Serbiya artıq balans saxlamır, ölkəsinin müvazinətini Moskvanın xeyrinə əyib. Belqrad unudur ki, sovet dövründə Yuqoslaviyanın başqa sosialist dövlətlərin hamısından bir addım öndə olmasının səbəbkarı məhz ABŞ idi. ABŞ olmasa SSRİ çox tezliklə Yuqoslaviyanı işağl edəcək, 1956-cı ildə Macarıstanı, 1968-ci ildə Çexosllovakiyanı qoyduğu günə qoyacaqdı.
Müasir Rusiya vaxtilə sosialist bloku ölkələrinə qarşı yeritdiyi siyasəti hazərda postsovet ölkələrinə qarşı yeridir, indi də onlardan sözsüz itaət umur, razılaşmayanlarla müharibə edir, təxribatlar törədir, heç cür əl çəkmək istəmir.
Mərhum Tito buna “imperialist siyasət” deyirdi. Hər postsovet ölkəyə bir Tito lazımdır.
Araz Altaylı, Musavat.com
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
