19 yanvar – Bakı qırğınının başlanğıc günü

Aradan 35 il keçib. 1990-cı ildə doğulanlar bu il sırayla 35 yaşlarını tamam edəcəklər. Bu yarı yaş, ömrün ortası deməkdir. O şəxslər 20 Yanvar faciəsinin nə demək olduğunu yalnız dərs kitablarından, 20 Yanvara həsr olunmuş tədbirlərdən deyilənlərdən bilirlər.
Bir də var, həmin günlərdə 10, 15, 20, 25, 30, 35 yaşı olanların 20 Yanvar faciəsi yaşantıları.
Bu faciə millətin duyarlı, vətənpərvər, şüurlu kəsiminin sinəsində çalın-çarpaz dağ kimi, qövr edən yara kimi hələ də qalır və sona qədər qalacaq. Ağır gümlər idi. Xatırlayanda belə adam üşənir.
Əslində isə bu faciə tam olaraq 1990-cı ilin yanvar ayının 20-də olmamışdı, qətliam, gülləboran yanvarın 19-dan başlanmışdı. Sovet-rus tankları yanvarın 19-da hərəkətə gəlmişdi, dövlət televiziyasının enerji bloku yanvarın 19-da partladılmışdı (əhalini informasiyasız qoymaq üçün), xalq kütlələrinin şəhərin giriş-çıxışlarında qurduğu barrikadalar yanvarın 19-da yarılmışdı.
Sadəcə olaraq, biz yanvarın 20-də milli faciəmizin acı mənzərəsi ilə üz-üzə qalmışdıq. Bakının işğalı yanvarın 19-da başlanmış, 20-də başa çatmışdı. Ancaq işğalçılar situasiyaya hakim deyildilər. Onların şəhərin strateji obyektlərini nəzarətə götürmüş, qırğın törətmiş, küçə və meydanları isə etirazçı xalqa buraxmışdılar. Sovet-rus hərbçiləri komandaturalarda, qarnizonda oturub gözləyirdilər.
O zaman xalq şəhidlərinə sahib çıxdı, işğalçıların tələb və tövsiyələrinə məhəl qoymadı. Azsaylı və karyerist kompartiya fəalları istisna olmaqla bütün xalq milli müqavimətdə iştirak etdi, şəhidlər şəhərin ən yüksək nöqtəsində, görünməmiş bir mütəşəkkilik və ehtiramla dəfn edildilər. Respublika rəhbərliyinə yeni təyin olunmuş şəxslər situasiyanı nəzarətə almağa çalışsalar da, çox çətinlik çəkirdilər. Sanki onları da şəhidlərin qanı tutmuşdu.
İndi hamımız haqlı olaraq o zamankı dövlət rəhbəri Qorbaçovu lənətləyirik, vaxtilə ona verilmiş Nobel sülh mükafatının geri alınmasını tələb edirik. Ancaq bir incə məqamı unuduruq. 20 Yanvar faciəsinə görə bütün məsuliyyəti Qorbaçovun çiyninə yükləyəndə o biri Kreml canavarları yaddan çıxır.
Məsələnin məğzi isə belədir. 1990-cı ilin yanvar ayının ortalarında Siyasi Büroda Bakıya qoşun yeririlməsi məsələsi müzakirə olunanda qərar kollegial şəkildə qəbul olunub. Qorbaçov heç də yumruğunu masaya çırparaq, “Bakıya ordu yeritməliyik” deyə təkbaşına qərar verməyib. Bakıda vəziyyətin nəzarət altına alınmasının qatı tərəfdarları sovet dövlətinin digər rəhbərləri olub. Onlara baxanda Qorbaçov daha mülayim biri idi.
Bakıya qoşun yeridilməsi təşəbbüsünün əsas tərəfdarları SSRİ-nin güc strukturlarının rəhbərləri, partiyada sərt xəttin tərəfdarları olan şəxslər olublar. Onlar adbaad məlumdur: Yazov, Kryuçkov, Bakatin, Rıjkov, Liqaçov, Primakov və başqaları...
Bu şəxslər hesab edirdilər ki, yumşaq tərpənsələr, Stalinin, Xruşovun vaxtında olduğu kimi üsyana qalxmış kütlələrə amansız divan tutmasalar, sovet rejimi sarsıla bilər. Onlar kompartiyanın hakimiyyətinin, sovet hərbi-polis rejiminin qorunub saxlanması üçün əliyalın xalqı qırıb-çatmağa hazır idilər. Bir ildən sonra onlar Bakıda törətdikləri qırğının 10 dəfə kiçik miqyaslısını Litvanın paytaxtı Vilnüsdə etdilər. Bizdən bir il qabaq Tiflisdə, ondan da əvvəl Almatıda etmişdilər.
Bu şəxslər 1991-ci ilin avqustunda Qorbaçovu devirərək SSRİ-də hakimiyyəti götürməyə də çalışdılar. “QKÇP” adlanan qiyamın formal rəhbəri vitse-prezident Gennadi Yanayev olsa da, baş rolda Bakı qırğınının təşkilaçıları idi: Kryuçkov və Yazov. Sadəcə, bu dəfə onlar əliyalın Moskva xalqına silah qaldırmadılar. Eyni müqavimət digər 14 müttəfiq respublikanının birində olsaydı, yəqin ki, çoxunda tərəddüd etmədən xalqı qırardılar.
Maraqlıdır ki, Bakı qətliamında iştirak edən, həmin günlərdə Nəsimi rayonunun hərbi komendantı olan və Bakıdakı “rəşadət”inə görə general-mayor rütbəsi alan Aleksandr Lebed 1 il 8 aydan sonra Moskvada müdafiə nazirinin əmrinə itaət etməyərək, xalqa güllə atmadığına görə yenidən “qəhrəman” oldu.
Bu necə ola bilərdi? Bakıda xalqı qırırsan, “qəhrəman” olursan, Moskvada xalqı qırmırsan, yenə “qəhrəman” olursan.
Bu, Kremlin Azərbaycana və digər müstəmləkələrə qarşı yeritdiyi ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Sovet hakimiyyətinə müqavimətə, mərkəzin qərarlarının sabotajına, Kremlə qarşı qaldırılan şüarlara qalsa, bunu birinci və sürəkli olaraq edən Ermənistan idi. Məhz ermənilər kompartiyanın orqanı olan “Pravda” qəzetini tabutlara doldurub basdırmışdılar, mərkəzi televiziyanın “Zaman” proqramının translyasiyasını Ermənistan ərazisində dayandırmışdılar, İrəvan və Xankəndidə təşkil etdikləri mitinqdə SSRİ-dən ayrılmaq tələbi səsləndirmişdilər, ancaq Kreml onlara qarşı heç bir cəza tədbiri görmürdü. Bax, bu məsələdə Qorbaçovun və həyat yoldaşı Raisa Qorbaçovanın, eləcə də sovet dövlətinin başçısının baş köməkçisi və məsləhətçisi Georgi Şaxnazarovun böyük rolu vardı.
Bizim günahımız isə Qarabağı, ölkəmizin ərazi bütövlüyünü müdafiə etməyimiz, bunu necə edəcəyimizi doğru-dürüst bilməməyimiz idi. Təklənmiş durumdaydıq. Nə İrandan haray vardı, nə də həmin illərdə ABŞ-nin yedəyində gedən Türkiyədən. ABŞ isə birmənalı olaraq Qorbaçovun tərəfindəydi, onu islahatçı adlandırır, SSRİ-nin demontajını apardığı üçün həvəsləndirirdi. Başqa vaxt hansısa ölkədə adi bir mitinqin su şırnağı ilə dağıdılmasını “insan haqlarının tapdanması, demokratiyanın boğulması” adlandıran Qərb dövlətləri Bakıda 150-yə yaxın mülki insanın qətlə yetirilməsini “SSRİ-nin daxili işi” adlandırmışdı.
Biz bu günə o günlərdən keçib gəlmişik. İndinin özündə bəzən Rusiya rəhbərliyi tərəfindən ölkəmizə qarşı xoşagəlməz addımlar atılanda və milli vətənpərvər qüvvələr ona sərt reaksiya verəndə bəziləri deyirlər: “Nədən Moskvaya qarşı belə aqressivsiniz?”
Dərhal bilirsən ki, bu adamlar ya 20 yanvar 1990-cı ildə körpə olublar, ya da onlarda mili təəssübkeşlik hissi sıfırın altında-üstündədir.
- Аna tərəfdən Hacı Zeynalabdin Tağıyevin və ata tərəfdən Şəmsi Əsədullayevin NƏTİCƏSİ ...
12 fevral 2025 15:06
- Vahid Əziz: Ramiz Mehdiyev qoca kişidir, getsin...
12 fevral 2025 13:37
- Prezidentin Çin telekanalına müsahibəsi - MÜHÜM MESAJLAR VERDİ VİDEO
12 fevral 2025 11:08
- DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana gətirdi - FOTOLAR
11 fevral 2025 10:43
- Bakıda II İohann Pavelin adına kilsə tikiləcək
10 fevral 2025 21:21
- Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?
10 fevral 2025 20:33
- Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
10 fevral 2025 19:44
- Yalnız iki vedrə su və yorğanlardan istifadə ediblər
10 fevral 2025 18:42
- Azərbaycanda əmək müqaviləsiylə işləyən nə qədər insan var? – Son 10 ilin statistikası
9 fevral 2025 22:18
- Heydər Əliyev mənə dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə...
8 fevral 2025 23:07
- 10-dan çox ölkənin parlament sədri Bakıya gəlir – SƏBƏB
12 fevral 18:14
- Qoşqar Təhməzlinin təsisçisi olduğu şirkət nazirliyin tenderini uddu
12 fevral 17:58
- Bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər - Video
12 fevral 17:25
- İlham Əliyev həmkarını qarşıladı - Video - Fotolar
12 fevral 16:40
- Elçin Şıxlı: Vaxtilə SPUTNİK-i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu
12 fevral 15:26
- Аna tərəfdən Hacı Zeynalabdin Tağıyevin və ata tərəfdən Şəmsi Əsədullayevin NƏTİCƏSİ ...
12 fevral 15:06
- Yunanıstanın yeni prezidenti o oldu
12 fevral 14:37
- PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!
12 fevral 14:09
- Vahid Əziz: Ramiz Mehdiyev qoca kişidir, getsin...
12 fevral 13:37
- Prezidentin Çin telekanalına müsahibəsi - MÜHÜM MESAJLAR VERDİ VİDEO
12 fevral 11:08
- İlham Əliyev Pezeşkiana məktub göndərdi
11 fevral 11:58
- İllərdir axtarılan Hindistanlı milyonerin oğlunun meyiti Zaqatalada tapıldı
11 fevral 11:49
- Ramiz Rövşənə ağır itki
11 fevral 11:33
- Rəsulzadənin oğluna Stalinin şəklini çəkdirib nəvəsinə -metirka- vermişdilər
11 fevral 11:09
- DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana gətirdi - FOTOLAR
11 fevral 10:43
- NАR-ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
10 fevral 23:19
- Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik...
10 fevral 23:01
- Rusiya agenti olduğu deyilən Əbülxoz Bəydən EKSKLÜZİV AÇIQLAMA
10 fevral 22:49
- Ali Məhkəmədən xarici diplomlarla bağlı - Açıqlama
10 fevral 21:32
- Bakıda II İohann Pavelin adına kilsə tikiləcək
10 fevral 21:21
- Bakıda məktəbli qız binanın damından özünü АTDI
10 fevral 21:09
- 300 min azərbaycanlı Ermənistana qayıdacaq, Zəngəzur da həmçinin - Oskanyan
10 fevral 20:58
- PEYK zavodunun 2 milyona yaxın vergi borcu var
10 fevral 20:47
- Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?
10 fevral 20:33
- Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu deyilən Elmar Məmmədyarov danışdı
10 fevral 20:13
- Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
10 fevral 19:44
- Yalnız iki vedrə su və yorğanlardan istifadə ediblər
10 fevral 18:42
- Köçəryan Ağdamın işğalını detalları ilə etiraf etdi: Mənə zəng gəldi, dedim ki..
10 fevral 18:22
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 00:18
- Ana südü buynuz qişanın zədələrinin sağalmasını sürətləndirir
10 fevral 00:06