Şəhid atası oğlunun adına park salıb, ancaq açılış edə bilmir...
Övladının adına park salan şəhid atası onun açılışını edə bilmir.
Modern.az xəbər verir ki, bu barədə şəhid Baş leytenant Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov sosial şəbəkə hesabında yazıb.
K.Kazımov qeyd edib ki, şəhidlərin adını yaşada bilmək, əbədiləşdirmək valideynlərə rahatlıq verir: “Mən bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Şəhid ataları məni gözəl anlayar. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Oğlum iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq könüllü cəbhəyə yazılıb və şəhid olub. Bu minvalla elə kəndimizdəcə yəni, Lənkəran rayon Yuxarı Nüvədi kəndində oğlum, şəhid Baş leytenant Vüsal Kazımovun adına xatirə parkı salmaq üçün müraciət etdik. Lənkəran rayon icra orqanları ərazini bizə verdilər. Kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadrat metr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə Vüsalın adını daşıyan bulağı inşa etdik.
Parkın açılış mərasimini 29 noyabr 2022-ci il - şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr - şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq verəsiniz. Lakin açılış mərasiminə icazə verilmədi”.
Kamran Kazımov onu da əlavə edib ki, bu parkın salınmasına hələ iki il əvvəl başlanılıb: “14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb hadisəni təfsilatı ilə izah etdim. Eyni zamanda rəsmi məktubu da nazirə təqdim etdim. Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq. Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq Şöbəsinin əməkdaşının iştirakı ilə iclasda məsələ ilə bağlı qərar verdilər: “Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin”. Bu da o deməkdir ki, mən gərək köhnəlmiş “partokrat”ların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. Ta o gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm, amma hələ də o əraziyə park statusu verilməyib”.
Məsələ ilə bağlı "Qafqazinfo" Mədəniyyət Nazirliyinə sorğu ünvanlayb. Qurumdan belə cavab verilib: “Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin adları Azərbaycanın tarixinə əbədi həkk edilib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əsasən parkların yaradılmasına razılığın verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində nəzərdə tutulmayıb.
Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 avqust tarixli 444 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı”nın 2-ci bəndinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Ekspert Komissiyası yalnız heykəltaraşlıq abidə layihələrinin yüksək sənət meyarlarına, bədii yaradıcılıq, estetik tələblərə və ümumi görkəmə uyğunluğuna dair rəy verir”.
Qeyd edək ki, şəhid Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında, Şuşanın azad edilməsində iştirak edib və bu zaman şəhid olub. 2020-ci ilin 29 noyabrında Lənkəran rayon Yuxarı Nüvədi kəndində dəfn edilib. Şəhid Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı var.

- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Şagird dəm qazından boğulub öldü
7 yanvar 2026 21:06
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
1 yanvar 2026 13:53
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 2025 18:53
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
07 yanvar 21:33
- Şagird dəm qazından boğulub öldü
07 yanvar 21:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
07 yanvar 20:57
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
