Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar
Günün sitatı5 sentyabr 2024 12:02
Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib. “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
İcra olunan layihə barədə qısa məlumat verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov icra olunan layihənin məqsəd və vəzifələri, həyata keçirilən fəaliyyətlər və icrası nəzərdə tutulan işlər barədə danışıb. Bildirilib ki, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş şəkildə təşviq olunması üçün miqrasiya qanunvericiliyi sahəsində sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Xüsusilə vurğulanıb ki, həmin tədbirlər həm qeyri-hökumət təşkilatları, həm də miqrant qrupları arasında hədəfli şəkildə icra olunmalıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin meneceri Natiq Lahıcov miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə icra olunan hazırkı layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, miqrasiya sahəsində maarifləndirmə tədbirləri bütövlükdə maraqlı tərəflərin, xüsusilə də hədəf qruplarının maraqlarına cavab verir və son nəticədə ölkədə təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş vüsət almasına səbəb olur.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə nəzər salıb, həmin sənədlərdə yer alan müddəalara və onlardan irəli gələn məsələlər haqqında danışıb.
Tədbirdə iştirak edən hüquqşünaslar Kəmalə Məmmədova, Fariz Əkbərov, Vəfa Əkbərova, Elvina Əliyeva, İradə Dünyamalılı, miqrant qruplarının təmsilçiləri Əli Şoxri, Fesih Alıoğlu, Rəcəb Yaşar və digərləri miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, aktuallığı ilə xarakterizə edilən məsələlərə toxunublar. İnteraktiv qaydada keçirilən müzakirədə miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində qalma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb. NUH.az



Oxşar xəbərlər
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 2026 17:13
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
Xəbər lenti
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 10:31
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 10:00
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 23:08
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 21:26
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
