Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır - XƏBƏRDARLIQ

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası saxta “Labubu” oyuncaqlarının ciddi təhlükəsi barədə xəbərdarlıq edib və bunun kiçik uşaqların ölümünə səbəb ola biləcəyini bildirərək, insanları saxta oyuncaqlardan çəkinməyə çağırıb.
Bu barədə qurumun saytında dərc olunan bəyanatda məlumat verilib. “ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) kiçik uşaqlar üçün ciddi boğulma təhlükəsi və ölüm riski yaradan saxta "Labubu" yumşaq oyuncaqları ilə bağlı istehlakçıya təcili xəbərdarlıq edir", - deyə məlumatda bildirilib.
Komissiya saxtakarlığın qarşısını almaq üçün təlimat təqdim edib. ABŞ-lilərə, həmçinin alqı-satqıdan yayınmaq və oyuncaqdakı dişlərin sayını yoxlamaq tövsiyə olunub ki, onlar orijinalla uyğunluq təşkil etsin.
Kolleksiya fiqurları, tüklü breloklar və böyük “Labubu” kuklaları Çinin “Pop Mart” mağazalar şəbəkəsində satılır. “Labubu” dişli təbəssümü olan bir elf canavarıdır. Personaj Honkonqdan olan dizayner Kasinq Lunq tərəfindən yaradılıb. Daha əvvəl “Labubu” kiçik tüklü oyuncaqlar şəklində böyük populyarlıq qazanmışdı ki, onlar qapalı və yalnız aldıqdan sonra açılması mümkün olan qutularda satılırdı.
Son dövrlər bu oyuncaqlar Azərbaycanda da çox satılır. Uşaqların marağını cəlb etdiyi üçün əksər mağazalarda rast gəlmək mümkündür. Bəzi “Labubu” dizaynlarında isə gözlər çox iri, ağız kəskin və qeyri-real ifadəli olur. Bu da xüsusilə 3-6 yaş arası uşaqlarda çaşqınlıq, narahatlıq və hətta gecə yuxularında qorxu hallarına səbəb ola bilər.
Maraqlıdır, görəsən, qəribə görüntüsü ilə qısa müddətdə fenomen olan “Labubu” oyuncaqları insanların psixologiyasına necə təsir edir? Onların ölkə ərazisində satışına nəzarət edilirmi? Bu oyuncaqlar uşaqların psixologiyası üçün nə qədər risklidir?
Uşaq psixoloqları bildirirlər ki, körpələrin beyni vizual təsvirləri daha həssas qəbul edir. Gözlərin normadan böyük, sifətin isə qeyri-real və aqressiv dizayn edilməsi uşaq psixikasında çaşqınlıq yaradır. Normalda oyuncaq uşağa sevinc, təhlükəsizlik və pozitiv emosiyalar bəxş etməlidir. Əks halda, o, uşaq üçün qorxu mənbəyinə çevrilir.
Bundan başqa, təhlükəli materiallardan hazırlanmış saxta oyuncaqların uşaqlarda allergiya, dəri problemləri və hətta daxili orqanlarda zədələnmələrə səbəb ola biləcəyi də istisna olunmur
.
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, uzun müddət Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə idi: “Bu qərar təhlükəsizliyi təmin olunmalı məhsullar siyahısını əhatə edirdi. Siyahıda yüzdən çox məhsul var idi, o cümlədən oyuncaqlar da həmin kateqoriyaya daxil idi. Yəni bu məhsullar Azərbaycan bazarına daxil olmazdan əvvəl mütləq ekspertizadan keçirilməli, yoxlanılmalı və yalnız bundan sonra satışa çıxarılmalı idi.
Lakin artıq 15 ildən çoxdur ki, həmin qərar ləğv edilib və nəticədə oyuncaqlara demək olar ki, heç bir nəzarət yoxdur. Hazırda dünyanın ən müxtəlif yerlərindən hər cür oyuncaq ölkəyə gətirilir. Halbuki oyuncaqlar təkcə fiziki təhlükəsizliyi ilə deyil, eyni zamanda uşaqların psixoloji durumuna təsiri ilə də ciddi əhəmiyyət daşıyır".
Ekspert əlavə edib ki, dünyada oyuncaq sənayesinin və cizgi filmlərinin əsas məqsədi təkcə uşaqları əyləndirmək deyil, həm də onları gələcəkdə gözü doymayan, israfçı istehlakçılara çevirməkdir: “Bütün dünyada oyuncaq sənayesinin və cizgi filmlərinin əsas məqsədi gələcəkdə kiçik yaşlı uşaqları gözü doymayan, israf edən istehlakçılara çevirməkdir. Biz müşahidə edirik ki, bir çox oyuncaqlar və cizgi film personajları sonradan paltar, gündəlik əşyalar və sənaye məhsullarına çevrilir. Görün, azyaşlı uşaqların neçə-neçə oyuncaq avtomobili var. Bu isə onların hələ uşaq yaşlarından gözü doymayan, davamlı olaraq yeni məhsul almaq istəyən "istehlakçı"ya çevrilməsi deməkdir.
İstehlakçıların hüquqlarını qoruyan təşkilat rəhbəri kimi demək istəyirəm ki, bütün oyuncaqların və ümumiyyətlə, uşaqlarla bağlı məhsulların arxasında kapitalist cəmiyyətinin mahiyyətindən doğan maraqlar dayanır. Təsadüfi deyil ki, müasir dünya “acgöz istehlakçı cəmiyyəti” kimi xarakterizə olunur.
Adıçəkilən oyuncağa gəlincə, bəli, bu məhsullar uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu barədə bizə bir sıra müraciətlər də daxil olub".
Eyyub Hüseynov saxta oyuncaqların aşkarı ilə bağlı tövsiylərini də qeyd edib: “Valideynlərə tövsiyəm odur ki, mağazada oyuncağı gördükləri zaman diqqətli olsunlar. Əgər oyuncağın plastikindən pis qoxu gəlirsə, həmin məhsulu almasınlar. Ağ pambığı su ilə isladaraq oyuncağın üzərinə sürtsünlər - əgər rəng çıxırsa, bu, oyuncağın ağır metallarla zəngin olan boyalarla istehsal edildiyini göstərir və bu cür məhsullar uşaqlarda tədricən zəhərlənməyə səbəb ola bilər.
Bundan başqa, tüklü oyuncaqlarda tükləri dartmaq lazımdır. Əgər tüklər asanlıqla qopursa, həmin oyuncağı almaq olmaz. Çünki bu, həm sağlamlıq üçün təhlükəlidir, həm də uşaqların boğulmasına səbəb ola bilər. Həmçinin üzərində tez qopan və udula biləcək xırda detallar olan oyuncaqlar da təhlükəlidir. Dünyada bu səbəbdən çoxsaylı boğulma və ölüm halları baş verib.
O ki qaldı oyuncaqların keyfiyyətinə və tərkibinə - qeyd etdiyim kimi, ölkəmizdə bu, faktiki olaraq yoxlanılmır. Azərbaycana hər cür keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsul gətirilir. Ona görə də insanlar bu cür oyuncaqlardan ehtiyat etməlidirlər".
Azad İsazadə
Psixoloq Azad İsazadə isə qeyd edib ki, şəxsən oyuncağın vizual tərzi onun xoşuna gəlməsə də, bu oyuncağın uşaqların psixologiyasına təsirini indidən qiymətləndirmək çətindir: “Mən həmin oyuncağın şəklini gördüm və şəxsən mənim də xoşuma gəlmir. Lakin bu oyuncağın bu gün uşaqların inkişafına müsbət və ya mənfi təsirini söyləmək çətindir, çünki hələ təcrübəmiz yoxdur.
Qeyd edə bilərəm ki, biz sovet dövründə böyümüşük və həmin dövrün cizgi filmlərinə baxmışıq. İndi isə nəvələrim “My Craft” cizgi filmi ilə daha çox maraqlanırlar. Həmin cizgi filmində nə real insana, nə də heyvana oxşayan fiqurlar var və uşaq dünyası üçün qeyri-real vəziyyətlər təqdim olunur. Bütün uşaqlar buna maraq göstərir, cizgi filmindəki fiqurların tətbiq olunmuş köynəklərini, papaqlarını geyinirlər, özlərinə müxtəlif adlar qoyurlar və bu onlara çox maraqlıdır.
Lakin uşaqlara sovet dövründə çəkilmiş cizgi filmləri maraqlı gəlmir, çünki həmin cizgi filmlərində hərəkətlər daha ləngdir və uşaqların səbri uzun müddət baxmağa çatmır. Bu nə mənfi, nə də müsbət bir haldır, sadəcə, reallıqdır. “My Craft” cizgi filmi barədə mənfi rəylər eşitməmişəm. Sözsüz ki, hər hansı mənfi rəy tapmaq mümkündür. Hətta məşhur sovet cizgi filmi “Nu, Pogodi!”də də bəzən mənfi hallar axtarılırdı. Məsələn, bir seriyada qadın palto geyinir, bunu LGBT təbliğatı kimi qiymətləndirib tənqid edirdilər. Yəni hər şeydə mənfi xüsusiyyət tapmaq mümkündür.
Biz psixoloqlar mənfi təsir dedikdə 15%-dən artıq mənfi reaksiya müşahidə olunan halları nəzərdə tuturuq.
Bu baxımdan “Labubu” oyuncağının təsirlərini izləmək lazımdır, daha sonra onun haqqında konkret fikir söyləmək olar. Xatırlayın, “Çeburaşka” cizgi filmində Çeburaşka obrazı real deyildi, amma uşaqlar bunu qəbul edib sevirdilər. Eyni şəkildə, məqsədimiz uşaqların oyuncaqlardan və cizgi filmlərindən mümkün qədər az mənfi təsir almasını təmin etməkdir".
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
4 sentyabr 2025 01:52
- Alman alimlər xərçəngin dərmanını tapdı
2 sentyabr 2025 21:55
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
2 sentyabr 2025 00:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 2025 20:37
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- ABŞ bu şəxslərə ölüm hökmü tələb edəcək - Trampdan açıqlama
27 avqust 2025 01:31
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 2025 09:05
- Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
23 avqust 2025 13:11
- Siqaret söndükdən sonra da İKİ SAAT havaya toksik maddələr buraxır
23 avqust 2025 08:38
- Fransa da Fələstin dövlətini tanıdı
23 sentyabr 02:25
- Mikayıl İsmayılovun ailə vəkili Adnan Əhmədzadənin hüquqlarını qoruyacaq...
23 sentyabr 00:57
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
22 sentyabr 23:18
- Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəldi
22 sentyabr 22:50
- Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır
22 sentyabr 22:42
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı (YENİLƏNİB)
22 sentyabr 21:33
- Ərdoğan ABŞ-yə getdi
22 sentyabr 00:57
- Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı
21 sentyabr 21:02
- Formula 2-nin qalibi bəlli oldu
21 sentyabr 12:56
- 4 gün ardıcıl iş olmayacaq - Tarixlər
21 sentyabr 12:46
- İlham Əliyev Malta prezidentini təbrik etdi
21 sentyabr 11:47
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 10:53
- AzTV-nin keçmiş sədri vəfat etdi
21 sentyabr 10:46
- Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
21 sentyabr 10:29
- Sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi
21 sentyabr 09:42
- Paşinyan yenidən sədr seçildi
21 sentyabr 09:33
- Putinin valideynləri barədə DƏHŞƏTLİ sirr üzə çıxdı — Atası anasının gözünü çıxardıb
21 sentyabr 00:26
- Naxçıvanda idman müəlliməsi məktəb direktorunu MÖHKƏM DÖYDÜ
20 sentyabr 22:55
- FORMULA 1 daha 5 IL Azərbaycanda keçiriləcək
20 sentyabr 22:42
- Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu (YENİLƏNİB)
20 sentyabr 15:32
- Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu
20 sentyabr 13:53
- Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
20 sentyabr 13:24
- Dövlətin PAYTAXT-nın əhalisi 300 NƏFƏR-dir
20 sentyabr 12:31
- İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
20 sentyabr 12:08
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 02:14
- Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
20 sentyabr 01:08
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 23:46
- Şahdağdan maraqlı - Fotolar
19 sentyabr 22:02
- Fransanın yeni səfiri Bakıda - FOTOLAR
19 sentyabr 21:06
- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəldi
19 sentyabr 20:56