Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..

Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..
Bir neçə il əvvəl o qədər də populyar olmayan, həftəlik “Yeni qəzet”in baş redaktoru olaraq monopoliya problemi ilə bağlı Gürcüstan hökumətinə elektron müraciət etmişdim.
Müraciətin konkret səbəbi nə idi ?
Deməli, bir neçə şəxs Gürcüstandan Azərbaycana ucuz qiymətə gətirilən iri və xırda buynuzlu heyvanların idxalını öz inhisarına ( monopoliya ) almışdı. Hansı sahibkar Gürcüstandan mal-qara gətirmək istəsə, hər qoyuna görə 50 dollar, hər iri buynyzlu heyvana görə monopolistə 100 dollar verməlidir. Əks halda sahibkarın gətirdiyi heyvanlar gömrük postundan buraxılmır və heyvanlar günlərlə ac-susuz qalıb tələf olurdu.
Nəticədə Azərbaycanda ətin qiyməti dəfələrlə baha qiymətə satılırdı və kasıb təbəqə üçün əlçatmaz olurdu, cəmiyyətdə narazılıq yaranırdı.
Biz bir media qurumu olaraq bu araşdırma yazısını rus dilinə tərcümə edərək Gürcüstan hökümətinə elektron müraciət etdik.
Heç gözləmədiyimiz halda bir həftə sonra Gürcüstan Maliyyə polisinin rəisi cənab Biranidze redaksiyamıza elektron qaydada rəsmi cavab verdi.
Biranidze cavab məktubunda qeyd edirdi ki, müraciətinizlə bağlı Gürcüstan Maliyyə polisi əməliyyat keçirib və yazdıqlarınız öz təsdiqini tapıb. Nəticədə yazıda adları qeyd olunan şəxslər tərəfimizdən saxlanılıb.
Bunu nə üçün xatırladım ?
Deməli, xeyli müddətdir ki, NUH.az saytı olaraq Rusiyada fəaliyyət göstərən “Dana monopolistləri” ilə bağlı araşdırma yazıları dərc edirik, tədbir görülməsi üçün müvafiq dövlət qurumlarımıza müraciət edirik. Amma ortada konkret nəticə yoxdur, hələ üstəlik bizə hədə-qorxu da gəlirlər ki, bilirsiniz O-nun dalında kim(lər) durur ?
Bəli, bilirik, O-nun dalında soydaşlarımızı döyüb-öldürən Rusiya hüquq-mühafizə orqanları, bəlkə də FSB durur. Amma bizim də arxamızda Azərbaycan dövləti, dağ kimi Prezidentimiz cənab İlham Əliyev dayanır.
Xatırlatmaq istəyirəm ki, cənab Prezident dəfələrlə inhisarçılığı iqtisadiyyatın QARA YARASI adlandırıb və süni qiymət artıranların ünvanına NATƏMİZ, İŞBAZLAR deyib. Amma müvafiq dövlət qurumları konkret tədbir görmür.
Məlumdur ki, bazar iqtisadiyyatında QİYMƏTİ TƏLƏB və TƏKLİF müəyyən edir.
İnhisarçılar isə bazarı TƏK ƏLDƏ cəmləşdirib qiyməti diqtə edir, qiymətləri dəfələrlə süni şəkildə şişirdirlər.
QİDA sektorunun inhisarı isə daha təhlükəlidir, istənilən vaxt cəmiyyətdə təhlükəli vəziyyət yarada bilərlər. Ən təhlükəlisi odur ki, inhisarçı xarici qüvvələrin əlində olur.
Yəni söhbət təkcə dana-qoyun ətindən getmir ee, milli təhlükəsizlikdən gedir...
Nə isə gələk konkret mövzunun üzərinə.
Söhbət konkret olaraq özünü diaspora rəhbəri kimi təqdim edən, əslində dana-mal-qara monopolisti olan Rusiya vətəndaşı, Belqorod şəhərinin sakini Teyyub Hüseynovdan gedir.
Teyyub Hüseynovla bağlı Rusiya mediası üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki…
2024-cü ilin sonunda Teyyub Hüseynovun azyaşlı oğlu sürücülük vəsiqəsi olmadan, dövlət nömrə nişanı olmayan 300000 dollar dəyərində Bentley markalı avtomobili idarə edərkən Belqorod şəhər polisi tərəfindən saxlanılıb. Oğlu atasına zəng edərək təcili hadisə yerinə çağırıb. Teyyub isə çatan kimi polisə yüksək məbləğdə rüşvət təklif edib və polis tərəfindən rüşvət vermə maddəsi ilə həbs edilib. Amma Rusiyanın hüquq mühafizə orqanlarındakı “krışa”sının müdaxiləsi ilə Teyyub Hüseynov həbsdən canını qurtara bilib.
Rusya mediasının xəbərinə görə bu günlərdə Teyyub Hüseynovun Voronejdəki “Alekseyevskiy rınok” deyilən bazarına polis basqını olub. Amma yenə də “krışa” işə düşərək problem həll edib.
Ancaq bir gün bu “krışa” uça-çökə bilər. Teyyubun başına yox ee, QİDA SEKTORUMUZUN başına.
Teyyub Hüseynovla bağlı daha biabırçı olay qardaş Türkiyədə baş verib. Bu barədə növbəti yazıda bəhs edəcəyik.
İndi isə keçək Teyyub Hüseynovun şəbəkəsinin RÜŞVƏT MEXANİZMİNƏ.
Bu monoploist şəbəkə hər ay 200-dən artıq yük maşını ilə ölkəyə mal-qara gətirir. Həmin şəbəkənin göstərişi ilə məhsul ancaq FATEH M MMC, Aqrobest MMC , Retro MMC şirkətlərinə göndərilə bilər.
Bu şəbəkənin əməllərinə göz yuman, himayədarlıq edən Rusiya tərəfinə hər maşına görə, 750.000 rubl( yəni 10.000 dollar ), Azərbaycan tərəfdə isə 5.000 manat rüşvət verilir. Əks halda heyvan gətirən şəxsin heyvanı 30 günə yaxın həm Dağıstanda, həm də Azərbaycanda karantində qalır. 750.000 rub ödəyəndə Rosselxoznadzor, 5000 manat ödəyəndə AQTA göz yumur.
İndi isə sadə bir hesablama aparaq:
Rusiyada bir maşın mal-qaraya 10.000 dollar, Azərbaycanda 5000 manat.
Bir ayda 200 maşın məhsul gələndə:
Rusiyada dəstənin kassasına 2 MİLYON DOLLAR, Azərbaycanda isə 1 MİLYON MANAT daxil olur.
Yəni hər ay milyonlarla pul bu dəstənin əlində dövr edir. Görəsən Azərbaycanda dövlət qurumları bunu görmür ?
Təsəvvür edirsiniz 1 MAŞIN MAL-QARAYA görə, 15-20 min dollar rüşvət verilir. İndi hesablayın 1 KİLO ƏTİN QİYMƏTİ HARA QALXIR..?
Bu dana monoplistləri ilə bağlı araşdırmamız davam edir.
Və biz bir media olaraq bir daha müvafiq dövlət qurumlarına, Baş prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə və s müraciət edirik.
MONOPOLİYA sadəcə mal-qara, ət, hətta Teyyub məsələsi də deyil, MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİDİR.
Bizi izləyin.
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
4 sentyabr 2025 13:45
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Azərbaycan bu ölkədə səfirlik açır
3 sentyabr 2025 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
3 sentyabr 2025 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22