Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
Əsrlər öncə kitab satılmazmış, hədiyyə edilərmiş. Buna səbəb isə, kitabın dəyərli bilik mənbəyi olması imiş. Əsrlər keçib, kitab satılsa da, “Kitab ən gözəl hədiyyədir” yanaşması hələ də aktualdır. Kitab oxuyan, mütaliəni sevən, o dəyəri duyan hər kəs təbii ki, bu fikirlə razılaşır. Hələ Ümumdünya Kitab Günüdürsə, ən gözəl hədiyyə seçimi mütləq ki kitab olmalıdır. “Nar” və Azərbaycan Jurnalistlər Şəbəkəsi də bayram münasibətilə kitab hədiyyələri ilə Füzuli rayonunun Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinə üz tutdular.
İşğaldan azad olunan torpaqlarımızda həyat qaynadığını, təhsil ocağındakı hərəkətli mühiti görmək xoş təəssürat yaratdı. Şagirdlərlə söhbət edə-edə məktəbin kitabxanasına keçdik və hədiyyələr burda onlara təqdim edildi. Onlar böyük həvəslə kitabların rəflərə yığılmasına köməklik etdilər.
“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ kommunikasiyalar üzrə mütəxəssisi Anar Məsimov hədiyyələri şagirdlərə təqdim edərkən bildirdi ki, Füzulinin inkişafı üçün onların çox oxumalarına ehtiyac var: “Füzuli şəhərinin azad olunmasından o qədər də uzun müddət keçməyib, amma şəhər dirçəlir. Bununla belə, hələ bu şəhərdə görülməli işlər çoxdur. Bunun üçün güclü olmalıyıq. Ən böyük güc isə bilikdir. Ümid edirik ki, gətirdiyimiz kitabların sizin biliyinizin güclənməsində önəmli rolu olacaq”.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin rəhbəri Ayaz Mirzəyev isə şagirdlərə bildirdi ki, onların hədiyyələri şagirdlərin o kitabları oxuduğunda daha dəyərli olacaq: “Kitab oxunanda dəyər qazanır. Çünki oxuduqca sənə nə isə qatır və sən onun dəyərini o zaman anlayırsan. Bizim hədiyyə o vaxt bizim üçün dəyərli olacaq ki, onları oxuduğunuzu eşidək . Hər yaşa və hər zövqə uyğun kitablar gətirmişik. Qalır seçmək və oxumaq”.
Kitabları rəflərə yerləşdirərkən uşaqların bir-birlərilə müzakirəsindən də hiss olundu ki, hədiyyələri bəyəndilər və kitab oxumağa maraqlıdırlar.
Məktəbin direktoru Həcər Mahmudova bildirdi ki, kitab oxumağın önəmini şagirdlərə hər zaman aşılamağa çalışıblar: “Kitab oxumaq ən ucuz və asan səyahət növüdür. Kitab oxuyan insan zənginləşir, müdrikləşir. Kitabda sən daha təcrübəli birinin fikirlərini oxuyursan, düşüncən inkişaf edir. Özün o situasiyaya düşəndə, doğru yolu daha rahat tapa bilirsən. Ona görə kitab oxumaq gələcəyimiz üçün vacibdir. Biz bu vacibliyin səbəblərini uşaqlara çatdırırıq və kitab oxumaları üçün məktəbimizin kitabxanasının daha yaxşı olması üçün çalışırıq. Bizim kitabxanamız bugünkü hədiyyələr sayəsində bir az da zənginləşdi. Dəstək göstərənlər sağ olsunlar. Ümid edirik ki, bu ənənə davamlı olacaq”.
Tədbir bitəndən sonra yenidən kitabxanaya baş çəkdik. Kitabları rəflərə düzəndən sonra uşaqlar kitabxanadan getməmişdilər, yeni kitabları vərəqləyirdilər, seçim etməyə çalışırdılar.
6-cı sinif şagirdi Ayxan Hümbətli deyir ki, kitaboxumağa həvəsi var, ona görə öz zövqünə uyğunkitabları seçib oxumağı sevir: “Anam kitab oxuyandır, o, məndə də həvəs yaradıb. Fantastik janrda kitablarmənə çox maraqlıdır. O tipli kitablar da var. Özzövqümə uyğun olanları seçməyə çalışıram”.
Sinif yoldaşı Səma Tanrıverdiyeva isə axtardığıkitabları tapdığı üçün sevinirdi: “Dərsdən əlavə kitaboxumağı çox sevirəm. Əsasən də klassiklərin romanlarımənə çox maraqlıdır. Oxuduqca adam daha çoxoxumaq istəyir. Burda gətirilən kitablara baxdım, içərisində mən oxumağı çox istədiyim kitablarıgördüm, yəqin ki onları ilk özüm oxuyacam”.
ABŞ-da aparılan bir araşdırmaya görə, orta məktəbdə kitab oxuyan uşaqların gələcəkdə zərərli vərdişlərə aludə olmaq ehtimalları azdır. Təbii ki bu, minimum olaraq əldə edilən nəticədir. Maksimum nəticələri isə bir çox uğurlu insanların həyatında görürük. Ümid edirik ki, oxumaq həvəsi bu məktəbin şagirdlərini də çox uğurlu şəxslərdən edəcək. Çünki onlar doğma Füzulilərin, ümumilikdə isə Azərbaycanın gələcəyid
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
1 iyun 2024 14:38
- Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edilib
23 may 2024 20:57
- Bakcell-in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
21 may 2024 20:34
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 2024 18:09
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- Rasim Tağıyevin oğlu həbs edildi
1 may 2024 15:18
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 iyun 17:42
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30