Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
“Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın ən qabaqcıl universitetlərinə qəbul olunan yerli tələbələrin sayında xeyli artım var”.
Bunu “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 220 nəfər sənəd verən Azərbaycan vətəndaşından 77-si dünyanın top-10 universitetinə daxil olub.
“Dünyanın tanınmış universitetlərinə - Harvard və digər nüfuzlu ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələr və məzunlarımız var. Nazirliyin qarşısında duran ən önəmli iş Azərbaycan vətəndaşı olan yeni nəsil gənclərin uğurlu yetişdirilməsidir”, - nazir qeyd edib.
Qeyd edək ki, 2022 və 2026-cı illər ərzində prezidentin sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndərilir. Tələbələrin seçimini müvafiq komissiya aparır. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir.
Lakin danılmaz faktdır ki, xaricdə təhsil alan tələbələrin bir qismi ölkəyə geri qayıtmayıb, əmək fəaliyyətini elə təhsil aldığı ölkədə də davam etdirir. Eyni zamanda Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin də əksəriyyəti ölkəyə qayıtmaq, onu oxudan dövlətinə xidmət etmək istəmir. Yəni kifayət qədər gənc Dövlət proqramı çərçivəsində xaricə oxumağa gedir, amma çox vaxt müxtəlif bəhanələrlə geri qayıtmaq çəkinir. Bununla belə ekspertlər bildirir ki, Dövlət Proqramında həmin gənclərin 5 il müddətində vətənə gəlib ölkədə çalışması şərt kimi qeyd olunub. Əks halda sərf edilən vəsaiti geri qaytarmalıdır.
Bəs xaricdə təhsil almış nə qədər məzunumuz geri qayıdıb? Xaricdə yüksək səviyyəli təhsil almış məzunların vətənə geri qayıtmasını əngəlləyən səbəblər hansılardır?

Elşən Qafarov: “Ümid edirik ki, onların hamısı geri dönəcək, çünki... ”
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, gənclərin xaricdə təhsil alması ilə bağlı 2022-ci ildən başlayaraq ikinci Dövlət Proqramı həyata keçirilir: “Birinci Dövlət Proqramından fərqli olaraq indiki proqramda tələblər fərqlidir, daha çox magistratura və doktorantura üzrə tələbələr göndərilir. Amma birinci Dövlət Proqramında daha çox bakalavr səviyyəsi üzrə göndərilirdi. İndi daha çox magistratura və doktorantura təhsilinə ona görə üstünlük verilir ki, elmi kadr çatışmazlığı aradan qalxsın.
İkinci Dövlət Proqramında qeyd olunan şərtlərdən biri odur ki, geri qayıdan gənclər onlara təqdimat verən ali məktəbdə 5 il işləməlidilər. Bununla da xaricdə təhsil alıb geri dönənlərin indidən işlə təmin olunacaqları artıq məlum olur.
Bundan başqa, magistratura və doktorantura təhsilinin müddəti azdır, yəni iki ildir. Beləliklə də, ilk göndərilənlər artıq bu il, yəni 2024-cü ildə təhsillərini başa vuracaqlar. Yəni geri dönüş bu ildən başlayacağı üçün indidən nə qədər tələbənin vətənə geri dönəcəyini deyə bilmərik. Amma qeyd etdiyim kimi, onların öhdəliyi var ki, geri qayıdıb, onlara təqdimat verən ali məktəblərdə 5 il müddətində elmi-pedaqoji fəaliyyətlə məşğul olsunlar. Hesab edirəm ki, bu, ölkəmizdə elmi-pedaqoji kadr çatışmazlığının aradan qaldırılması üçün çox müsbət addımdır. Xatırladım ki, elm və təhsil naziri Emin Əmrullayev də birinci Dövlət Proqramı ilə xaricdə təhsil alan və geri qayıdan şəxslərdən biridir.
Daha bir məsələni qeyd etmək istərdim, ikinci Dövlət Proqramında ixtisas məsələsinə də ciddi diqqət edilib. Yəni tələbələr o ixtisas üzrə xaricdə təhsil almağa göndərilir ki, ölkədə əmək bazarında həmin ixtisas üzrə kadrlara ehtiyac var. Bu da müsbət bir dönüş, qərardır.
Beləliklə, birinci Dövlət Proqramından olan bəzi çatışmazlıqlar, nöqsanlar artıq ikinci Dövlət Proqramında yoxdur və ümid edirik ki, xaricdə təhsil almağa gedənlərin hamısı, böyük əksəriyyəti geri qayıdacaq, ölkənin elmi-pedaqoji səviyyəsinə, ali təhsil pilləsinin inkişafına öz töhfəsini verəcəklər".

Nadir İsrafilov: “Xaricə təhsil almağa göndərilənlərin qarşısına tələb qoyulub ki... ”
Təhsil eksperti Nadir İsrafilov isə qeyd edib: “İlk öncə qeyd etmək istərdim ki, xaricdə təhsil almaq istəyən şəxslər mütləq gedəcəkləri universiteti araşdırsınlar, siyahıya baxsınlar ki, oxuyacaqları universitetin diplomu ölkəmizdə tanınacaq ya yox. Biz görürük ki, son vaxtlar bir tək attestatla xaricdə təhsil almaq ilə bağlı çox sayda şirkətlər təkliflər verir. Lakin bəzən həmin şirkətlər insanları aldadır və diplomu ölkəmizdə tanınmayan universitetləri təklif edirlər, insanlar da gedib təhsil alır, sonradan diplomun tanınması ilə bağlı problemlə üzləşirlər. Beləliklə də şəxs xaricdə boş-boşuna vaxt itirmiş olur.
Ümumiyyətlə, xaricdə təhsil məsələsi hər zaman olub. Məsələn, zamanında Hacı Zeynalabdin Tağıyev kimi məşhur messanatlarımız olub, onlar müxtəlif sahələr üzrə tələbələri xaricə təhsil almağa göndərib. 2022-ci ildən isə artıq ikinci Dövlət Proqramı qəbul olunub və xeyli sayda gənclərimiz xaricə təhsil almağa gedir.
Amma təəssüf ki, xaricə təhsil almağa gedənlərin müəyyən hissəsi geri qayıtmır. Əlbəttə ki, geri qayıtmamağın səbəbini müxtəlif amillərlə əlaqələndirənlər var. Əsas səbəblərdən biri budur ki, onlar xaricdə yaxşı maaşlı işlə təmin olunurlar. Onlar da düşünürlər ki, ölkəyə geri dönəndə iş, maaşla bağlı müxtəlif problemlərlə üzləşəcəklər, ona görə də geri dönməkdən yayınırlar. Buna görə də ikinci Dövlət Proqramı qəbul olunarkən, bakalavrların gedişinə müəyyən məhdudiyyətlər qoyuldu. Yəni bu proqramda daha çox magistratura, doktrantura təhsilinə üstünlük verildi. Çünki magistrların əksəriyyəti artıq özlərinə müəyyən mühit yaradanlardır, aralarında evlənənlər də var. Amma bakalavrlar yaxşı maaşlı işlə qarşılaşanda vətənə geri qayıtmaq istəmirlər.
Həmçinin ikinci Dövlət Proqramında belə bir tələb var ki, təhsillərinin alıb, geri qayıtmalı, 5 il ölkədə çalışmalı, daha sonra isə yenidən xarici ölkəyə getmək barəsində sərbəst, müstəqil şəkildə qərar verə bilələr. Əvvəllər bu tələb yox idi deyə, əksəriyyət geri qayıtmırdı.
Burada bir məsələ də var, əvvəllər tələbələr müxtəlif ixtisaslar üzrə gedirdilər, amma indi bu ixtisaslara xüsusi diqqət edilir. Yəni elə ixtisaslar var ki, xaricdə bu ixtisas üzrə təhsil almağa ehtiyac yoxdur. Artıq elə universitetlərimiz var ki, həmin ixtisaslar üzrə heç də xarici universitetlərdən geri qalmır, yaxşı kadr hazırlayır. Bizə elə ixtisaslar lazımdır ki, hazırda bizdə yenidir və yaxud müəyyən kadr çatışmazlığı var və sairə.
Beləliklə, indiki Dövlət Proqramı ilə tələbələr əsasən yeni, hansı ki, gələcəkdə daha çox zərurət yaranacaq, bizdə o qədər də inkişaf etməyib və yaxud təcrübə hələ ki azdır, məhz həmin ixtisaslar üzrə xaricdə təhsilə göndərilir. Bu da doğru atılmış addımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
