20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
Müsahibə29 iyun 2025 11:01

“Mən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi deyilən bölgəsində anadan olmuşam. Qaraqoyunlu dərəsi Qazax şəhərinə 60 km məsafədə, Dilcan şəhərindən isə 20 km məsafədə yerləşirdi. Qazaxdan İrəvana gedən yol var, o yolun hardasa 35-40 km iki çay kəsişir. Biri Dilcan çayı, biri də Qaraqoyunlu dərəsindən gələn Tərs çay. O çayların kəsişməsində bir körpü var. O körpüdən sola dönən kimi ora Qaraqoyunlu dərəsi adlanır. Bu dərə iki dağ silsiləsinin arasında yerləşirdi. Orada 13 Azərbaycan kəndi var idi. O kəndlərin dördündən başqa qalanları Qaraqoyunlulardır. Tarixi vərəqsləsək çox güman ki, o kəndlər Qaraqoyunlular dövründən qalmadır. O dərədə yalnız Azərbaycan türkləri yaşayırdı. Bir nəfər də erməni və başqa millət yox idi. Mənim anadan olduğum, oxuduğum müddətdə ora Ermənistan adlanan respublikanın tabeliyində olan yer idi. Kəndin adı Göyərçin idi. Mən orada anadan olmuşam. 1953-cü ilə qədər ailəmizlə bir yerdə orada yaşamışıq. 1953-cü ildə kəndin camaatı qonşu Salah kəndinə köçməli olublar. Səbəb də bundan ibarət idi ki, dağ yerində olan bir kənd idi, yolları çətin idi və o dövrün texnikasının köməyi ilə o yolları qaydaya salmaq olmurdu. Mənim atam o kənddə kalxoz sədri olub. Onun dövründə biz Salah kəndinə köçmüşük və mən məktəbə Salah kəndində getmişəm. Bu kənddə də məktəb 7 illik idi. Daha sonra 10 illik məktəb bizim kənddə olmadığından Polad kəndinə getmişəm. Bizim evdən Polad kəndinə 4 kilometr yol var idi. Hər gün ora piyada gedib-gələrdik. Qışda soyuq olanda qonşu kənddə kiminsə evində qalardıq. Orta məktəbi orada başa vurub, 1964-cü ildə Bakıya gəlmişəm”
Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, əslən Qərbi Azərbaycandan olan sabiq Təhsil Naziri Misir Mərdanov deyib.
Misir Mərdanov bildirib ki, ermənilər hər zaman azərbaycanlılara qarşı məkrli siyasətlərini həyata keçiriblər:
“Buna baxmayaraq atam, anam, məndən kiçik bacı və qardaşlarım kənddə yaşayırdılar. İldə bir neçə dəfə yay və qış tətillərində ora gedirdim. 1981-ci ilə qədər. 1981-ci ildə anam və atam kənddən Bakıya köçməli oldular. Çünki biz hamımız-6 övlad Bakıya gəlmişdik, burada təhsil alıb, işləyirdik. Atamla anam da qocalmışdılar, məcbur oldular ki, orada tək qalmasınlar. Nənəmdən, babamdan, atamdan və anamdan məndən əvvəlki dövrün hadisələri ilə bağlı çox şeylər eşitmişəm. 1988-ci ildən əvvəl, 1918-ci ildə xüsusilə Andronikin rəhbərlik etdiyi qüvvələrin bizim Qaraqoyunlu dərəsinə hücum etməsi, kəndimizin camaatını qaçmağa məcbur etməsi, camaatımızın 1921-ci ilə qədər Ceyrançöl ərazisində qalmasını nənəm danışırdı. Ermənilərin bizim Qaraqoyunlu dərəsinə hücumu zamanı bizim kənddən də, qohumlardan da, dərədən də ölənlər və yaralananlar olub. Kəndin camaatı eşidəndə ki, ermənilər gəlir, o vaxt texnika yox idi. Kəndin oğulları bir yerə yığılıb bir müdafiə qüvvəsi yaradıblar. O müdafiə qüvvəsi ermənilərin qarşısını kəsdiyi müddətdə arvad-uşaq, qoca-cavan Göyçə gölünün kənarına daşınıblar. Ermənilər görüblər ki, artıq camaat Gədəbəyə doğru yol alır. Ora top atıblar. Həmin əraziyə indiyə qədər “Topaşan” deyirlər. Xeyli adam orada dünyasını dəyişib” deyə o bildirib.
Misir Mərdanov bildirib ki, 20 ildən sonra dogma kəndlərinə gedib:
“2001-ci ildə mən İrəvana yaxın olan, Dərəçiçək adlanan bir yerdə “UNİSEF”-in keçirdiyi beynəlxalq tədbirdə iştirak edirdim. Ermənistan rəhbərliyi ilə görüşüb, onların razılığı ilə öz kəndimizə getdim. Gedib öz evimizi tapdım. Nə gördüm? Əlbəttə, bu illər ərzində kənd çox dəyişmişdi. Təsəvvür edirsiniz, asfalt yolunda ot çıxmışdı. Çünki gediş-gəliş demək olar ki, azalmışdı. Çox az sayda insan yaşayırdı. Bizim evdə bir qoca qadın və kişi yaşayırdı. O vaxt qoca idilər, bu günə qədər çox güman ki, dünyasını dəyişiblər. Orada su və torpaq gətirdim, valideynlərimə verdim. Mən əminəm ki, bizim o dərədəki kənd boş qalıb və bizi gözləyir. İnşallah zaman gələcək, biz qayıdıb, orada özümüz yaşamasaq da, övladlarımız yaşayacaqlar. Mən buna inanıram. Bizim hədəfimiz dinc yolla öz dədə-baba torpaqlarımıza qayıtmaqdır. Çünki o torpaqların sahibləri bizik” deyə Misir Mərdanov deyir.
Oxşar xəbərlər
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- 51 yaşında tələbə oldu
3 sentyabr 2025 02:29
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
3 sentyabr 2025 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
2 sentyabr 2025 23:20
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
2 sentyabr 2025 10:27
Xəbər lenti
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
Video & Fotoqalereya
Video
Fotoqalereya