Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
Ədliyyə naziri cənab Fərid Əhmədova
Cənab nazir !
Azərbaycan cəmiyyəti Sizi yüksək təhsilli, təcrübəli kadr , eyni zamanda ləyaqətli insan kimi tanıyır. Və cəmiyyətimiz ümid edir ki, Siz möhtərəm Prezidentimizin etimadını doğruldacaq, ədliyyə sistemindəki mövcud olan neqativ hallara son qoyacaqsınız.
Cənab nazir !
Ədliyyə sistemində ən böyük problemlərdən biri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində baş verən qanunsuz əməllər və rüşvət hallarıdır.
Konkret olaraq Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində baş verən qanunsuz əməllər barədə, daha dəqiq desək, şöbənin icra məmuru Vidadi Dadaşovun əməlləri barədə tədbir görməyinizi istəyirik.
Belə ki, icra məmuru Vidadi Dadaşovun qanunsuz əməlləri Ədliyyə Nazirliyi üçün ləkədir.
Vidadi Dadaşov heç bir əsas olmadan iş adamının ölkədən çıxışına qadağa qoyub. Vidadi Dadaşov unudur ki, cənab Prezidentimiz deyib: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.
Cənab nazir !
Vidadi Dadaşov iş adamının ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Xaçmaz rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə heç bir əsas olmadığı üçün onun müraciətini rədd etmişdir. Xaçmaz rayon məhkəməsinin haqlı qərarını Sumqayıt Apelyasiya Məhkəməsi qüvvədə saxlamışdır. Buna baxmayaraq Vidadi Dadaşov ikinci dəfə iş adamına məhdudiyyət qoymaq üçün müraciət etmişdir.
Vidadi Dadaşovun öz şəxsi marağı üçün etdiyi bu əməl məhkəmə-hüquq sistemini ələ salmaq kimidir.
Vidadi Dadaşova kim səlahiyyət verib ki, məhkəmə qərarlarına belə hörmətsiz yanaşsın ?
Vidadi Dadşovun ikinci müraciəti ilə bağlı aprelin 1-də Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafarlının sədrliyi ilə yenidən iş adamına məhdudiyyət qoyulması məsələsinə baxacaq.
Ümid edirik ki, hakim bir dəfə hüquqi veilmiş işə ikinci dəfə əks qərar çıxartmayacaq və Vidadi Dadaşov kimi icra məmurlarının məhkəmə-hüquq sistemini ələ salmasına yol verməyəcək.
Cənab nazir !
Məlumat üçün qeyd edək ki, Vidadi Dadaşov özünü tələbkarlardan birinin nümayəndəsi Sevil Hacıyevanın vəkili kimi aparır. Yuxarıda qeyd etdiyimiz kimi Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasının təqdimatı əsasında məhkəmə qərarı ilə vəkillik sistemindən qovulub, onun vəkil kimi fəaliyyətinə xitam verilib.
Onu da qeyd edək ki, Vidadi Dadaşov 27 noyabr 2023-cü il tarixdə akt tərtib edib ki, torpaq mütəxəssisi olmadan torpağın bölgüsü mümkün deyil.
Belə ki, tələbkar Sevil Hacıyeva mənşəyi bilinməyən MMC-nin rəyi əsasında torpağın bölünməsini tələb etdikdə icra məmuru Vidadi Dadaşov həmin sənədin hüquq müəyyənedici sənəd olmadığını və bu barədə Nizami rayon məhkəməsinin qərarı olduğunu əsas göstərərək prosesi təxirə salmışdır. Həmin gün Vidadi Dadaşov torpaq sahəsinin koordinatları ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsində mübahisə getdiyini və həmin məsələ bitənədək işi icra edə bilməyəcəyini qeyd etmişdir. ( Bununla bağlı video material da var ).
Sonradan, 31.01.2024 tarixdə dedikərinin tam əksinə olaraq ( bu barədə akt var ) mənşəyi bəlli olmayan MMC-nin sənədinə əsaslanıb, Apelyasiya Məhkıməsinin qərarını gözləmədən və ən əsası müvafiq dövlət orqanı mütəxəssisinin iştirakı olmadan özbaşına torpaq sahəsinin bölgüsünə cəhd etmişdir.
Cənab nazir !
Xaçmaz rayon icra şöbəsinin məmuru Vidadi Dadaşov öz şəxsi marağına görə, qısa müddətdə bir-birinə zidd olan qərarlar çıxardır, məhkəmə-hüquq sistemini sanki ələ salır.
Vidadi Dadaşov bütün qanunsuz əməllərini belə əsaslandırır: “ Bunlar İlqar Cəfərovun tapşırığıdır”.
Söhbət Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan gedir.
Cənab nazir!
Ümid edirik ki, Vidadi Ddaşov kimi öz şəxsi marağına görə Ədliyyə Nazirliyinin nüfuzunu aşağılayan məmurlar barəsində tədbir görəcəkssiniz.
Hörmətlə, NUH.az informasiya Agentliyinin Baş redaktoru Kamran Məhərrəmli
- Elxan Nəcəfov nazir oldu
31 may 2024 12:38
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 2024 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 2024 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 2024 16:14
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 2024 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 2024 14:17
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 2024 16:46
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 2024 12:55
- Deputatlarımızı, nazirlərimizi söyən Türkiyə vətəndaşı Kutbettin Kaya kimdir?
25 may 2024 12:23
- Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov kimdir? - Foto
22 may 2024 18:44
- Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 iyun 17:42
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30