Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
Maraqlı8 aprel 2026 22:36
“İrana qarşı İsrailin və ABŞ-ın bu günədək apardığı müharibə cinayət xarakteri daşıyır. Amerika və İsrail bu sahədə müharibə cinayətləri ilə məşğuldur…”
“Biz İran xalqının əziyyət çəkməsini istəmirik. Həm də ona görə ki, həmin ölkənin əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır və biz onların bu müharibədən zərər görmələrini arzulamırıq…”
“Bütün bunları dərindən düşünüb təhlil etsək, belə nəticəyə gələrik ki, Azərbaycan cəmiyyətində nə irançı, nə də israilçi olmalıdır. Bu, düzgün deyil. Çünki hər iki tərəfdən bu təbliğatın böyük hissəsi dini fanatik motivlidir…”
“Başqa sözlə, ABŞ yevangelist fanatikliyi, İsrail sionist fanatikliyi, İran isə şiə fanatikliyi ilə silahlanıb savaşırlar. Dünya bu saat üç dini fanatik qüvvənin əsirliyində qalıb…”
“İranda rejimin yumşalmasına gedilməsi üçün müvafiq tədbirlər görülməlidir…”
Xəbər verildiyi kimi, 38 günlük savaşdan sonra İsraildəki Pesah bayramı(5-13 aprel) gedişində Pakistanın vasitəçiliyi ilə 14 günlük atəşkəs əldə olunub. Lakin buna rəğmən İsrail Livan və Cənubi Yəmənə qarşı əməliyyatlarını dayandırmayıb. Eyni zamanda həm İran, həm də Körfəz ölkələri ərazisində müxtəlif raket, dron zərbələri barədə xəbərlər eşidilməkdədir. Və bu fonda Azərbaycan cəmiyyəti, o cümlədən qismən siyasi şərhçi və politoloqlar cameəsində də baş verənlərə ikili baxışlar davam edir. Biriləri savaş boyu əks fikirdə olanları “satqınlıq”da, “xəyanət”d ittiham etməklə ifrat, radikal şəkildə müdafiə etdikləri İranı, digərləri isə İsrail və ABŞ-ı qalib hesab edir. Bəs gerçəklik nədir? Biz bir cəmiyyət olaraq bu gün və bundan sonra proseslərə hansı mövqedən yanaşmalıyıq? Bu münaqişə sözügedən atəşkəsdən sonra hansı formatda davam edəcək: ABŞ lideri Donald Tramp yenə də “onları daş dövrünə qaytaracam” hikkəsi ilə İrana qarşı daha intensiv tempdə bombardmanları davam etdirə biləcəkmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri səsləndirib:
"Düzdü, hələlik atəşkəs elan edilib. Amma əslinə qalanda biz istər savaş, istərsə də atəşkəs dövründə bnə İsraili, nə də İranı müdafiə etməliyik. Biz Azərbaycanı və azərbaycanlıları müdafiə etməliyik. Və bu gün vəziyyət belədir ki, Azərbaycanın qonşuluğunda, sərhədlərində müharibə gedirsə, Azərbaycan bir dövlət olaraq bununla bağlı müvafiq tədbirlər görməlidir. Həm hərbi, həm iqtisadi, həm diplomatik, həm də təbliğat baxımından buna hazır olmalıyıq. Təəssüf ki, bu sahədə çoxlu çatışmazlıqlar var. Və qeyd etdiyiniz kimi, biz onunla qarşılaşırıq ki, ölkədə bəziləri İranı, digərləri isə İsrail və ya ABŞ-ı radikal, ifrat şəkildə müdafiə edir. Halbuki biz məsələyə öz mövqeyimizdən və ədalətli baxmalıyıq. Və öncə onu deməliyik ki, İrana qarşı İsrailin və ABŞ-ın bu günədək apardığı müharibə cinayət xarakteri daşıyır. Amerika və İsrail bu sahədə müharibə cinayətləri ilə məşğuldur.
Dünənədək Amerikanın müharibə naziri açıq-aşkar deyirdi ki, bizim üçün heç bir qayda-qanun yoxdur, biz qaydaları bombalar vasitəsilə müəyyən edirik. Bu, onun açıq mənbələrdə rəsmi çıxışından götürülmüş sitatdır. ABŞ Prezidenti isə bildirir ki, İranın bütün infrastrukturu, elektrik stansiyaları və sənayesi məhv ediləcək. Bu, dövlətlərarası müharibə çərçivəsində olan çıxış deyil, cinayət xarakterli bir çıxışdır. Bu, cinayətin açıq şəkildə elan olunmasıdır…
Müharibə yalnız hərbi strukturların ləğv edilməsi istiqamətində aparılmalıdır. Ancaq mülki infrastrukturu məhv etməyi elan etmək və mülki əhaliyə qarşı əməliyyat aparmaq isə cinayətdir. Bu baxımdan biz İran xalqının əziyyət çəkməsini istəmirik. Həm də ona görə ki, həmin ölkənin əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır və biz onların bu müharibədən zərər görmələrini arzulamırıq…
Eyni zamanda İsrailin də İrana qarşı apardığı bombardman siyasəti, ABŞ-I arxasına alıb öz niyyətlərini həyata keçirməsi cinayət xarakteri daşıyır. Hazırda Livanın bütün cənub hissəsini köçürməklə və onların yaşayış yerlərini hədəfə alırlar, məhv edirlər. Ancaq bu cür qeyri-insani davranışların soyqırıma məruz qalmış bir xalqın – İsrail xalqının nümayəndələri tərəfindən törədilməsi təəccüb doğurur. Və həmin hərəkət də əslində soyqırım siyasətidir. Yəni bütün əhalini köçürmək və sonradan həmin ərazini İsrailə qatmaq siyasəti aparmaq həm beynəlxalq qanunlara ziddir. Həm də beynəlxalq cinayətdir…
Bütün bunları dərindən düşünüb təhlil etsək, belə nəticəyə gələrik ki, Azərbaycan cəmiyyətində nə irançı, nə də israilçi olmalıdır. Bu, düzgün deyil. Çünki hər iki tərəfdən bu təbliğatın böyük hissəsi dini fanatik motivlidir. Yəni ABŞ-ın hazırkı prezidenti də, müharibə naziri də eyni yevangelistdirlər və qondarma “Armagedon” ideyaları ilə bu müharibəyə qoşulublar… Başqa sözlə, ABŞ yevangelist fanatikliyi, İsrail sionist fanatikliyi, İran isə şiə fanatikliyi ilə silahlanıb savaşırlar. Dünya bu saat üç dini fanatik qüvvənin əsirliyində qalıb. Mənim fikrimcə, bütün aparıcı dünya dövlətləri bir araya gələrək bu cinayətkar, həm də mənasız müharibəyə nəinki iki həftəlik, yaxud bir neçə aylıq tamamilə son qoymalıdır…
Ta qədimlərdən bəri müharibələrin də müvafiq qanun-qaydaları olub. Amma əgər bu gün kimsə bəyan edirsə ki, bizim üçün qayda-qanunları bombalar müəyyən edir- bu, artıq bütün bəşəriyyətə, bütün insanlığa bir təhdiddir…
Biz Azərbaycan cəmiyyəti olaraq mənasız savaşın alətinə çevrilməməliyik. Haqqı görməliyik, hər iki tərəfdən haqqı deməliyik. Əlbəttə ki, biz soydaşlarımızın müdafiəsinə də qalxmalıyıq və Güney Azərbaycanın şəhərlərinin, xüsusən də Təbrizin bombardmana məruz qalmasına etirazımızı bildirməliyik. Qalan məsələlər isə İranın daxili işidir və onların fəaliyyətinə bağlıdır…
“Bəs sizcə, tərəflərin elan etdiyi atəşkəs sonadək davam edəcəkmi? Və qeyd edilən müddət başa çatdıqdan sonra ABŞ və İsrail yenidən əvvəlki ritorika və templə, Trampın “onları daş dövrünə qaytaracağıq” hikkəsi ilə İranın infrastrukturlarını bombalamaqda davam edə biləcəkmi?” sualına isə siyasətçi belə cavab verib:
“İndi gözlənilən odur ki, ABŞ və İsrailin münaqişəni davam etdirə bilməyəcək, çünki bunun üçün potensialları yoxdur. Aydın oldu ki, Trampın nəticələrini düşünüb-daşınmadan İran kimi bir ölkəni dağıdacağını, mədəniyyətini məhv edəcəyini söyləməsi xuliqan təfəkkürünün təzahüründən başqa bir şey deyil. Dünya da bu cür yanaşmanı qəbul etmədi. Ancaq İran daxilində də qarşılıqlı təbəddülat olacaq. Rəsmi Tehran müharibəni udduqlarına elan etmələrinə rəğmən bu dövlətə çox ziyan dəyib. Və bunu da nəzərə alaraq ölkədə rejimin yumşalmasına gedilməsi üçün müvafiq tədbirlər görülməlidir…
Ümumiyyətlə, bu 38 günlük savaşın nəticələrinə gəlincə Amerika və İsrail heç nə qazana bilmədi. Əksinə, ABŞ bir qlobal güc olaraq həm nüfuzunu itirdi, həm də bölgədəki strateji məkan olan Hörmüz boğazına nəzarəti ələ ala bilmədi. Yəni o yenə də təsir vasitəsi olaraq İranın əlindədir.
Nüvə proqramı və digər məsələlərin taleyi isə hələ danmışıqların gedişində məlum olacaq.
Bilirsiz, gedişat göstərdi ki, bundan sonra da Trampın “İranın mədəniyyətini məhv edəcəm, onları daş dövrünə qaytaracam” hikkəsi ilə hansısa hərbi əməliyyat aparmaq mümkün olmayacaq. Bu hamını Amerikadan daha da uzaqlaşdıracaq. Və dünya da bu cür yanaşmanı qəbul etməyəcək. Bundan sonra da ABŞ və İsrailin əlavə olaraq İrana qoşun yeridib genişmiqyaslı quru əməliyyatı keçirməyə də imkanları yoxdur. Digər təsir vasitələrini də hələ tapa bilməyiblər. Deməli, bu müharibədə uzunmüddətli fasilə olacaq. Düzdü İsrail, yəqin ki, vəziyyəti yenidən qızışdırmağa, Amerikanı yenidən prosesə cəlb etməyə çalışacaq. Çünki Netanyahu rejimi atəşkəsin də, sülhün də qatı əleyhdarıdır. Onlar maraqlıdırlar ki, gərginlik davam etsin və münaqişə sakitləşməsin. Lakin bundan sonra atəşkəs pozulsa, müharibə davam etsə də, onlar İran üzərində istədikləri heç bir nəticəni əldə edə bilməyəcəklər. Çünki əgər Trampın təsvir etdiyi kimi bütün infrastruktur obyektlərinin davamlı bombardman edilməsinə gedilsə, İran da qisas olaraq Körfəzdəki ərəb ölkələrinin neft, qaz obyektləri və xətlərini, həmçinin içməli su təmin edən müəssisələri və digər infrastrukturlarını tamamilə sıradan çıxa bilər. Bu da həmin ölkələr üçün uzunmüddətli fəlakət demək olar. Bir sözlə, ABŞ və İsrail üçün bundan sonra hərbi əməliyyatların davamı nəticəsiz bir perspektiv deməkdir…”
Oxşar xəbərlər
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 2026 18:57
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 2026 13:25
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 2026 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 2026 11:31
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 2026 22:51
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 2026 11:55
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 2026 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 2026 15:59
Xəbər lenti
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
