DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam

Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb.
İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu "Nissan” və "Toyota” olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.
Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: "Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi.
Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində invoys, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə ŞİRİNLİK vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas probləmlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb: "Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.
Komitə rəhbərliyi bu şikayətlərə baxdıqdan 7-10 gün sonra mənə e-mail vasitəsilə göstəriş göndərib əvvəlki qərarı ləğv etdi. Artıq digər ölkələrin bank köçürmələri olduğu təqdirdə də avtomobillər ölkəyə buraxılırdı. Bu iş mənə həvalə olunana kimi Ramil özü Dövlət Gömrük Komitəsinə gedirdi və onun avtomobilləri komitənin qərarına əsasən ölkəyə keçirilirdi. Vətəndaşlar "Meyvəli” postuna və ya birbaşa Dövlət Gömrük Komitəsinə müraciət edirdi, sənədləri məqbul və rəhbərliyin təqdim etdiyi siyahıya uyğun idisə, biz sənədləri "Balakən” və ya "Qırmızı Körpü” sərhəd buraxılış məntəqələrinə göndərirdik”.
Ramil də təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin dediklərinin çoxunu özünü müdafiə kimi qiymətləndirib. Toplanmış sübutlar əsasında bir neçə gün əvvəl Anar Aslanova 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Oxşar xəbərlər
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 2025 22:06
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 2025 11:23
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 2025 15:33
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 2025 12:09
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 2025 13:30
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 2025 13:23
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- Alim Qasımov villasını satır - Qiyməti 5 MİLYON
7 sentyabr 2025 21:28
Xəbər lenti
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
Video & Fotoqalereya
Video
Fotoqalereya