Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH

Müharibənin davam etdiyi bir vaxtda insan resurslarında ciddi çatışmazlıq yaşayan Rusiya Federasiyası bu boşluğu doldurmaq üçün qeyri-qanuni və qeyri-insani üsullara əl atmaqda davam edir. Xüsusilə miqrantlar üzərində aparılan təzyiq və məcburetmə siyasəti son dövrlərdə daha da güclənib və sistematik xarakter alıb. Müxtəlif ölkələrdən Rusiyaya gəlmiş əmək miqrantları, - əsasən Mərkəzi Asiya ölkələrindən olan şəxslər, - müharibəyə cəlb olunmaq məqsədilə müxtəlif yollarla təhdid edilir, aldadılır və zorla döyüş bölgələrinə göndərilirlər. Bu şəxslərə qarşı narkotik vasitələrinin daşıyıcısı olmaqda, törətmədikləri cinayətlərdə iştirakda günahlandırma halları çoxalıb. Onların məhkəmə və hüquq-mühafizə orqanları vasitəsilə süni şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi, daha sonra isə bu cəzalardan azad edilmək əvəzinə müharibəyə getmək "təklifləri" reallaşır. Ailə üzvləri və yaxın qohumlarının təhlükəsizliyi ilə bağlı təhdidlər, iş və yaşayış icazələrinin ləğvi ilə qorxutmalar və saxta sənədlərlə manipulyasiya bu prosesin əsas alətləridir. Bütün bu təzyiqlər nəticəsində miqrantlar məcburiyyət qarşısında qalaraq razılaşmalı olurlar. Əlavə olaraq, müharibəyə göndərilən bu şəxslərə əvvəlcədən vəd edilən maliyyə kompensasiyaları, hüquqi təminatlar və vətəndaşlıq vədləri yerinə yetirilmir. Qayıdan şəxslər isə ya yenidən zorla cəbhəyə göndərilir, ya da əvvəlki razılaşmaların pozulması ilə şantaj olunurlar. Bu, onların fiziki və psixoloji sağlamlığına, həmçinin ailələrinin rifahına ciddi zərər vurur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
O bildirib ki, yalnız miqrantlar deyil, Rusiya vətəndaşı olan, lakin etnik azlıqlara mənsub şəxslər də sistematik təqib və məcburetmənin hədəfinə çevrilir. Milli kimliklərinə görə ikinci dərəcəli vətəndaş kimi rəftar olunan bu insanlar da eyni cür zorakılıqlarla üzləşirlər. Bu hallar əsasən Tatarıstan, Başqırdıstan, Dağıstan, Buryatiya və digər milli respublikalarda müşahidə olunur. Yekaterinburq və digər iri şəhərlərdə artıq bu tip hadisələrin mediaya sızması və sosial şəbəkələrdə geniş yayılması bu problemin miqyasının yalnız lokal deyil, bütün ölkəni əhatə etdiyini göstərir. Müxtəlif regionlarda bəzən yerli məmurlar və hüquq-mühafizə orqanlarının nümayəndələri bu prosesi özlərinə siyasi dividendlər qazandırmaq vasitəsinə çevirərək, "vətənpərvərlik" adı altında insan haqlarının kobud şəkildə pozulmasına bəraət qazandırmağa çalışırlar. Beləliklə, dövlət strukturları bu təzyiqləri leqallaşdırmaq üçün süni rasionallar yaradır və cəmiyyətə qorxu mühiti aşılayır.
“Son dövrlərdə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar, miqrantların müharibəyə cəlb olunması ilə bağlı ictimaiyyətin narahatlıqlarını təsdiqləyən açıq etiraf kimi qiymətləndirilməlidir. Onun səsləndirdiyi statistika və detallı məlumatlar, Rusiyanın insan resursları çatışmazlığı fonunda miqrantlara qarşı apardığı təzyiq və məcburetmə siyasətinin dövlət səviyyəsində təşkil olunduğunu göstərir. Bu etiraflar, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan miqrantların necə sistemli şəkildə müharibəyə cəlb edildiyini rəsmi təsdiq edir. Nəticə etibarilə, Rusiyada müharibəyə insan cəlb etmək məqsədilə aparılan bu siyasət həm beynəlxalq hüquq, həm də humanitar prinsiplərlə ziddiyyət təşkil edir və ciddi insan hüquqları pozuntularına səbəb olur. Ümumiyyətlə, Rusiyanın miqrantlara qarşı qeyri insani rəftarına zəmanət verən dəstək sənədləri əsasən beynəlxalq və regional insan hüquqları hüquq çərçivələrinə əsaslanır. Belə ki, işgəncəyə və digər qəddar, insanlığa yaraşmayan və alçaldıcı rəftar əleyhinə olan bir sıra müddəaları özündə ehtiva edən sənədlər var ki, Rusiya da həmin sənədlərə qoşularaq üzərinə bir sıra öhdəliklər götürüb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Mülki və Siyasi Hüquqlar haqqında BMT Paktı (ICCPR, 1966), İşgəncəyə və digər qəddar, insanlığa yaraşmayan və alçaldıcı rəftar əleyhinə BMT Konvensiyası (CAT, 1984), IRR (Racial Discrimination) Konvensiyası (ICERD, 1965) qeyri insani və ya alçaldıcı rəftarı, həmçinin etnik mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edən və Rusiyanın da qoşulduğu beynəlxalq sənədlərin bir qismidir.
Azərbaycan cəmiyyəti isə hələ də bir müddət öncə baş vermiş mülki təyyarənin vurulması faktını unutmayıb. Həmin hadisə nəticəsində dinc əhaliyə zərər dəyib, beynəlxalq hüququn kobud şəkildə pozulması müşahidə olunub. Bu insidentlə bağlı Rusiyanın nümayiş etdirdiyi passivlik və susqunluq nə hüquqi, nə də mənəvi cəhətdən qəbul olunan deyil. Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxarmaqda qərarlıdır və bu istiqamətdə məsuliyyət daşıyan tərəflərin cəzalandırılması, eləcə də zərərçəkmiş tərəfə kompensasiyanın ödənilməsi üçün bütün hüquqi vasitələrdən istifadə ediləcək.
Digər tərəfdən, Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artdığını göstərən bir sıra konkret hadisələr də baş verir. Məsələn, bu yaxınlarda Həştərxanda keçirilmiş beynəlxalq tədbirə dəvət olunmuş Azərbaycan deputatının Rusiya ərazisinə buraxılmaması faktı açıq şəkildə göstərir ki, rəsmi Moskva səviyyəsində Azərbaycana qarşı xoşməramlı münasibət hökm sürmür. Bu hal diplomatik protokollara zidd olmaqla yanaşı, ikitərəfli münasibətlərə də ciddi xələl gətirir.
Bundan əlavə, Azərbaycanın informasiya sistemlərinə qarşı həyata keçirilən kiberhücumlar da bu prosesin tərkib hissəsidir. Rəsmi araşdırmalara əsasən, həmin hücumların arxasında Rusiya ilə əlaqəli qrupların və ya dövlət strukturlarının durduğu ehtimalı güclənməkdədir. Milli Məclisin müvafiq komissiyasının bu istiqamətdə hazırladığı hesabatda da kiberhücumların texniki detalları və ehtimal olunan mənbələri yer alıb. Bu da göstərir ki, informasiya təhlükəsizliyi artıq ölkənin milli təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir.
Rusiyada hökm sürən şovinist əhvali-ruhiyyə və digər xalqlara qarşı diskriminasiya təəssüf ki, sistematik hal alıb. Ənənəvi olaraq rus olmayan xalqlara, xüsusilə müsəlmanlara qarşı açıq təzyiq siyasəti müşahidə olunur. Son zamanlar islamofobiyanın artması, müsəlmanlara qarşı təxribat xarakterli addımların atılması, hüquq-mühafizə orqanlarının selektiv və ayrı-seçkilikli yanaşması Rusiyada yaşayan müsəlman icmaları üçün təhlükəli tendensiyanın formalaşdığını göstərir. Bu, yalnız daxili siyasət məsələsi olmayıb, regiondakı sabitlik və sosial münasibətlər üçün də ciddi təhlükə mənbəyidir”, - deyə A.Allahverənov vurğulayıb.
Deputatın sözlərinə görə, bütün bu faktlar birgə götürüldükdə, Rusiyanın həm daxili, həm də xarici siyasətində etnik və dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyin, zorakılığın və hüquq pozuntularının sistemli hal aldığını nümayiş etdirir. Azərbaycan bu prosesləri diqqətlə izləyir və həm öz vətəndaşlarının hüquqlarının qorunması, həm də beynəlxalq hüququn aliliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək. Kremlə yaxınlığı ilə tanınan, dövlət mediasının əsas simalarından biri olan Vladimir Solovyov kimi şəxslərin açıq şəkildə anti-Azərbaycan ritorika ilə çıxış etməsi Rusiyada formalaşdırılmış siyasi kursun təsadüfi deyil, sistemli və məqsədli şəkildə həyata keçirildiyini göstərir. Bu tip təbliğatçılar yalnız şəxsi fikir deyil, Kremlin ideoloji mövqeyini kütləyə ötürmək funksiyasını daşıyırlar. Onların çıxışları birbaşa dövlətin informasiya siyasətindən qaynaqlanır və bununla həm ictimai rəyi formalaşdırmaq, həm də daxili auditoriyanı süni düşmən obrazı ətrafında səfərbər etmək hədəflənir.
Bu reallıq mübaliğəsiz şəkildə onu göstərir ki, Rusiyanın milli siyasətində artıq digər xalqlara qarşı dözümsüzlük, etnik ayrı-seçkilik, sistematik diskriminasiya və açıq islamofobiya rəsmi səviyyədə legitimləşdirilməyə doğru gedir. Ənənəvi olaraq multietnik və çoxmillətli kimi təqdim olunan Rusiyada bu gün artıq monoetnik üstünlük və şovinist əhvali-ruhiyyə dominant xəttə çevrilir. Müsəlman icmalarına, Orta Asiya və Qafqaz mənşəli əhaliyə, həmçinin qeyri-rus vətəndaşlara qarşı edilən təzyiqlər, hüquqi və fiziki zorakılıqlar, mediada aparılan antimüsəlman və anti-Azərbaycan kampaniyaları bu vəziyyəti bir daha sübut edir.
A.Allahverənov əlavə edib: “Qərbə qarşı bütün cəbhələrdə uğursuzluğa düçar olan, Ukrayna müharibəsində strateji bataqlığa yuvarlanan və iqtisadi-siyasi təcrid altında qalan Kreml üçün daxildə yeni "düşmən" obrazları yaratmaq artıq bir zərurətə çevrilib. Bu düşmən obrazları arasında Azərbaycan da məqsədli şəkildə hədəfə alınır. Çünki Azərbaycan həm müstəqil siyasət yürüdür, həm də regionda Rusiyanın nəzarətini məhdudlaşdıran geosiyasi xətt izləyir. Ona görə də Moskva Azərbaycana qarşı hibrid müharibə alətlərindən istifadə edərək həm daxili, həm də beynəlxalq səviyyədə nüfuzuna xələl gətirməyə çalışır. Bu kontekstdə Ermənistanda radikal və revanşist qüvvələrin yenidən aktivləşdirilməsi xüsusi diqqət çəkir. Koçaryan, Sarkisyan və onlarla eyni siyasi dairələrə mənsub olan şəxslərin son aylarda daha sərt və ritorik çıxışlar etməsi, revizionist iddiaları səsləndirməsi heç də təsadüfi deyil. Bu şəxslərin Rusiya ilə olan siyasi və şəxsi bağlılıqları, onların fəaliyyətinin Moskvadan yönləndirilməsi ehtimalını gücləndirir. Məqsəd açıq-aşkar şəkildə Cənubi Qafqaz regionunda sabitliyi pozmaq, Ermənistan-Azərbaycan münasibətlərində yenidən gərginlik yaratmaq və Rusiyanın regionda "sülhqurucu" adı altında geri dönməsinə zəmin hazırlamaqdır. Bu proses həm Azərbaycanın suverenliyinə qarşı yönəlib, həm də ümumi regional təhlükəsizliyə ciddi təhdid yaradır. Rusiya bu siyasəti ilə təkcə Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq üçün yenidən müharibə ssenarisini gündəmə gətirir. Bunun qarşısını almaq üçün Azərbaycan beynəlxalq tərəfdaşları ilə daha sıx əməkdaşlıq etməli, informasiya cəbhəsində fəal olmalı və Rusiyanın hibrid təzyiqlərinə qarşı sistemli müqavimət formalaşdırmalıdır ki, bu istiqamətdə zəruri addımların Azərbaycan tərəfindən atıldığının şahidiyik”.
- Azərbaycanlı fəhlə necə MİLYARDER oldu? – Yarımçıq ömür
10 avqust 2025 22:36
- 74 yaşlı kişi federasiya Prezidentini ÖLDÜRDÜ
10 avqust 2025 15:19
- Putinin ölümündən sonra Ukraynada savaş bitəcəkmi? -Yuşşenko cavab verir...
10 avqust 2025 10:28
- Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
10 avqust 2025 00:55
- İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE
9 avqust 2025 12:51
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Donald Trampla İlham Əliyevin görüşü başladı
8 avqust 2025 23:57
- Donald Trampla Nikol Paşinyanın görüşü başladı
8 avqust 2025 23:50
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni - Paraflanacaq
8 avqust 2025 02:28
- Türkiyədə ZƏLZƏLƏ - 10- a yaxın BİNA ÇÖKDÜ
10 avqust 23:09
- Azərbaycanlı fəhlə necə MİLYARDER oldu? – Yarımçıq ömür
10 avqust 22:36
- Pezeşkian : HİCAB MƏSƏLƏSİNİ ZORLA ETMƏK OLMAZ - ŞOK
10 avqust 21:39
- İlham Əliyev onu Azərbaycana dəvət etdi
10 avqust 20:27
- QƏLƏBƏN MÜBARƏK, AZƏRBAYCANIM - Mehranə Vəliqızı
10 avqust 19:52
- SON DƏQİQƏ: Zelenski İlham Əliyevə ZƏNG ETDİ
10 avqust 16:36
- İntihar edən əsgərin MƏKTUBU: Mən bu adamın hərəkətlərinə DÖZƏ BİLMİRƏM...
10 avqust 15:34
- 74 yaşlı kişi federasiya Prezidentini ÖLDÜRDÜ
10 avqust 15:19
- Musa xalası qızı ilə, Təranə isə hərbçi ilə evliymiş - Onlar necə ailə qurub?
10 avqust 14:28
- Bakıda və rayonlarda şimşək çaxacaq, LEYSAN yağacaq
10 avqust 13:41
- Putinin ölümündən sonra Ukraynada savaş bitəcəkmi? -Yuşşenko cavab verir...
10 avqust 10:27
- 18 milyon insanı İslama gətirən, dünyanı silkələyən film haqda şok faktlar
10 avqust 10:07
- Tərtərdə DƏHŞƏT: İt sahibini parçaladı
10 avqust 09:50
- İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını TƏBRİK ETDİ
10 avqust 09:29
- Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
10 avqust 00:55
- 6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar
09 avqust 17:03
- İnsanlığın ən qaranlıq səhəri: XİROSİMA (FOTO)
09 avqust 14:57
- İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE
09 avqust 12:51
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
09 avqust 11:23
- Paşinyandan sülhə dair - Açıqlama
09 avqust 09:59
- Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi
09 avqust 08:28
- ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
09 avqust 00:17
- Donald Trampla İlham Əliyevin görüşü başladı
08 avqust 23:57
- Donald Trampla Nikol Paşinyanın görüşü başladı
08 avqust 23:50
- İllərlə vəhşi heyvanları ÖLDÜRƏN milyonçunu ov zamanı Kafr buğası ÖLDÜRDÜ
08 avqust 23:13
- Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar
08 avqust 22:24
- Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?
08 avqust 21:51
- Tramp: Avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq
08 avqust 09:51
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
08 avqust 09:39
- Bakı metrosunda körpə doğuldu
08 avqust 09:17