Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?
Suriyanın devrilmiş pezidenti Bəşər Əsədin Rusiyaya qaçması və sığınacaq alması heç kəs üçün təəccüblü olmadı.
Rusiya vaxtilə dəstək verdiyi liderləri, diktatorları heç vaxt dar ayaqda sahibsiz qoymur. Bəşər Əsəd son illərdə ən çox Moskvaya güvənirdi, indi də elə oraya pənah aparıb.
ABŞ və Avropanın güclü dövlətləri bu sarıdan ardıcıl deyillər. Onlar diktatorlarla, hakimiyyətdə olduqları zaman dostluq, müttəfiqlik edirlər. Ancaq onlar büdrəyəndə, devriləndə, ölkələrindən qaçanda yiyə durmurlar.
Çünki diktatorların böyük korrupsiya cinayətlərindən tutmuş kütləvi insan qətllərinə qədər yüz cür cinayətləri açılır, demokratik dövlətlər isə bu odioz canilərə sığınacaq verməklə həmin cinayətlərə ortaq olmaq istəmirlər, guya ki, sifətlərini qoruyurlar.
Bir neçə parlaq nümunəyə baxaq.
Məlumdur ki, İran hökmdarı Məhəmmədrza şah Pəhləvi hakimiyyətdə olduğu müddət ərzində özünü ABŞ və Böyük Britaniyanın vassalı kimi aparıb, bu iki dövlətin bir sözünü iki etməyib, ölkəsinin sərvətini onlara peşkəş edib.
Ancaq 1978-ci ildə şaha qarşı xalq üsyanı və itaətsizlik başlayanda İranın Qərb müttəfiqləri yavaş-yavaş bu qənaətə gəliblər ki, Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən gedici olduğu və etirazların hərbi yolla yatırılmasının uğurlu alınmadığı şəraitdə şah rejimini dəstəkləməyə ehtiyac yoxdur.
ABŞ-nin o zamankı səfiri Sallivan Pəhləviyə deyib ki, artıq onu ölkədə olması ABŞ üçün arzuolunmazdır. Bundan əlavə, amerikalı general Hayzerin İran zabitləri ilə müxalif islamçılar arasında əlaqələr yaratmağa çalışıb. Məqsəd şahı xərcləmək, hakimiyyətə yeni gələn qüvvələrlə işbirliyinə gedərək ABŞ-nin maraqlarını qorumaq olub.
1979-cu il yanvarın 6-da Qvadelupada ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında danışıqlar aparılıb və orada İrandakı vəziyyət müzakirə edilib, sülalə rejimin fatihəsi verilib. Bu görüşdən sonra şah anlayıb ki, Qərb daha monarxiyaya dəstək verməyəcək.
İran şahı Məhəmməd Rza Pəhləvi və ABŞ prezidenti Riçard Nikson
1979-cu il yanvarın 16-da Məhəmməd Rza Pəhləvi şəxsi “Boeing 707” təyyarəsi ilə Tehranı tərk edib və Misirə gedib. Hətta şah Qahirədən başqa yerə aparılacağından qorxduğu üçün uçuş zamanı və uçuşun ilk saatında təyyarəni şəxsən idarə edib. Çünki onun artıq ABŞ-yə etibarı qalmayıbmış, hesab edirmiş ki, Ağ Ev onu tutub Xomeyninin tərəfdarlarına verə bilər.
Devrilmiş şah əvvəlcə Misirə getsə də, sonra Mərakeş, Baham adaları və Meksikaya sığınıb. İranın yeni hakimiyyəti bütün ölkələrdən onun verilməsini tələb edib. Bu arada keçmiş monarxın səhhəti pisləşib. O, müalicə üçün ABŞ-a gələndə, 1979-cu ilin noyabrında ABŞ-nin İrandakı səfirliyinin binası ekstremistlər tərəfindən ələ keçirilib. Dekabrın 15-də ABŞ şah Pəhləvini Panamaya yola salıb. O, bir neçə ay Kontadora adasında yaşayıb, sonra (24 mart 1980-ci ildə) yenidən Misirə köçüb və 60 yaşındaykən orada vəfat edib.
(Maraqlıdır, şah oğlu Məhəmmədrza hansı yaşda hakimiyyətdən devrilmişdisə, diktator oğlu Bəşər Əsəd də təxminən o yaşda hakimiyyətini itirdi).
Bir İran şahı deyil, ABŞ Çili diktatoru Auqusto Pinoçetə də yiyə durmayıb, Nikaraqua tiranı Anastasio Samosaya da, başqalarına da.
Rusiya (SSRİ) isə hələ ötən əsrin 70-ci illərində Çilidə Pinoçet tərəfindən devrilən Alyende hökumətinin ikinci şəxsi Luis Korvalana sığınacaq vermiş, onu ölkədə böyük təmtəraqla qarşılamışdı.
1983-cü ilin avqustunda Korvalan qeyri-leqal şəkildə Çiliyə qayıdıb. Bu, onun Sov.İKP MK-ya müraciətindən və Siyasi Büronun 1983-cü ildə qəbul etdiyi qapalı qərarından sonra baş tutub. O zaman Kreml onun görkəmini dəyişdirən üç plastik əməliyyat təşkil edib.
1992-cü ilin may ayının 14-də yenidən hakimiyyətə qayıtmaq istəyən Ayaz Mütəllibov ertəsi gün AXC-nin rəhbərlik etdiyi etirazçıların təzyiqi ilə ölkədən çıxası olanda Moskvaya üz tutdu. Sonrakı illərdə rəsmi Bakı onu nə qədər tələb etsə də, Rusiya eks-prezidenti Bakıya verməkdən imtina etdi. Kreml hətta həyatının son illərində Mütəllibovun vətəndə asudə yaşamasına qarantiya aldı.
Biri “uğurlu” (1993, iyun), o biri uğursuz (1994, oktyabr), iki qiyam törədən, nəticədə baş nazir postundan qovulan Surət Hüseynov da dar ayaqda Rusiyaya sığındı, ancaq o, kiçik fiqur olduğundan 3-4 ildən sonra qolubağlı qul kimi Azərbaycana verildi. Rusiyaya sığınan başqa xırda fiqurların da aqibəti elə oldu. Ancaq Moskva keçmiş DTK generalı Vaqif Hüseynovu sona qədər Azərbaycana vermədi, çünki Hüseynov onun öz adamıydı.
Qırğızıstanın avtoritar lideri Əsgər Akayev 2005-ci ildə xalq üsyanı ilə vəzifəsindən devriləndə çox ləngimədən Moskvaya sığındı. Eks-prezident hazırda orada yaşayır, işləyir. O, vətənində hələ də arzuolunmaz şəxsdir, amma Moskva onu Bişkekə vermək fikrində deyil.
Ancaq Akayevin devrilməsində əsas rollardan birini oynayan və onun yerinə keçən Kurmanbek Bakiyev 5 ildən sonra (2010-cu ildə) eyni aqibətlə üzləşərək devriləndə Belarusa qaçdı. Belarus prezidenti Lukaşenko ona sığınacaq verdi və Bakiyev Minskdə daşınmaz əmlaklar alaraq, şah kefində yaşamaqdadır.
Ukrayna prezidenti Viktor Yanukoviç 2014-cü ilin 22 fevralında xalq üsyanı nəticəsində devriləndə Rusiyaya yerləşdi və hələ də rus tankının üstündə Kiyevə gedərək vəzifəsinə bərpa olunacağı günü gözləyir. Əslində Rusiya və Ukrayna arasında müharibənin qanlı fazaya keçməsi bu hadisə ilə çox bağlıdır. Rusiya Krım və Donetski Yanukoviçin devrilməsindən sonra işğal etdi, xüsusi hərbi əməliyyatı isə onun devrilməsinin 8-ci ildönümündə başlatdı.
Bunlardan başqa, Kreml Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış Köçəryan-Sarkisyan tandemini məsafədən qorumaqdadır. Köçəryan istədiyi gün Rusiyadan sığınacaq ala bilər, ancaq o, ölkəsində qalmağı üstün tutur. RF prezidenti Putin isə onu ad günlərində, başqa əlamətdar günlərdə şəxsən arayaraq təbrik edir, ona dəstəyini nümayiş etdirir.
Beləcə, Rusiya bu jestlərlə dünyada və regionda dəstəklədiyi digər dövlət başçılarına mesaj verir ki, qorxmasınlar, bəd ayaqda sığınacaq yerləri var.
İndi hansı daha pisdir: illərlə istifadə olunan avtoritar rejim yiyələrini, diktatorları sonda tərk edib, taleyin ümidinə buraxmaq, yoxsa öz xalqına qarşı cinayət törətmiş odioz adamları sona qədər müdafiə etmək?
Araz Altaylı, Musavat.com
- Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
18 yanvar 2025 11:16
- Ömrünün 30 ilini vəhşi canavarlarla birlikdə yaşayan gürcü alimi - Maraqlı
17 yanvar 2025 22:07
- Rusiya-İran Strateji Tərəfdaşlıq Müqaviləsi - DETALLAR AÇIQLANDI
17 yanvar 2025 21:41
- Azərbaycanda NEÇƏ QOYUN var ?
17 yanvar 2025 18:33
- Fəxri adlar pulla satılır?
17 yanvar 2025 17:58
- ASİF ATА HАQQINDА
17 yanvar 2025 14:32
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
17 yanvar 2025 14:11
- Azərbaycan : ixrac 24 MILYАRD , idxаl 19 MİLYАRD
16 yanvar 2025 22:30
- Tatar qızı deyilmiş – SSRİ-nin idarə edən ərini idarə edən Raisa Qorbaçova...
16 yanvar 2025 11:13
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş edirik
18 yanvar 11:54
- Növbəti köç karvanı Cəbrayıla yola salındı
18 yanvar 11:35
- Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
18 yanvar 11:16
- İki məktəb direktoru vəzifəsindən azad edildi
17 yanvar 23:08
- Arayik Harutyunyan Azərbaycan xalqından üzr istədi
17 yanvar 22:19
- Ömrünün 30 ilini vəhşi canavarlarla birlikdə yaşayan gürcü alimi - Maraqlı
17 yanvar 22:07
- Rusiya-İran Strateji Tərəfdaşlıq Müqaviləsi - DETALLAR AÇIQLANDI
17 yanvar 21:41
- UZAQ LİMANA MƏKTUBLAR - Bəsti Əlibəyli
17 yanvar 19:40
- Azərbaycanda NEÇƏ QOYUN var ?
17 yanvar 18:33
- Cahangir Əsgərovun xanımı vəfat etdi
17 yanvar 18:19
- Fəxri adlar pulla satılır?
17 yanvar 17:58
- Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın bаnkındа nə bаş verir ?
17 yanvar 16:27
- Putin-Pezeşkian görüşü BAŞLADI: Mühüm saziş İMZALANACAQ
17 yanvar 16:05
- ASİF ATА HАQQINDА
17 yanvar 14:32
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edir (YENİLƏNİB)
17 yanvar 14:18
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
17 yanvar 14:11
- Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı
17 yanvar 13:27
- Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - Hacıbalanı həbs etdirəcəm
17 yanvar 12:09
- Qrip və soyuqdəyməni yox edir - Hər marketddə var
17 yanvar 00:30
- Prezidentdən Xalq yazıçısı ilə bağlı SƏRƏNCAM
16 yanvar 23:41
- Azərbaycan : ixrac 24 MILYАRD , idxаl 19 MİLYАRD
16 yanvar 22:30
- Elmin İnkişafı Fondunun direktoru cərimələnir
16 yanvar 21:23
- Deputatdan maaş və pensiyalar barədə mühüm açıqlamalar
16 yanvar 21:16
- Vəzifəsindən azad edilən Mariana Vasileva KİMDİR... - DOSYE
16 yanvar 21:03
- Mariana Vasileva АZIRBАYCАN Gənclər və idman nazirinin müavini vəzifəsindən AZAD EDİLDİ
16 yanvar 19:34
- Sənubər Nəzərova departament rəhbəri təyin edildi
16 yanvar 11:35
- 21 ildən sonra İLK DƏFƏ - Ərdoğan onu Türkiyəyə çağırdı
16 yanvar 11:24
- Tatar qızı deyilmiş – SSRİ-nin idarə edən ərini idarə edən Raisa Qorbaçova...
16 yanvar 11:13
- Səfirimiz Nəsimi Ağayev Almaniya Prezidenti ilə görüşə belə qatıldı - Foto
15 yanvar 20:53
- 94 yaşlı Nəriman Həsənzadə əməliyyat olundu - Foto
15 yanvar 19:39