Konayevlə Brejnevin dostluğu Qazaxıstanın taleyinə necə təsir edib?
Məşhur qazax tarixçi Radik Temirqaliyev yerli medianın YouTube kanalına müsahibəsində Qazaxıstan ərazisinin bütövlüyünün qorunmasında Dinmuhamed Konayevin rolundan danışıb. (Sovet dövründə qazax liderin soyadı Kunayev kimi gedib).
Radik Temirqaliyev qeyd edib ki, Konayev sovet dövründə Qazaxıstana uzun müddət rəhbərlik edən yeganə birinci katib olub və bu müddət ərzində Moskva qarşısında Qazaxıstan üçün xüsusi status və mövqe qazanıb.
“Onun elə bir imtiyazı var idi ki, mərkəzdən çox şeyə müdaxilə etməməyə çalışırdılar. Hətta alman muxtariyyətinin yaradılması ilə bağlı “Selinoqrad hadisələri” baş verəndə də o vaxt Qazaxıstan hakimiyyəti buna imkan vermədi, bu qərarı gizli şəkildə sabotaj etdi. Aleksandr Bobinin xatirələrində oxudum ki, Brejnev deyib: “Gəlin bu məsələyə toxunmayaq, Dimaş Əhmədoviçi incitməyək, görünür, o, bunun əleyhinədir”. Bunları bilmək və yadda saxlamaq lazımdır”, - deyə tarixçi Konayevin rolunu qeyd edib.
Tarixçi deyib ki, Brejnev özü uzun müddət Qazaxıstanda işlədiyi üçün məhz bu dövrdə Qazaxıstan mərkəzin qarşısında xüsusi mövqe tutub.
“Çıxışlarına da baxdım, o, Orta Asiyaya gələndə, “mənim Qazaxıstanım” deyir. Hətta Özbəkistanda çıxış edərkən də “doğma Qazaxıstanım” deyib. Bu isə qazax rəhbərlərə çox böyük iltifat idi. Brejnev Qazaxıstanla xüsusi əlaqəsini həmişə vurğulamaq istəyib”, – tarixçi izah edir.
Ancaq Radik Temirqalievin fikrincə, Sovet İttifaqının mövcud olduğu dövrü götürəndə SSRİ-nin bütün respublikaları boy sırası ilə düzülərkən Qazaxıstan və Orta Asiya respublikaları həmişə ön yerlərdəm uzaq olublar.
Onu da qeyd edək ki, Dinmuhamed Konayevin 1986-cı ildə vəzifəsindən götürülməsi, yerinə heç vaxt Qazaxıstanda işləməyən, qazax dilini və mədəniyyətini bilməyən Gennadi Kolbinin təyin edilməsi Almatıda qanlı qırğınla nəticələnən iğtişaşlara səbəb olub.
Konayevin öz yerinə hazırladığı gənc Nursultan Nazarbayevin Moskva tərəfindən bu vəzifəyə təyin edilməməsi Qazaxıstan rəhbərliyində də narazılıq doğurub. Yalnız 3 ildən sonra Kreml öz səhvini düzəldərək Qazaxıstana qazax mənşəli kadrı – Nazarbayevi təyin edib.
Hazırda Astananın mərkəzi prospektlərindən biri Konayevin adını daşıyır.
P.S. “Selinoqrad hadisələri” (qazaxca “Selinoqrad narazılığı”) 1979-cu ilin iyununda baş verib. Kreml Şimali Qazaxıstan ərazisində alman muxtariyyatı yaratmaq istəyib, Qazaxıstan rəhbərliyi və Selinoqrad, Kokçetav, Karaqanda sakinləri bu ideyaya qarşı çıxıblar.
Araz Altaylı, Musavat.com
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
3 fevral 2026 11:33
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
- Baş Prokurorluqda yeni təyinat
02 fevral 12:15
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
02 fevral 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
02 fevral 11:02
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
01 fevral 13:26
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
01 fevral 12:15
