Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
Avstriyada məşhur “Hipp” markalı uşaq qidaları ilə bağlı narahatedici hadisə baş verib və bu məsələ digər ölkələr, o cümlədən Azərbaycan üçün də diqqətlə izlənilməlidir.
Məlumata görə, Avstriyanın Burgenland federal ərazisində bir alıcı mağazadan aldığı tərəvəz püresinin keyfiyyətindən şübhələnib. Onun bildirdiyinə görə, məhsulun qabı artıq açıq vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində isə həmin bankalarda siçan zəhəri izləri aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, bəzi bankaların alt hissəsində qırmızı dairə işarəsi mövcuddur və qapaqların qoruyucu örtüyü zədələnib.
Hadisə ilə əlaqədar olaraq, bazar nəzarət qurumları “Hipp” markasına aid məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Norveç və İtaliyada ümumilikdə 1500 supermarketdən təcili geri çağırıb. Şirkət özü də uşaq qidalarında zəhərli maddə izlərinin aşkarlandığını təsdiqləyib və bunun “kənar müdaxilə” nəticəsində baş vermiş ola biləcəyini açıqlayıb. İstehsalçı valideynləri bu məhsullardan istifadə etməməyə çağırıb.
Bu cür hallar göstərir ki, hətta tanınmış və etibarlı hesab olunan markalarla bağlı da təhlükəsizlik riskləri tam istisna edilmir. Azərbaycan bazarında da idxal olunan bu cür uşaq qidalarının mövcudluğu nəzərə alınarsa, bu məsələ yerli istehlakçılar üçün də potensial risk yarada bilər.

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, körpələrin qidalandırılması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox vacib bir maddə mövcuddur və bunu hətta bir çox pediatr da tam şəkildə anlamır: “Azərbaycana üçüncü ölkələrdən körpə qidalarının idxalı qadağandır. Bu sualın cavabını çox adam bilmir, lakin mənə bu məsələ məlumdur. Avstraliyada müəyyən edilmiş bu məsələ, qida məhsulunun tərkibində Argentium NO3 kimi maddə var. Bu maddə zəhərlidir, lakin ümumiyyətlə, bütün kimyəvi maddələr müəyyən miqdarda qidalarda rast gəlinə bilər. Argentium NO3 ilə bağlı konkret məlumatım yoxdur və bunun təsdiqləndiyini demək çətindir. Bu isə o demək deyil ki, Avstraliyaya göndərilən qidalar avtomatik olaraq Azərbaycana da daxil olur. Lakin istisna edilmir ki, belə hallar baş versin”.
Eyyub Hüseynovun sözlərinə görə, araşdırmalar göstərir ki, Azərbaycanda bəzən qanunun tələbləri pozulur və körpə qidaları birbaşa istehsalçıdan deyil, üçüncü ölkələr vasitəsilə idxal olunur: “Təəssüf ki, bu halların qarşısı tam şəkildə alınmır və istisna deyil ki, həmin məhsul partiyalarından bəziləri Azərbaycana da daxil olsun. Bununla belə, qeyd edilməlidir ki, bütün qida məhsulları, o cümlədən körpə qidaları AQTA tərəfindən ciddi şəkildə yoxlanılır və bütün partiyalar nəzarətdən keçir.
İnanıram ki, AQTA tərəfindən bu araşdırılacaq. Bildiyimə görə, “Hipp” markasının Azərbaycanda nümayəndəliyi də var. Yəqin ki, onlar da bu işdə maraqlı olub, məsələ ilə bağlı məlumat verəcəklər”.
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 2026 11:49
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 2026 00:21
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 2026 15:38
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 2026 19:43
- Baku Kids Company MMC şirkəti yayılan xəbəri TƏKZİB ETDİ
16 aprel 2026 10:45
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 2026 21:17
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 2026 15:25
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
