Uinston Çörçill: Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi…
III Çarlz Kanadanı müdafiə edəcəkmi?
"Kanada heç vaxt (Amerikanın ) 51-ci ştatı olmayacaq. Nöqtə. Biz böyük və müstəqil ölkəyik”. Kanadanın istefa vermiş Baş naziri Justin Trudeaunun yerinə keçəcəyi gözlənilən xanım Chrystia Alexandra Freeland D.Trampın “Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır” iddiasına cavab olaraq belə deyib.
NUH.az xəbər verir ki, 2019-2024-çü illərdə Baş nazirin müavini olan xanım Freeland bildirib ki, Kanada nüvə ölkəsi olan Böyük Britaniya və Fransanın dəstəyi ilə özünü Amerikadan qorumalıdır. O, təklifini belə əsaslandılrıb: “Çünki onların nüvə arsenalları "Birləşmiş Ştatların təhlükə yarada biləcəyi bir vaxtda" Kanadaya kömək edə bilər".
Gələcək Baş nazir bu barədə “The Telegraph” qəzetinə deyib: “D.Tramp Vladimir Putinin Ukraynanın sərhədlərini dəyişdirmək cəhdini dəstəkləyir, çünki Tramp bizim sərhədlərimizi də yenidən cızmaq istəyir”.
Kanada ümid edir ki, bu ölkənin də dövlət başçısı sayılan Britaniya kralı III Çarlz Trampın Kanadanın ilhaqı ilə bağlı bəyanatlarını pisləyəcək. Elə bu ümidlə də Trudeau bugünlərdə monarxın kral iqamətgahı Sandringhamda, Norfolkda, İngiltərənin şərqində kralla görüşüb.
![]()
Xatırladım ki, Kanada Millətlər Birliyinə (ing. Commonwealth of Nations) üzv olan 56 ölkədən biridir. Britaniya kralı III Çarlz həm də bu sırada yer alan Kanadanın rəhbəri sayılır. Elə ABŞ-ın özü də bir ingilis ölkəsidir. Düzdür, onlar bu birliyə daxil deyillər. Bir vaxtlar ABŞ da bu birliyə daxil olmağa maraq göstərib, ancaq sonda fikrindən vaz keçib...
Gördüyünz kimi, kollektiv Qərb dediyimiz dövlətlər birliyində ciddi parçalanma müşahidə olunur. Düşünün ki, Kanada Britaniya və Fransadan almaq istədiyi nüvə silahlarının hesabına ABŞ-la hərbi qarşıdurmaya hazırlaşır.
Kanada nədən Fransanı da özünə müttəfiq kimi görür? Çünki Kanadanın Kvebek əyalətində fransızdilli əhali yaşayır. 41 milyon əhalisi olan Kanadada 9 milyon nəfər fransızca danışır. Fransız dili ingilis dili ilə yanaşı Kanadanın dövlət dilidir.
Tarixdən məlumdur ki, 1967-ci ildə Fransanın 18-ci prezidenti Şarl de Qoll (Charles de Gaulle 1959-1969) Kvebekdə 100 min nəfərin qarşısında “Yaşasın azad Kvebek” şüarı səsləndirdi. Beləliklə də bu əyalətin Kanadadan ayrılmasına və Fransaya birləşməsinə dolayısı ilə çağırış etdi. Düzdür, bu çağırış Fransaya çox baha başa gəldi. Ancaq ABŞ Kanadanı ələ keçirmək istəsə, Kvebek yenidən separatçıların məkanına dönəcək. Bəribaşdan bəllidir ki, fransızdillilər ABŞ-la birlikdə yaşamaq istəməyəcək. Bu da əlavə problemlərə yol aça bilər...
O da aydındır ki, Böyük Britaniyanın adındakı "böyük" sözü gəlişi gözəl söz deyil. Britaniya həqiqətən də böyük bir dünya gücüdür.
Hazırda Britaniya da çıxılmaz vəziyyətə düşüb. Ancaq bu, bir ilk deyil. II Dünya müharibəsi zamanı da belə bir şey yaşanmışdı. O vaxt ABŞ və Rusiya arasında sandviç kimi sıxılan Böyük Britaniyanın 2 dəfə Baş naziri seçilmiş siyasi nəhəngi ser Uinston Leonard Spenser Çörçill etiraf etmişdi ki, Britaniya “bir tərəfdə böyük rus ayısı ilə digər tərəfdən isə “böyük Amerika öküzü (söhbət vəhşi öküzdən gedir) ” arasında qalan “zavallı ingilis eşşəyi”nə bənzəyir. Ancaq yalnız kiçik Britaniya çətin vəziyyətdən çıxmağın doğru yolunu bilir...
Mən əminəm ki, Böyük Britaniya bu dəfə də xaosa sürüklənən dünyanın hüzura qovuşmasını təmin edə bilər.
Xatırladım ki, Britaniya dünyada ən böyük imperiyanı yaradan ölkədir. Əsirlərə söykənən beynəlxalq miqyaslı siyasi təcrübəsi var. Ona görə də Britaniya heç bir halda Amerika ilə Kanada arasında hər hansı hərbi qarşıdurmanın baş verməsinə imkan verməz. ABŞ-ın, eləcə də Kanadanın daxilində buna qarşı çıxacaq on milyonlarla insan var. O insan selinin qarşısında D.Tramp və onun əhli-kef administrasiyası duruş gətirə bilməz.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
