Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
Azərbaycanlı milyarder Vahid Ələkbərov haqda maraqlı məlumatları təqdim edirik.
31 bir il əvvəl, 41 yaşlı Qaraçuxur qəsəbə sakini Rusiyada ilk neft konsernini yaratdı. Ona LUKoyl adı verildi. Və iki il sonra isə o, bu şirkətin prezidenti seçiləcək, ta bu günə kimi həmin vəzifəni icra edəcəkdi.
O, 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdu. Atası Yusif Ələkbərov da neftçi idi. Mədəndə çilingər işləyirdi. Balaca Vahid hələ 3 yaşındaykən atası vəfat etmişdi. Ailədə 5 uşaq olublar. Ata vəfat etdikdən sonra uşaqları anası, əslən rus kazaklarından olan Tatyana Fyodrovna Boçarova böyütmüşdü: 34 rubl pensiya ilə.
Vahid Bakıdakı 189 saylı orta məktəbdə təhsil almışdı. Müəlliməsi Taisa Petrovna bir dəfə müsahibələrinin birində belə demişdi:
“Oxumağı orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi”.
Orta məktəbi bitirdikdə sonra SSRİ-nin bir nömrəli neft məktəbi olan Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Sonradan “Kaspromneft”in mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi işə başlamışdı.
Amma o, Bakıda çox qalmır, Rusiyaya üz tutur. 1987-ci ildə Sibirin neft nəhənglərindən olan “Kogalymneftegaz” şirkətinin baş direktoru vəzifəsinə təyin olunur. Bundan sonra isə onun başgicəlləndirici karyerası başlayır. 1990-1992-ci illərdə SSRİ-nin neft-qaz sənayesi nazirinin müavini və birinci müavini işləyir.
1991-ci ildə isə “Langepasneftegaz”, “Urayneftegaz”, “Kogalymneftegaz” şirkətlərini birləşdirərək LUKoyl-un əsasını qoyur. LUKoyl tezliklə nəinki Rusiyanın, dünyanın məşhur neft şirkətlərindən birinə çevrilir. Təsadüfi deyil ki, V.Ələkbərov 2006-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilib. Həmin ərəfədə isə onun illik maaşı 2,5 milyon dollar idi…
2021-ci ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilib. Amma çox yox, bir neçə ay keçəcək, Rusiya Ukrayna ilə müharibəyə başlayacaqdı. Nəticədə dünya bu ölkəyə sanksiyalar tətbiq edəcək, rusiyalı milyarderlər qısa zamanda 82 milyard dollar itirəcəkdilər. Ən çox itirən isə Vahid Ələkbərov olacaqdı – 14 milyard dollar…
İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. 2012-ci ildə Qubkin adına Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub.
İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. Ələkbərov dostluğa çox sədaqətli olub. Deyilənə görə, onun ən yaxın dostu sinif yoldaşı İdris Mövsümov idi. Milyarder ona çox bağlı olub. İdrisə ev, maşın, bağ alıb. Hər dəfə Bakıya gələndə onu görməmiş getməzmiş. Sonuncu dəfə isə iki il əvvəl onu son mənzilə yola salmağa gəlir. Mərhum İdris Mövsümovun bacısı xatırlayırdı:
“İdris qəflətən vəfat etdi. Vahid öz dostunu son mənzilə yola salmağa gəlmişdi. O, mühafizəçiləri ilə birlikdə yas mərasiminə girdi. Həmin vaxt camaatı evdən bayıra çıxarıb dedilər ki, Vahid dostu ilə vidalaşmaq istəyir. Vahid İdrisin cənazəsinin olduğu otağa daxil oldu. Dedi ki, məni İdrislə tək qoyun. Və dostu ilə əbədi olaraq vidalaşdı”.
Onun neft biznesi təkcə Rusiya ilə kifayətlənmir. LUKoyl hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal layihələri həyata keçirir.
İşgüzar dairələrdə onu hörmətlə “Don”, yəni “cənab” deyə çağırırlar. Özünün dediyinə görə, həyatdakı idealı isə İtaliyanın neft şirkəti ENİ-nin rəhbəri Enriko Matteinidir. Ələkbərov bahalı saat taxır. Zirehli “Mercedes”də gəzir. Amma şəxsi təyyarəsi yoxdur.
Moskvada uzun illər ərzində şəxsən topladığı sikkə kolleksiyalarından ibarət muzey yaradıb. Muzey milyarderin “Arbat”da yerləşən şəxsi mülkündə açılıb. Orada Qədim Roma, Qədim Yunanıstan, Bizans imperiyası, Orta əsr Avropası, Rusiya imperiyası və SSRİ-yə aid 700 sikkə yer alıb.
Kolleksiyadakı ən qədim sikkə e.ə 480-450-ci illərdə yunan şəhəri Fokeyada buraxılan qızıl hektadır. Həmin hektanı Ələkbərov 2012-ci ildə İsveçrədəki hərracda 13,5 min dollara alıb. Ən gənc sikkə isə 1931-ci ildə SSRİ-də buraxılan 20 qəpiklikdir. Ona görə isə azərbaycanlı milyarder 7 min dollar ödəməli olub.
Deyilənə görə, bir dəfə Bakıda olarkən, illər öncə “Razində” yaşadıqları evə gedib. Həmin evin pis gündə olduğunu görüb. O, həmin ata evini təmir etdirib. Təhsil aldığı orta məktəbə də pul ayırıb.
31 ildən sonra bu gün Ələkbərov heç kimin gözləmədiyi addım atıb: Vahid Ələkbərov şirkətdən ayrılıb. Onun tətbiq edilən şəxsi sanksiyalar fonunda şirkətdən ayrıldığı deyilir. Amma həyat davam edir. Onun bu şirkətdə 26 faiz payı var. Bu isə çox böyük pullar deməkdir, çox böyük…
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
5 yanvar 2026 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
5 yanvar 2026 15:42
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
4 yanvar 2026 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
3 yanvar 2026 12:09
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
1 yanvar 2026 13:30
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
