Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının vur-çatlasın dövrüdür. Konfederasiyanın əməkdaşları hər il yay aylarını xüsusi səbirsizliklə gözləyirlər. Baxmayın da, təxminən 1 mln. 500 min nəfərdən artıq üzvü olan və hər bir üzvü hər ay əmək haqqının 2 faizini “könüllü” olaraq bu təşkilata ödəyən (məbləği özünüz hesablayın) Azərbaycan vətəndaşları ən çox bu aylarda adıçəkilən təşkilata müraciət edirlər.
Onu da xatırladaq ki, dünyanın bütün ölkələrində həmkarlar əsasən zəhmətkeşlərin hüquqlarını müdafiə edir və müstəqil təşkilat kimi fəaliyyət göstərir. Bizim AHİK isə olsa-olsa zəhmət adamlarına ildə bir dəfə “putyovka” verməklə işini bitmiş hesab edir, onda da ki, belə... Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qeyri-hökumət strukturudur, bununla bərabər, öz obyektlərini də ən çox satıb sovan da bu təşkilatdır. İndi öz satdığı təşkilatlardan əcaib qiymətə kvota alır və bu bu yolla həm sanatoriya və istirahət evlərinin rəhbərləri də dolanır, həm də AHİK... Nəticədə illərlə bu təşkilata pul ödəyənlər qalır qapı arxasında. Mən başa düşə bilmirəm, 1 mln. 500 min insanın əmək haqqı hesabına qurulan sanatoriya və istirahət mərkəzləri necə satılıb sovulub? Hazırda AHİK rəhbərliyində olanlar AHİK-in keçmiş rəhbərı iqtisad elmləri doktoru, millət vəkili Səttar Möhbalıyevdən çox bərbad miras qaldığını deyirlər, həqiqətən də, 30 ildən çox (daha dəqiq desək 31 il) AHİK-ə patronluq edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri tarix elmləri doktoru Əli Həsənovla qudalığından sui-istifadə edərək bu təşkilatı satıb sovan, qohum-əqrəbasına peşkəş edən və sonda da parlamentdə xalqın elçisi olan (düz 6 dəfə) Səttar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasını beynəlxalq aləmdə müəyyənləşmiş statusundan çıxararaq hökumət arabasının 5-ci təkərinə, Əli Həsənovun və özünün gəlir yerinə çevirib. İstənilən azərbaycanlı bu gün deyə bilər ki, mənim verdiyim puldan keçmişdə Səttar Möhbalıyev, indi isə Sahib Məmmədov yararlanır. Bəs mən nə aman Həmkarlar təşkiatından yararlanacağam? Təkrar edirəm, Səttar Möhbalıyevdən AHİK-ə çox bərbad miras qalıb (Sahib Məmmədov özü də vəzifəyə yeni təyin olunanda daxili yoxlamalar aparıb və çox böyük nöqsanlar aşkarlayıb, amma məsələ yerindəcə ört-basdır edilib). Bütün bunlarla bərabər, bu gün adamlar deyir ki, heç olmazsa, Səttarın dövründə ildə bir dəfə də olsa, “putyovka” ala bilirdik, indi ondan da məhrum olmuşuq. Məhrum olmanın səbəbi də yeni sədrin “onlayn qeydiyyat” oyunudur.
Sahib Məmmədov kimdir?
Sahib Əli oğlu Məmmədov heç yerdə harada doğulduğunu yazmasa da, atası Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin baş direktoru (1997 – 2021) vəzifəsində işləmiş, Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərərçəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının üzvü olmuş, Azərbaycan Respublikasının əməkdar mühəndisi adına yiyələnmiş Hacı Əli Məmməodovun tərcümeyi-halından göründüyü kimi o, əslən Ermənistanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindəndir. Sonralar Bərdədə yaşayıblar. Amma Sahib Məmmədov nədənsə heç bir tərcümeyi-halında haralı olduğunu yamır. Təhsili və əmək fəaliyyəti ilə bağlı digər faktlar vikipediyada olduğu üçün onları sadalamırıq. Sadəcə onu qeyd edək ki, 2001-ci ildən əmək fəaliyyətinə başlayan Sahib Məmmədov ildırım sürətilə irəliləyib, 13 il ərzində ekspert köməkçisindən İqtisadiyyat və Sənaye nazirinin müavininədək yüksəlmək bir yana qalsın, eyni vaxtda həm Aərbaycan Dövlət İqtisad Universitetini bitirmək, həm Harvard Biznes Məktəbinin sertifikatını qazanmaq, həm iqtisadiyyatdan elmi iş yazıb namizəd olmaq hamıya müyəssər olan iş deyil.
Sahib Məmmədov 26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını sədri seçilib. 3 dekabr 2024-cü ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyanın vitse-prezidenti vəzifəsinə təsdiqlənib. Elə bil bu ölkədə başqa adam yoxdur, bütün vəzifələr bir nəfərə verilir. Bununla işimiz yox.
AHİK-də “putyovka” bazarlığı
Əsas işimiz S.Məmmədovun Həmkarlar İttifaqları Kobfederasiyasına sədr təyin olunduqdan sonra AHİK-də yaratdığı vəziyyətdir. Bu həm də onun digər vəzifələrdə necə işləməsinin göstəricisi sayıla bilər. Hələlik S.Məmmədovun AHİK-də yeniliyi köhnə və təcrübəli kadrları işdən uzaqlaşdırıb onların yerinə öz “adamlarını” gətirmək və “putyovkarar” üçün onlayn sistemini tətbiq etməsi olub. Onu da qeyd edək ki, onlayn qeydiyyat əsasında müraciətçilərin böyük əksəriyyəti bu il insanların “putyovkasız” qalmasına səbəb olub. Bu necə olur? “Putyovka” üçün müraciət edənlərə rəsmi qaydada “imtina” gəlir, səbəb kimi yerin olmaması bildirilir. Əvəzində isə həmin yerlər sanatoriyalarda 100% qiymətinə satılır. Demək, bir tərəfdən vətəndaşların illərlə ödədikləri vəsait AHİK-ə qalır, digər tərəfdən də rəhbərlik 100% “putyovka” satşından gəlir əldə edir (Eləysə əmək haqqında tutulan 2 faizlər hara gedir?).
Mənə bir sanatoriyada açıq şəkildə bildirdilər ki, “imtina” yazılması göstərişi onlara AHİK tərəfindən verilir. Digər tərəfdən, şəxsən mən özüm “Şıx” sanatoriyasında olarkən onlarda boş yer olduqlarını bildirdilər, AHİK-də isə elə həmin gün mənə “imtina” verdilər. Bu necə olur... həm yer var, həm yer yoxdur, bu adamda istər-istəməz böyük maxinasiya oyunu şübhəsi yaradır. (Mən bu məsələni mətbuata çıxaracağımı deyəndə AHİK-in qəbul şöbəsində çalışan əməkdaşları sadəcə rişxəndlə ülümsədilər. (Bu barədə növbəti yazıda geniş məlumat verəcəyəm).
“Agent ovu”
Hələlik qayıdıram AHİK-dəki digər “yeniliyə”- kadr dəyişikliyi məsələsinə. Bununla bağlı Sahib Məmmədovun vəzifəyə əldiyi ilk gündən mətbuatda tənqidi yazılar etməyə başlayıb. Onun AHİK-də qeyr-adekvat mühit yaratması, insanlarla kobud rəftar etməsi, işsizlər ordusunun artmasına şərait yaratması gündəm mövusu olub. Sahib Məmmədov həmin informasiyaların daxildən sızdığını güman edərək “agentləri” tapıb üzə çıxarmaq istəyib. tribunainfo.az saytı bununla bağlı yazır: “Sədr əvvəlcə bu məlumatların (mətbuata) necə “sızdığı”nı dəqiqləşdirmək istəyib. Söhbət Konfederasiya sədrinin işçilərin işdən sonra qanunsuz saxlanmasından gedir. Ardından isə qurumda “agent ovu”na çıxıb. Bildirilir ki, Məmmədov “ov”dan “əliboş” qayıtmayıb. Belə ki, o, şübhələndiyi bir neçə əməkdaşı “müəyyən” edərək, dərhal işdən azad edir. Təbii ki, bu işdən çıxarma qanunsuz həyata keçirilir.
Daxil olan məlumatlara görə, “agent”ləri “müəyyən” edən və onları zərərsizləşdirən S.Məmmədov yeni qərarlar da qəbul edir. Bu qərarlardan biri də işə girişin “yanıq” saxlanılıması, işdən çıxışın isə “söndürülməsi” olur. Müşahidəçilərin fikrincə, Sahib Məmmədovun bu addımının qanunamüvafiq olmaması ilə yanaşı, həm də Əmək Müfəttişliyini aldatmaq məqsədi daşıyır”. Sayt daha sonra yazır: “Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri siyasi rəhbərliyin də etimadını doğrultmayıb. Belə ki, o, sədr təyin olunduğu 9 ay müddətində bir neçə tədbir keçirməklə kifayətlənib. Halbuki ona daha çox iş görməsi ilə bağlı tapşırıqlar verildiyi də qeyd edilir.
Eyni zamanda, sözügedən şəxsin keçirdiyi həmin tədbirlərə görə, böyük məbləğdə pullar silməsinə dair iddialar da var. Düzdür, bununla bağlı əlimizdə konkret faktlar mövcud deyil və bu barədə yaza bilməməyimiz də bununla bağlıdır.”
AHİK-lə bağlı yazılarda sədrin işçilərlə onun qeyri-adekvat davranışıdan da şikayətlənilir. “1xeber.media xəbər verir ki, müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar. Verilən məlumata əsasən, onların bu addımı atmasına səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub. Daxil olan məlumata görə, istefa verən hər iki şəxs sədrin kollektivlə davranışı, işçilərə qarşı etik normaları pozan müraciət tərzi və ümumi idarəetmə üslubu uzun müddətdir narazılıq doğurduğunu əsas gətirərək işdən ayrılmalı olublar. Hər iki şəxs bu mühitdə daha fəaliyyət göstərməyin mümkün olmadığını əsas gətirərək vəzifələrini tərk ediblər”.
Yazıda hətta “Sahib Məmmədovun İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək özü ilə gətirdiyi qohumu Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucovun da istefa verdiyi bildirilir”.
Adətən insanlar hüquqları pozulanda Həmmkarlar İttifatları təşkilatına müraciət edirlər, bəs Həmkarlar İttifaqları Konfederasiyasında hüquqlar pozulanda insanlar kimə və hara müraciət etsinlər?
Jurnalistka ilə düşmənçilik
minatv.az yazır: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıb”. Musavat.com-a müraciət edən həmin qəzetin əməkdaşı Rasim Süleymanov deyir ki, ötən ilin avqust ayının 26-da qurumun növbədənkənar qurultayından sonra Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Oktyabrın 15-dən sonra əməkdaşları çağırıb izahat yazmağımızı xahiş etdilər. Bizi ötən ilin oktyabrın 22-də digər strukturlarda işlə təmin etmək adı altında aldadıb işdən azad etdilər. Düzdür, 5 aydan sonra mənə Mərdəkanda qurumun sanatoriyalarının birində mühafizəçi işinə – 530 manat maaşla iş təklif etdilər və mən bunu qəbul etmədim. Uzun müddət qəzetdə işləməyimi nəzərə almadan bu hörmətsizliyi göstərdilər”.
Doğrudan da bu, insana qarşı həqarətdir, 31 il jurnalistika sahəsində çalışmış bir adama günün birində çağırıb mühafizəçi işləməyi təklif etmək, məncə, ən böyük təhqirdir. Sahib Məmmədovun jurnalistə bu münasibəti nədən doğur? Onun tərcümeyi-halında fəxrlə qeyd etdiyi Avropa məkanında jurnalistə bu cür yanaşma vardımı?
Rasim Süleymanov yazır: “Sözüm Sahib Məmmədovadır: niyə bizi bir dəfə qəbul etmədiniz ki, bəlkə sözümüz olacaq? Niyə əvvəlki iş yerində olan iş yoldaşlarınızı, dost-tanışlarınızı yığıb gətirib AHİK-də işlə təmin etdiniz, amma uzun illər həmkarlarda çalışmış, bu qurumun fəaliyyətində canını qoymuş əməkdaşları düşünmədən işdən kənarlaşdırmaqla məşğul olursunuz. Bu proses bu gün də davam edir. Hər tərəfdən bu quruma qarşı narazılıqlar artmaqdadır!”
Rasim Süleymanov yeni sədrin gəldiyi ilk vaxtlarda qurumda yoxlamalar aparıldığını və bir çox cinayət faktlarının üstü açıldığını bildirir. “Daxildə baş vermiş, özlərinin aşkar etdikləri nöqsanları ört- basdır etməklə, hüquq- mühafizə orqanlarından gizlətdilər. Sual yaranır: niyə və nəyin müqabilində!? Danışılası söz çoxdur. Amma vaxtı çatanda hər şey aşkara çıxacaq. Hələlik isə qurumun yeni tərkibi yeni-yeni yeniliklərə imza atmaqla məşğuldur. Bu da köhnə işçilərin hamısının yavaş-yavaş bu təşkilatdan uzaqlaşdırılması ilə nəticələnir”.
Bütün bunlardan belə çıxır ki, Sahib Məmmədov AHİK-ə öz şəxsi kooperativi kimi baxır və onu dövlət qanunları ilə yox, öz şəxsi qanunları ilə idarə edir. Bu, yolverilməzdir! Təbii ki, dövlət başçısının yüksək etimadı düzgün dəyərləndirilmədikdə narazaılıq da, qarşıdurma da güclənəcək.
(Davamı var)
Güney İbrahimov
NUH.az
- Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
23 sentyabr 2025 11:54
- Laçın şəhərinə növbəti köç karvanı yola salındı
23 sentyabr 2025 10:52
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
22 sentyabr 2025 23:18
- Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəldi
22 sentyabr 2025 22:50
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı (YENİLƏNİB)
22 sentyabr 2025 21:33
- Formula 2-nin qalibi bəlli oldu
21 sentyabr 2025 12:56
- 4 gün ardıcıl iş olmayacaq - Tarixlər
21 sentyabr 2025 12:47
- İlham Əliyev Malta prezidentini təbrik etdi
21 sentyabr 2025 11:47
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 2025 10:53
- AzTV-nin keçmiş sədri vəfat etdi
21 sentyabr 2025 10:46
- 5 ildə bir milyondan çox azalma: Turistər Azərbaycana niyə gəlmir?
23 sentyabr 13:26
- Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
23 sentyabr 11:54
- Laçın şəhərinə növbəti köç karvanı yola salındı
23 sentyabr 10:52
- Fransa da Fələstin dövlətini tanıdı
23 sentyabr 02:25
- Mikayıl İsmayılovun ailə vəkili Adnan Əhmədzadənin hüquqlarını qoruyacaq...
23 sentyabr 00:57
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
22 sentyabr 23:18
- Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəldi
22 sentyabr 22:50
- Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır
22 sentyabr 22:42
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı (YENİLƏNİB)
22 sentyabr 21:33
- Ərdoğan ABŞ-yə getdi
22 sentyabr 00:57
- Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı
21 sentyabr 21:02
- Formula 2-nin qalibi bəlli oldu
21 sentyabr 12:56
- 4 gün ardıcıl iş olmayacaq - Tarixlər
21 sentyabr 12:46
- İlham Əliyev Malta prezidentini təbrik etdi
21 sentyabr 11:47
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 10:53
- AzTV-nin keçmiş sədri vəfat etdi
21 sentyabr 10:46
- Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
21 sentyabr 10:29
- Sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi
21 sentyabr 09:42
- Paşinyan yenidən sədr seçildi
21 sentyabr 09:33
- Putinin valideynləri barədə DƏHŞƏTLİ sirr üzə çıxdı — Atası anasının gözünü çıxardıb
21 sentyabr 00:26
- Naxçıvanda idman müəlliməsi məktəb direktorunu MÖHKƏM DÖYDÜ
20 sentyabr 22:55
- FORMULA 1 daha 5 IL Azərbaycanda keçiriləcək
20 sentyabr 22:42
- Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu (YENİLƏNİB)
20 sentyabr 15:32
- Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu
20 sentyabr 13:53
- Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
20 sentyabr 13:24
- Dövlətin PAYTAXT-nın əhalisi 300 NƏFƏR-dir
20 sentyabr 12:31
- İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
20 sentyabr 12:08
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 02:14
- Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
20 sentyabr 01:08
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 23:46