Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədri Zaur Mikayılovun “Xəzər TV” və “Report”a verdiyi müsahibədə xeyli sensasion məqamlar var.
NUH.az bakupost-a istinadən xəbər verir ki, onun səsləndirdiyi fikirlər əslində illərdir danışılan, amma açıq şəkildə etiraf olunmayan bir problemin üzərindən pərdəni qaldırır:
“Keşlədəki həmin evi görmüsünüzsə, onun bitişiyində yerləşən evlər də əslində həmin kollektorun mühafizə zonasında yerləşir. Çünki kollektorların istismarı və mümkün müdaxilələr üçün texnikanın həmin əraziyə daxil olması tələb olunur. Məsələn, həmin kollektor təxminən 9 metr dərinlikdən keçir. Bu isə o deməkdir ki, orada qazıntı aparmaq üçün daha geniş əraziyə ehtiyac yaranır.
Yəni 9 metr dərinlikdə kotlavan qazılması üçün texnikanın işləyə biləcəyi daha geniş sahə tələb olunur. Buna görə də kollektorların mühafizə zonası əslində daha geniş olur və kollektorun diametrindən asılı olaraq bu zona 10, 15, hətta 20 metrə qədər uzana bilər.
Bu evlərin bir qismi vaxtilə tikilib. Dediyiniz kimi, onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur.
Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb və bu komissiya həm kollektorların, həm də içməli su magistral borularının üzərində yerləşən tikililərlə bağlı araşdırmalar aparır. Çünki problem yalnız kollektorlarla bağlı deyil – bəzi hallarda içməli su magistral xətlərinin üzərində də evlər tikilib”.
(https://youtube.com/shorts/pbyvu3ocDP0?si=70vHF0rUE_twO9uG)
Bu açıqlama mövcud problemlərin açıq ifadəsi ilə yanaşı, çox böyük bir cinayət şəbəkəsinin ifşasıdır.
Əgər bu istiqamətdə dövlət səviyyəsində real araşdırma aparılarsa, çox böyük bir mexanizmin üzə çıxacağı, bəzi vəzifəli şəxslərin məsuliyyətə cəlb ediləcəyi istisna deyil.
Çünki…
Evlərə “çıxarış” necə verilir?
Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir.
İlkin olaraq, bələdiyyə və s. torpaq sənədini verir, yerli icra hakimiyyəti tikintiyə nəzarət edir. Tikinti bitdikdən sonra onun dövlət qeydiyyatına alınması, yəni “çıxarış” alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edilir.
Bundan sonra həmin evin dövlət qeydiyyatına alınması üçün aidiyyəti qurumların rəyləri alınır. O rəylər müsbət olduğu halda “çıxarış” (kupça) verilir.
Rəyləri hansı qurumlar verir?
“Çıxarış”ın verilməsi üçün qaz, elektrik, su, FHN və digər qurumlar əraziyə baxış keçirir, hər biri öz sahəsi üzrə rəy verir.
Məsələn:
- su qurumu təsdiqləməlidir ki, ərazidən magistral xətt və kollektor keçmir
- elektrik qurumu yüksək gərginlikli xətlərin mühafizə zonasını yoxlayır
Sonda isə bütün bu rəylər əsasında Əmlak Məsələləri Dövlət Xidməti çıxarış verir.
Cinayət dolu reallıq: kollektor da var, kupça da…
Zaur Mikayılovun açıqlaması göstərir ki:
– kollektorlar mövcuddur
– mühafizə zonası açıq şəkildə pozulub
– buna baxmayaraq bəzi evlər sənədləşdirilib.
Bu, yüksək vəzifəli şəxsin dilindən səslənən ciddi qanunsuzluq iddiasıdır.
Belə olduqda ortaya həmin evlərin necə sənəd — “çıxarış” alması ilə bağlı yalnız iki variant çıxır: ya su qurumu yanlış və ya saxta rəy verib, ya da Əmlak Məsələləri Dövlət Xidməti rəylərə baxmadan saxta sənəd hazırlayıb.
Bunlar isə ağır cinayətlərdir: vəzifə səlahiyyətini aşmaq, saxta sənəd hazırlamaq, korrupsiya və s.
Ən kritik məqam: eyni qurum, iki reallıq
Bu açıqlamada diqqət çəkən daha bir məqam var: problemi açıqlayan şəxsin rəhbərlik etdiyi qurum – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi eyni zamanda keçmişdə həmin ərazilərlə bağlı rəy verən əsas qurumlardan biri olub.

Qorxmaz Hüseynov (Keçmiş”Azərsu” ASC-nin sədri)
Yəni Mikayılovun dedikləri real vəziyyətin təsviri ilə yanaşı, rəhbərlik etdiyi qurumda əvvəlki dövrdə verilmiş qərarları da sual altına alır, köhnə idarəetmənin nəticələrini ifşa edir.
Əgər bu evlər dünən rəy alıb, sənədləşdirilib, bu gün isə qanunsuz sayılırsa, onda bu qərarları kim verib?
Bu sənədlərə imza atanlar kimdir və onlar məsuliyyət daşıyacaqmı?
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 2026 20:19
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 2026 13:25
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 2026 20:56
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 2026 18:20
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 2026 13:47
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 2026 00:21
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 2026 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 2026 19:10
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 2026 15:25
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
