Elm və Təhsil Nazirliyinin 5 milyonluq “sayğac əməliyyatı” - "Enermus”
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Enermus” QSC satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 991 217.96 AZN təşkil edən müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Eenermus” QSC 7 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti, ev 49, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Elbrus Kamal oğludur.
"Enermus” QSC 2021-ci ilə qədər "Goldmoon” MMC adı altında fəaliyyət göstərib. 2021-ci ildə şirkət adını və təşkilatı hüquqi formasını dəyişərək "Eenermus” QSC-yə çevrilib.
"Eenermus” QSC-nin veb-səhifəsində şirkətin qaz təsərrüfatı üzrə ixtisaslaşdığı qeyd edilib.
Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu ilin avqustunda da "Eenermus” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 989 850.52 AZN təşkil edib. Müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulub.
Avqustun 24-də isə sözügedən idarə ilə "Enermus” arasında maliyyə dəyəri 2 307 595.94 AZN təşkil edən daha bir müqavilə imzalanıb. Bu müqavilədə qaz sayğaclarının təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ötən il isə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə şirkət arasında təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması ilə 990 100 manatlıq müqavilə imzalanıb.
Beləliklə 1 il ərzində Elm və Təhsil Nazirliyi qaz sayğaclarının quraşdırılmasına 5 278 764.42 AZN sərf edib.
"Enermus”la bağlı maraqlı faktlardan biri isə şirkətlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında bu ilin iyul ayında imzalanan müqavilədir. Burada maraqlı məqam ondan ibarətdir ki, "Qaçqınkom” qaz təsərrüfatı üzrə ixtisaslaşan "Eenermus”la Ağdam rayonunda məcburi köçkün qəsəbəsinin qum-çınqıl örtüklü daxili yollarının təmiri ilə bağlı müqavilə bağlayıb. Belə çıxır ki, QSC qaz çəkilişi ilə yanaşı, yolların da təmiri ilə məşğuldur. Amma bununla bağlı şirkətin rəsmi veb-səhifəsində heç bir məlumat yoxdur.
Oxşar xəbərlər
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya