- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
- Hərbçimiz su kanalında boğuldu
- Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
Azərbaycanda sahibkarlığın inkişafı dövlətin və prezident İlham Əliyevin əsas prioritetlərindən biridir. Lakin bu strategiya heç də bütün məmurlar üçün belə deyil. Onlar iş adamlarının belini qırmaqla ölkə iqtisadiyyatına vurduqları zərərin miqyasını hesablamaq belə istəmirlər. Çünki sahibkarların puluna özlərinin dədə-baba malı kimi baxırlar. Halbuki sahibkarlara dəstək verilməsi həm də azad olunan Qarabağın dirçəldilməsi üçün təkan olardı. Ona görə ki vətənpərvər iş adamları dövlətə dəstək olmaq və büdcənin yükünün azalması üçün işğaldan azad edilən regionlara vəsait qoya, şəhərlərin abadlaşmasında iştirak edə bilərlər.
Amma sən saydığını say, gör Zakir Fərəcov, Gündüz Əliyev kimi “qaniçən” məmurlar nə sayırlar. Onların “məntiqi” budur ki, sahibkarların pulunu Qarabağın bərpasına yönəltməkdənsə, mənimsəmək yaxşıdır. O səbəbdən də Sumqayıt İH başçısı Zakir Fərəcov və ərazi idarəetmə şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının pullarını qaytarmırlar. Artıq bununla bağlı sahibkarlar Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət ediblər.
2016-cı ildən yaranan bu qalmaqalda iş adamları İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov daha çox baş ağrıdıblar.
Ötən yeddi il ərzində səs-küylər çox olsa da, qalan 2 milyon 900 min manat halal pulları günü bü günədək onlara ödənilməyib. Dövlət büdcəsindən ayrılan bu pulun hesabdan necə silinməsi, doğrudan da, təəccüb doğurur. Onlar Prezident İlham Əliyevə müraciət ünvanlayaraq qeyd edirlər ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən, müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər. Həmin müraciəti təqdim edirik:
Möhtərəm Prezident!
Bir sözlə, bu çətin işləri icra başçısı Sizə söz verdiyi üçün boynuma götürdüm və xeyli söz-söhbətdən sonra Yeni Bulvar Kompleksini yüksək səviyyədə yarada biləcəyimi ona bildirdim. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra, mənə daha geniş coğrafiyada işləmək üçün hər cür şərait yaradacaq. Bu şəxsin şirin vədlərinə və yalan uydurmalarına uyaraq işlərin gedəcəyi əraziyə onunla birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Həm də, Zakir Fərəcov şəhərin Bakı — Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını mənə tapşırdı və həmçinin bu barədə də razılığa gəldik. Bundan sonra, yəni mart ayının 10-da 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızın gücləri hesabına işə başladım. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyim kimi yüksək ruhverici səviyyədə, tam olaraq təhvil verdim. Di gəl ki, gördüyümüz işlərin dəyəri — halal pullarımız bu günədək rəhbəri olduğum MMC-nin hesabına tam olaraq ödənilməyib.
Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S. Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdıraraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu gün də ödənilməyib. Dəfələrlə ŞİH-nin başçısına mənimlə bərabər, icra başçı tərəfindən incidilən digər iş adamları tərəfindən də şikayət ərizələri çatdırsaq da, son anda heç bir nəticə əldə edə bilməmişik.
Faktdır ki, ölkəmizin üçüncü böyük şəhəri — Sumqayıtın taleyi imzaladığınız Sərəncam əsasında Zakir Fərəcova etibar olunub. Heç cür inana bilməzdik ki, Zakir Fərəcov bu qədər etibarsızlıqlıq edəcək və o, görülən işlərə görə nəzərdə tutulan milyonlarla dövlət vəsaitlərini müxtəlif adlar adı altında mənimsəyəcək, eyni zamanda yüksək məsuliyyət tələb edən işləri görən şəxslərə olmazın əziyyətlər verib, onların halal pullarını verməyəcək. Onu da bildirim ki, Zakir Fərəcovun yalanlarına inandıq və təmir-tikinti, abadlıq və yenidənqurma işlərinə lazım olan əksər avadanlıqları, tikinti materiallarını tanıdığım, mənə yüksək etibarları olan iş adamlarına sifariş etmişdim. Məhz, həmin şəxslərin dəstəyi ilə əksər lazımi qiymətli malları borca aldıq və tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.
Qeyd edim ki, işlərin gedişi zamanı əvvəlcədən tələb olunan pullar şəhərin Baş memarı Adil Xudadatov tərəfindən bizə nəğd şəklində ödənilirdi. Bu şəxslə aramızda əmələ gələn münasibət nəticəsində məlum oldu ki, bizə verilən pullar şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən iş adamlarından, müxtəlif qurum və təşkilatlardan yığılır. Material almağa görə pul lazım olduğunu bildirdikdə, bu şəxs “Hələ pul yığılmayıb, yığılan kimi sizə çatdıracağıq” deyirdi. İşlər dayanmasın deyə, tikinti materiallarını yaxın tanışlarımdan nisyə almağa məcbur olurdum. Kompleksin tikintisində çalışanların zəhmət haqlarının gecikdirilməsi səbəbindən də, tələb olunan xərcləri yaxşı münasibətdə olduğum imkanlı dost-tanışlarımdan borca aldığım pullar hesabına ödəyirdim. Çünki, təkcə Zakir Fərəcov deyil, Adil Xudadatov da, işlərin dayandırılmamasını məndən xahiş edirdi. Bu şəxslər yaxın müddət ərzində pulların tam ödəniləcəyinə, hətta işlərin vaxtında təhvil verilməsi üçün hədsiz yalvar-yaxarlı vədlər də verirdilər. Bu şəxslərin utancverici əməlləri və bağışlanılmaz günahları ucbatından göz önündə baş verənlərə baxmayaraq, tapşırılan işləri imkanım daxilində yüksək keyfiyyətlə yerinə yetirdik. Onu da qeyd edim ki, ayrı-ayrı şəxslərdən nisyə götürdüyüm təmir-tikinti materiallarının dəyərini hələ də tam şəkildə ödəməmişəm.
Möhtərəm Prezident!
Sumqayıtda Yeni Bulvar Kompleksinin açılışı zamanı Siz görülən işlərdən və işlərin keyfiyyətlə yerinə yetirilməsindən olduqca razı olduğunuzu bildirdiniz və onu da vurğuladınız ki, “Bu qədər işlərin tez bir zamanda belə bir səviyyədə həyata keçirilməsi əsl möcüzədir”. Sizin fikirlərinizə rəğmən bir daha demək istəyirəm ki, həmin möcüzəni yaradan rəhbəri olduğum MMC-dir. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirəm. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir necə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.
Bildirmək istəyirəm ki, icra başçısı görüşlərimizin birində “yuxarıdan 6.000.000 manat xərc tələb edən bir məktəb binasının və bir uşaq bağçasının öz vəsaitlərimiz hesabına tikilməsi tapşığı verilib. Belə bir məbləğdə vəsaiti tapa bilmik və buna görə də sizə olan borcu ödəmək imkanımız yoxdur” dedi. Artıq, Zakir Fərəcovun bu cür uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu hələ də bizə məlum deyil. Az da olsa bizə verilən pullar Baş memar Adil Xudadatovun ayrı-ayrı iş adamlarından və müxtəlif təşkilatlardan yığdığı pullar olub. Hal-hazırda bu şəxs də bizə ödəniş etməkdən yayınır və verdikləri sözlərə əməl etmir, bizi görəndə gizlənir, ya da ki, qaçıb aradan çıxır.
Qeyd edim ki, Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin hamısı rəhbəri olduğum MMC tərəfindən həyata keçirilib. Əldə etdiyim sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni, həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər. Səbəb də, icra başçısının borcu ödəmək üçün lmkanının olmaması ilə yozurlar. Başçı ilə aramızda baş tutan danışıqlar, bir növ ATƏT-in Minsk Qrupunun danışıqlarını xatırladır. Yəni, boş və mənasız vədlərdən başqa bir şey olmur. Axı, nə qədər araçılarla (emissarlarla) görüşmək, nə qədər danışmaq olar?! Əslində başçının borcu ödəmək üçün pulunun olmaması gülüş doğurur. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik, sadəcə olaraq onu bildirmək istəyirik ki, əgər başçının pulu yoxdursa, bəs onda Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlə tikdirib? Necə olur ki, icra başçısı ferma tikdirməyə pul tapır, ancaq gördürdüyü işlərin zəhmət haqqını ödəməyə imkanı olmur?! Hər kəs hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hər kəsə bəlli olan həqiqətlərin gizlədilməsi, əslində dəvəquşunun gizlənməsinə bənzəyir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil!”. Bir sözlə, alacağımız pullar yüzlərlə fəhlənin alın təri hesabına qazandıqlarıdır, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının pullarıdır. Qeyd edək ki, bizim borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar?! İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb. Buna baxmayaraq, o halın varlığına inanıram ki, hansısa səlahiyyət sahibi bu ədalətsizliyə dözməyəcək və bu qalmaqala bir nöqtə qoyacaq.
Onu da qeyd edək ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra, borclu olduğu iş adamlarını iş otağına dəvət etmiş və 50.000 manat pul verib onları həbs etdirəcəyi ilə hədələmişdir. Həmin görüşdə harınlamış icra başçısı iş adamlarına demişdir: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram”. Zakir Fərəcov bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları ödənilməmiş qaldı. Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz o halda borcunuz ödənilməyəcək. Siz ərizəni yazıb verin ki, borcunuzu ödəyək”. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi. Bu şəxs bizi necə aldatdısa, bu gün də ayrı-ayrı təşkilatları həmin ərizələrlə aldatmağa çalışır. Nəzərə almaq lazımdır ki, biz çarəsiz qaldığımızdan alacağımız pullara görə ərizələr yazmışıq. Amma, hələ də pullarımız ödənilməyib.
Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak etmiş iş adamları dəfələrlə alacaqları pulların ödənilməsini tələb etsələr də, hələ də ödəmələr həyata keçirilmir və bu yöndə heç bir addım da atılmır. Bütün bunları əsas tutaraq yazıb Sizdən artıq dərəcədə xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin tez bir zamanda ödənilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıq və göstərişlərinizi verəsiniz!
Öncədən Sizə öz minnətdarlığımızı bildiririk.
Anaxeber.info
Oxşar xəbərlər
- Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
26 may 2024 18:12
- Səni -yarım srok-a içəridən çıxartdıracağam - Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi
26 may 2024 12:19
- İlham Əliyev əfv Sərəncamı imzaladı
25 may 2024 19:20
- Deputatlarımızı, nazirlərimizi söyən Türkiyə vətəndaşı Kutbettin Kaya kimdir?
25 may 2024 12:23
- Qazaxın 4 kəndi artıq nəzarətimizdədir - Rəsmi
24 may 2024 13:10
- Əliyevin Rəhmonla təkbətək görüşü oldu
23 may 2024 12:42
- Səttar Möhbalıyevin məhkəməyə gəlməyini istədilər
22 may 2024 18:35
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 2024 23:20
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 2024 13:52
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 2024 10:00
Xəbər lenti
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30
- İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir (YENİLƏNİB)
26 may 18:44
- 13 yaşında ilk ixtirasını edən, 22 yaşında isə "Google"da mühəndis olan azərbaycanlı (FOTO)
26 may 18:30
- Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
26 may 18:12
- Səni -yarım srok-a içəridən çıxartdıracağam - Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi
26 may 12:19
- Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
26 may 11:59
- Vasif Talıbovun ailəsinə ağır itki - Foto
25 may 20:39
- İlham Əliyev əfv Sərəncamı imzaladı
25 may 19:20
- Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq - Bayden
25 may 18:32
- 9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
25 may 18:21
- Azərbaycanda xanım vəkil bir ailəni belə soydu: Aksion filmlərin yaşanmış ssenarisi – REPORTAJ
25 may 13:53
- İrandan Azərbaycana 12 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
25 may 13:34
- Gədəbəyə ƏRƏ GEDƏN oğlanın müjdəli videosu
25 may 12:42
- İlham Əliyev yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
25 may 12:30
- Deputatlarımızı, nazirlərimizi söyən Türkiyə vətəndaşı Kutbettin Kaya kimdir?
25 may 11:29
- Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərdi
24 may 22:58
- İlhamə Quliyevanın oğlu itkin düşüb
24 may 20:43
- İşsizlik imkan vermir ki, gənclər ailə qursun - Fazil Mustafa
24 may 15:32
- Qazaxın 4 kəndi artıq nəzarətimizdədir - Rəsmi
24 may 13:10
- Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edilib
23 may 20:57
- Əliyevin Rəhmonla təkbətək görüşü oldu
23 may 12:42
Video & Fotoqalereya
Video
Fotoqalereya