Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Musavat.com-un 2026-cı ildə ilk müsahiblərindən olub. Bir sıra aktual məsələlərdən bəhs edən söhbətimizə əvvəlcə doğum günü təbrikləri və bu günlə bağlı suallarla körpü saldıq. Qeyd edək ki, yanvarın 3-də Əli Məsimlinin 73 yaşı tamam oldu.
- Əli bəy, əvvəlcə Sizi doğum günü münasibətilə təbrik edir, sağlam ömür, uğurlar arzulayırıq. Uzun illərdir parlamentdə təmsil olunursunuz və doğum gününüz həm də deputatların qış tətilinə düşür. Maraqlıdır, tətili harada keçirməyi planlaşdırırsınız? Ölkədən kənara getmək niyyətiniz varmı?
- Çox-çox təşəkkür edirəm. Sizə can sağlığı, davamlı uğurlar, o cümlədən bol-bol yaradıcılıq uğurları və yenicə yaşamağa başladığımız 2026-cı ilin sizin üçün, ümumiyyətlə, isə Azərbaycanımız üçün hər cəhətdən düşərli olmasını arzulayıram!
Mən həmişə Yeni ili Azərbaycanda, ölkə daxilində isə evimizdə keçirməyə üstünlük verirəm. Bu dəfə də həmin ənənəyə sadiq qaldıq. 2025-ci ili ailəmlə, nəvələrlə birlikdə yola saldıq və 2026-cı ili də evimizdə, nəvələrlə qarşıladıq. Qış tətilini hələlik Bakıda keçirirəm. Ola bilsin rayona da getdik. Amma ölkədən kənara getmək niyyətim yoxdur.
Doğum gününü də evdə ailə çərçivəsində, nəvələrlə birlikdə keçirdik. Əslində, mən ad günü, yubiley və sair kimi tədbirləri təntənəli şəkildə keçirməkdən uzağam, çünki bunda bir məna da görmürəm. Evdə xudmanı bir süfrə açılır, ad günlərini ailə üzvləri ilə birlikdə, xüsusən də nəvələrin iştirakı ilə keçirmək daha xoş, şən və mənalı olur.
- 2026-cı il dramatik hadisələrlə başladı... Elə Sizin doğum gününüzdə Venesuelada prezident devrildi və qaçırıldı. Neft ölkəsində baş verən bu hadisələrə münasibətiniz necədir? Bu arada cənub qonşumuzda da vəziyyət çox gərgindir...Bu kimi hadisələrin neftin qiymətinə təsirini necə proqnozlaşdırırsınız? Neft erası başa çatacaq, yoxsa...
- Venesuelada baş verən olayları hələlik birmənalı qiymətləndirmək çox çətindir. Prizmanın bir bucağından baxanda bir cür, digərindən nəzər yetirəndə isə tamamilə başqa cür görünür. Hələlik onun yalnız görünən tərəfləri məlumdur. Görünməyən tərəfləri isə görünən tərəflərindən qat-qat çoxdur. Prizmanın bucaqlarının kəsişmə xəttinə yuxarıdan baxanda isə görünən budur ki, Venesuelada baş verən olaylar həm daxili, həm də xarici amillərin bir-birinə çulğalaşmasının nəticəsidir. Bu olaya qlobal geoiqtisadi və geosiyasi mübarizə kontekstində baxdıqda, baş verənlər Venesuelanın neft, qızıl, almaz kimi təbii sərvətlərə zəngin bir ölkə olması ilə bağlı böyük güclərin mübarizəsinin nəticəsidir. Venesuela dünyada ən çox neft ehtiyatı olan ölkədır. Venesuelanın neft ehtiyatları İranın neft ehtiyatlarından azı 2 dəfə, BƏƏ-dən və Rusiyadan azı 3 dəfə, ABŞ-dan isə 4 dəfə çoxdur.
Təbii ki, Venesuela prezidentinin Rusiya və Çinlə yaxınlaşması və Çin şirkətlərinin Venesuelanın neft sektorunda təsir gücünün artması Venesuela olaylarının sürətləndirilməsində mühüm rol oynamış oldu.
Amma onu da xüsusi qeyd etmək lazımdır ki, bu olayların baş verməsi üçün Venesuelada çox ciddi daxili səbəblər də var: Venesuela iqtisadiyyatı kəskin böhran içindədir. Əhalinin hər üç nəfərindən biri işsizdir. Yüksək inflyasiya əhalinin güzəranına sarsıdıcı təsir göstərir. Ölkədə korrupsiya tüğyan edir. Venesuela Korrupsiya İndeksinə görə 180 ölkə arasında 169-cu yerdədir. Əhalinin bir hisssəsi ölkəni tərk edib. Zəngin sərvətləri olmasına, eləcə də dünyanın mühüm neft istehsalçılarından biri olmasına baxmayaraq, ölkə yenə də zəruri malların, qida, dərman və benzinin ciddi çatışmazlığı ilə üz-üzədir.
Venesuela demokratik bir ölkə olsaydı, öz zəngin sərvətlərindən səmərəli istifadə edib, “təbii sərvətlərin lənəti”nə məruz qalan ölkələrdən birinə çevrilməzdi, dünyaynın ən firavan ölkələrindən biri olardı və belə şəraitdə indiki olaylara yer olmazdı.
Neft artıq iqtisadiyyatdan daha çox siyasət olduğundan, təbii ki, siyasi proseslər “qara qızıl”ın qiymətinə təsir edir. Bu baxımdan, Venesuela olayları qlobal neft bazarına təsir göstərə və neftin qiyməti bir qədər arta bilər. Bununla belə müəyyən ziq-zaqlar olmaq şərtilə neftin qiymətinin aşağı düşməsi prosesi davam edəcək.
O ki qaldı neft erası məsələsinə, belə hadisələr onun arxa plana keçməsini bir qədər ləngidə bilər, amma qarşısını ala bilməz. Burada sürət məsələsi yarana bilər. Amma neft erası arxa plana keçməkdə davam edəcək.
- Ümumilikdə 2026-cı ildən gözləntiləriniz necədir, həm qlobal məkanda, həm də ölkəmizlə bağlı?
- 2026-cı ilə münasibətdə səslənən fikirlər müxtəlif formalarda olsa da, əksər analitiklərin fikirləri bir məsələdə üst-üstə düşür ki, yaşamağa başladığımız 2026-cı il ümumiyyətlə, çox çətin, mürəkkəb və ağır bir il olacaq. Burada dünya üçün əsas taleyüklü məsələ Rusiya-Ukrayna müharibəsinin gedişatı və nəticəsindən asılı olacaq. Dünyada yaşanılanlar bir sıra cəhətlərinə görə Azərbaycandan da yan keçməyəcək. Ona görə də daha da ayıq-sayıq olmağımız gərəkdir....Eyni zamanda ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm hadisədir. Beş il bundan əvvəl hərb meydanında və iki il bundan əvvəl antiterror əməliyyatın zamanı tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı. Vaşiqton razılaşmasnda nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb, regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb. Ona görə də bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə bu iki ölkə üçün yox, ümumiyyətlə, regionumuz üçün çox faydalı olardı...
- Ermənistanla ticarət əlaqələrinə başlamışıq. Necə bilirsiniz, ermənilərdən hansı malları almaq və hansı malları onlara satmağımz daha məqsədəuyğundur?
- Ermənistanla ticarət əlaqələrinin başlanması iki ölkə arasında sülh müqaviləsinin bağlanmasının sürətlənməsinə təkan verə biləcək amildir. Bununla yanaşı, indi çox aktual olan “Ermənistana nə sataq və Ermənistandan nə alaq”, sualına belə cavab verərdim ki, bu sualın cavabını məlum strateji məhsullar çərçivəsində məhdudlaşdırıb, qalan hansı mal və məhsullardan ibarət olacağını biznes strukturlarının öhdəsinə buraxmaq daha məqbul variant olardı. Çünki mal alıb - satanda nəyə daha çox tələbat olduğunu, nə qədər ödəyib- nə qədər qazanmağın ən yaxşı variantını mövcud qanunlar, qaydalar, şəffaflıq şərtləri, keyfiyyətli, yararlı, ekoloji təmiz məhsul və sair şərtlər daxilində biznes strukturları daha yaxşı tənzimləyə bilərlər.
- 2025-ci ilin yekunlarına dair yazınızda hökumətə yönəlik bir sıra mühüm təkliflərlə çıxış etdiniz. Maraqlıdır, təkliflərinizə reaksiyalar necədir?
- Mənim irəli sürdüyüm təkliflər iki mənbədən ibarətdir. Birincisi, ölkənin aktual sosial - iqtisadi problemlərinə dair dərinləşdirilmiş təhlillərimdən, ikincisi, seçicilərlə görüşlərim zamanı və internet üzərindən mənə olan müraciətlər əsasında apardığım araşdırmaların nəticələrindən qaynaqlanır. 2025-ci ilin yekunlarına həsr etdiyim yazıda irəli sürdüyüm təkliflər də əhalini daha çox narahat edən məsələlər idi. Həmin problemlərin praktiki həll yollarının tapılması yerlərdə yaxşı maaşlı iş yerlərinin sayının artırılması, əhalinin güzəranının, o cümlədən pensiyaçıların vəziyyətinin yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması baxımından çox vacibdir. Güman edirəm ki, aidiyyatı orqanlar həmin təkliflərin heç olmasa bir qismini diqqətdən kənarda saxlamacaqlar.
- Milli Məclisin qarşıdan gələn yaz sessiyasında fəaliyyətinizi necə qurmaq, hansı təşəbbüslərlə çıxış etmək fikrindəsiniz?
- Milli Məclisin qarşıdan gələn sessiyasında fəaliyyətimdə yerlərdə seçicilərlə görüş zamanı qaldırılan məsələlərin bir qismini parlament tribunasından səsləndirmək, digər hissəsinin isə aidiyytaı orqanlara göndərmək mühüm yer tutacaq. Bununla yanaşı, qanunvericilik təşəbbüsü ilə çıxış etmək, mövcud qanunların təkmilləşdirilməsində fəal iştirak etmək, bununla yanaşı, bir neçə qanuna əlavə və dəyişikliklər edilməsi istiqamətində layihələr irəli sürmək fikrindəyəm. Məsələn, vətəndaşların, xüsusən də qadınların güzəştli şərtlərlə pensiyaya çıxma imkanlarının genişləndirilməsi, yaşlı vətəndaşların pensiyaya çıxana qədər pensiya kapitalının bir hisssindən istifadə imkanının əldə edə bilməsi, ünvanlı sosial yardım verilməsində ehtiyac meyarını aradan qaldırıb, yaşayış minimumuna keçilməsi, minimum istehlak səbətinin müasir tələblər baxımından yenidən hesablanması, fermerlərin çox əziyyət çəkdiyi, böyük itkilərə məruz qaldığı quraqlıq məsələsinin təbii fəlakətlər siyahısına salınması və fermer təsərrüfatları belə hadisələrə məruz qaldıqda, onların müflisləşməsinin qarşısının alınması üçün kompensasiya mexanizminin yaradılması, torpaq üzərində mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, zəbt olunmuş kimi torpaq kateqoriyasına aid olan torpaqlarla bağlı problemin həlli və sair bu kimi istiqamətlərdə layihə və təkliflərimiz var. Sadaladıqlarımın bir hissəsinə nail ola bilsək, bu, əhalinin güzəranına və vətəndaşların yaşam tərzinə müsbət təsir etmiş olar.
Elşad Paşasoy,
Musavat.com
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 2026 11:50
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
9 yanvar 2026 12:13
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
