- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin qəfil vəfatı onu sevənləri dərin kədərə qərq edib.
Sənət dostlarından biri, Xalq artisti Rafiq Əzimov Musavat.com-a müsahibəsində həm Rasim Balayevlə bağlı xatirələrini bölüşdü, həm də kinomuzun keçmişindən danışdı, indiki durumla bağlı düşüncələrini dilə gətirdi.
- Rafiq bəy, bu günlərdə bütün Azərbaycan Rasim Balayevin həyata vida etməsindən danışır, üzüntü ilə böyük sənətkarı yad edir. Sənət dostu olaraq sizin də sarsıldığınızı görürük. Dostunuz, həmkarınız barədə bu, hüznlü günlərdə nə deyə bilərsiniz?
- Çox böyük itkidir. Mən, inanın, bu xəbəri telefonda görəndə inanmadım ki, Rasim Balayev belə xəstədir. Hətta onun xəstəliyini oxuyanda heç birimiz, heç bir yerdə, heç bir kanalda, heç bir internet resursunda yazılmırdı ki, Rasim Balayev ağciyər xəstəliyindən əziyyət çəkir. Yalnız bilirdim ki, ayaqları ağrıyır. Özü ilə dəfələrlə görüşəndə soruşurdum ki, nə oldu e sənin ayaqlarına? Deyirdi mən nə bilim, belə alındı...Vida mərasimindəki izdihamdan da gördüyünüz kimi, hamı onun işığına, Nəsiminin, Babəkin, Beyrəyin işığına toplaşmışdı. Mən Rasim Balayevi hələ tələbəlik illərindən tanıyırdım. Mehdi Məmmədovun tələbəsi olmuşdu. Onun diplom tamaşası bizim mərhum yazıçımız İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında çəkilmiş tamaşadakı Həsənzadə obrazı olmuşdu, Gənc Tamaşaçılar Teatrında uğurla tamaşaya qoyulmuşdu. İnstitutu bitirəndən sonra heç bir teatrda ştat yeri olmadığı üçün onu teatra qəbul eləmirlər. Amma bizim rektorumuz mərhum Rahib Hüseynov onu Tədris Teatrına işə düzəldir və ona səhnə danışığından saat hesabı dərs verir. Amma düşdüyü belə bir vəziyyətə görə sarsıntı keçirir, xəstəxanaya düşür. Rasim Balayevi kəşf eləyən Həsən Seyidbəyli olmuşdu. İnstitut illərində onun dediyi lirik şeirlər çoxlarının xoşuna gəldiyi kimi, Həsən Seyidbəyli İsa Hüseynovun “Nəsimi” filminin çəkilməsi ərəfəsində efirdə, Rasim Balayevin şeir dediyini eşitdikdə tapşırıq verir ki, onu sınaq çəkilişinə dəvət eləsinlər. Rasim Balayev o vaxt, dediyim kimi, xəstəxanada olduğu üçün rejissor assistenti ssenarini ona gətirir. Rasim deyir ki, “əşi, mən ölüm ayağındayam. Mən bu vəziyyətdə etibarınızı doğrulda bilmərəm”.

Oxumadan ssenarini qaytarır. Bu barədə Kino İttifaqının sədri Həsən Seyidbəyliyə məlumat verəndə, Həsən Seyidbəyli o dəqiqə dəstəyi götürür, Səhiyyə Nazirliyinə zəng edir. Səhiyyə nazirinə zəng edib tapşırır ki, bizim bir aktyorumuz xəstəxanadadır, mən onu “Nəsimi” roluna çəkmək istəyirəm, həmin aktyoru tezliklə yaxşıca müayinə və müalicə eləyin, sağaldın, mən onu sınaq çəkilişinə dəvət etmək istəyirəm. Elə də olur. Sağalan Rasim Balayev sınaq çəkilişindən uğurla çıxır və bədii şurada hamı bir ağızdan onu Nəsimi roluna təsdiq edir. Bildiyiniz kimi, “Nəsimi” çox böyük uğur qazanan film oldu. Balayevə Allah qəni-qəni rəhmət eləsin, deyirdi ki, o vaxtlar elə məşqimizi də Kino İttifaqının otağında keçirdik. Danışırdı ki, İsa Hüseynovla Həsən Seyidbəyli mənimlə o dərəcədə işləyirdilər ki, məni gətirib o vəziyyətə çıxara biləndə, mən hiss eləyəndə ki, məşq prosesi inkişafa doğru gedir, onların xoşuna gəlir, daha da bu obraza ciddi yanaşdım və çəkiliş də uğurla alındı. Deyirdi ki, ələlxüsus Nəsiminin dar ağacına çəkildiyi, dərisinin soyulduğu səhnə üzərində çox düşündüm, gecə yatmırdım, düşünürdüm ki, axı bu insanın bədəninin dərisini soymaq necə olur? O ağrıya dözmək necə olur? Deyir sonra dərindən fikirləşdim ki, Nəsimi adi insan deyil, çox böyük şəxsiyyət, böyük şair olduğu üçün gərək onun içərisi ağrısın. Üzdən fəryad edəsən, ağrıyıb göstərəsən, bu, mümkün deyil. Ona görə çalışdım ki, bu ağrını içərimə salım, onu gözlərimdə hiss elətdirim. Həqiqətən də bu səhnə deyildiyi kimi, hər kəsin çox xoşuna gəldi. Film də neçə ölkələrə satılıb, neçə qitələrdə nümayiş olunub.
- Rasim Balayevlə bir sıra filmlərdə tərəf müqabili olmusunuz...
- Mən onunla bir çox filmlərdə işləmişəm. İstər “Arxadan vurulan zərbə”də, istər “Otel otağı”nda, istər “Bu, gözəl, gözəl dünya”da, istər “Babək” filmində. “Ömrün ilk günü”ndə mənim Sadıq obrazım üç dövrü yaşayır: həm cavanlıq, həm orta yaş və həm də qocalıq. Cavanlıq dövrüm Həsənağa Turabovla idi, orta yaş dövrüm Şahmar Ələkbərovla - Allah onlara qəni-qəni rəhmət eləsin - lap qocalıq dövrüm isə Rasim Balayevlə idi. Hətta mənim qocalıq rolumun çəkilişi zamanı Kinostudiyada deyirdilər ki, Rafiq Əzimov qocalıq dövrü üçün cavandır, oynaya bilməz. Rəhmətlik rejissorumuz Arif Babayev deyirdi ki, mən Əzimov Rafiqin Dram Teatrında cavanlıq dövründə qocalıq oyunlarını çox görmüşəm, ona görə oynayar. Necə ki o, sözünün üstündə dayandı və üç dövrə məni çəkdi, dediyim kimi, Rasim Balayevlə birgə.
- Yəqin ki, yaradıcılıqla bağlı çox söhbətləriniz olub. Hansı rolları oynamaq, hansı obrazı yaratmaq istəyirdi? Bilirik ki, yeni filmlərin çəkilməməsi onu çox məyus edirdi...
- Təbii ki, bu barədə çox danışırdıq. Hər görüşdə əzab çəkə-çəkə dərdini bizə danışırdı, biz də on deyirdik ürəyimizdəkiləri. Deyirdi vallah, mən də sizin kimiyəm, baxmayaraq ki, İttifaqın sədriyəm, amma su gələn arxa bir də gələr, gec olar, güc olar. Hətta bizim çox hörmətli prezidentimizə də bu barədə, Nəsiminin heykəlinin açılışında bir balaca məlumat verdi. Zarafatyana dedi ki, film də çəkilmir, əgər çox pul versələr, Nəsiminin heykəlinin yerinə də elə mən özüm dayanaram. Prezidentə bunu demək hər oğulun işi deyil. O da bu barədə çox düşünürdü. Çünki aktyorlar yaşa dolur və o aktyorlardan istifadə etmək lazımdır. Rasim Balayev hələ çox rollara çəkilə bilərdi. Nəinki Rasim Balayev, bizim digər aktyorlar yaşa dolsalar da, böyük ümidlə yaşayırlar. Bu gün də arzu ilə yaşayırlar ki, Kinostudiyamızın qapısı açılsın.
- Keçmişə ekskurs edəndə ən çox hansı filmlərinizi xatırlayırsınız?
- Mən 70-ci ildən “Azərbaycanfilm”də “7 oğul istərəm”lə başlamışam. 1969-cu ildə “Leninqradfilm”in istehsal etdiyi “Mənim əziz atam” filmi Bakıda çəkilib. Onun ssenarisini yazan Viktor Viktor Qolyavki bakılı olduğu üçün Bakı mühitindən yazıb. Filmdə müharibə vaxtı ruslarla azərbaycanlıların dostluğundan bəhs olunur. Azərbaycanlı rolunu mən ifa edirdim. Mənim tərəf müqabilim isə Aleksandr Demyanenko idi, məşhur “Şurik” rolunun ifaçısı. Onun həyat yoldaşını SSRİ xalq aktrisası Lyudmila Qurçenko, mənim həyat yoldaşımı isə Əminə Yusifqızı oynayırdı. Filmdə mənim dörd oğlum var idi, üçünü tapmışdılar, dördüncü oğlumu isə mənim 4 yaşlı oğlumu çəkdilər. Film çox uğurlu alındı.
- Sizin də yenidən çəkilmək arzunuz var yəqin. İndi yaratmaq istədiyiniz bir rol varmış, bu Dədə Qorqud görkəminizlə?
- Bəli, çox arzulayıram. Deyir o əsgər əsgər deyil ki, general olmaq arzusunda olmasın. Yaşlı aktyor kimi ürəyimdə müəyyən rollar var. Müdiriyyət də o barədə düşünür ki, nəzərə alınacaq. Mən Dram Teatrında bir sıra rollar oynamışam. Nəbi Xəzrinin “Burla Xatun” əsərindəki İxtiyar surəti demək olar ki, Dədə Qorqud surəti idi, şeirlə idi. Rəhmətlik Vaqif Əsədovla və Əsgər Əsgərovun rejissorluğu ilə, Adil Azayın rəssamlığı ilə. Bu tamaşanın premyerasına Ulu öndərimiz də gəlib baxmışdı. Ulu öndərimizə Allah qəni-qəni rəhmət eləsin. Şəxsən mənim iştirakımla dörd tamaşamıza baxıb. Nazirliyin mənim haqqımda buraxdığı kitabda həmin tamaşalara gəlişini əks etdirən şəkillər də var. Nəbi Xəzrinin “Burla Xatun”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, Səməd Vurğunun “Fərhad və Şirin”, bir də Cəfər Cabbarlının “Aydın” tamaşasına baxmağa gəlmişdi. Orada Nəbi Xəzriyə dedi ki, yubileyin nə vaxtdır? Cavab verdi ki, Heydər müəllim, bu gün. Qayıtdı ki, sən nə danışırsan? 70 yaş? Sən cavan oğlansan. Biz güldük. Dedi ki, nədir, cavan oğlana oxşamır? Ulu öndər bildirdi ki, onda sənə bizim böyük hədiyyəmiz olmalıdır. Nəbi Xəzri qayıtdı ki, Heydər müəllim, sizin bu tamaşaya gəlişiniz mənim üçün ən böyük hədiyyədir. İndi o dövrləri xatırladıqca... İndi yaşa dolmuşuq, öz payıma deyirəm. Teatrda ən yaşlı nümayəndə mənəm. Milli Akademik Dram Teatrına 1962-ci ildə təyinat almışam, o gündən bu günə kimi bir saat da bu teatrdan ayrılmamışam. 64-cü ilə keçdi ki, mən bu teatrda çalışıram.
-“Yeddi oğul istərəm”dəki “yeddilər”dən ikiniz qalmısınız – siz və Şeyx Əbdül Mahmudbəyov, Alah hər ikinizə ömür versin. Yəqin vaxtaşırı görüşüb, o illəri xatırlayırsınız...
- Təbii. O dövrdə SSRİ miqyasında “Yeddi oğul istərəm” on film içərisində ən çox valyuta gətirən film idi. “Sovetskiy ekran” jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın. O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi “Azərbaycanfilm”ə verilsəydi, Kinostudiyanın qapıları qızıldan olardı. Amma çi-fayda, belə olmadı...O vaxt Bondarçuk çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır. Biz də o vaxt pul haqqında düşünmürdük. İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda “Torqovı”ya - Nizami küçəsinə çıxanda bizi barmaqla göstərirdilər. “Velikolepnaya semyorka” deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun “Komsomol” poemasını yazanda nə “Yeddi Samuray” var idi, nə də “Velikolepnaya semyorka”. Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri... Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub. Müəllimlər öz tələbələrini yığırdılar. Sinif yoldaşlarım gözləyirdilər ki, hansı xəbərlə çıxacağam. İnstituta daxil olandan sonra qanadım olsaydı, uçardım...
Elşad Paşasoy,
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 2026 10:49
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
