- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
- İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm verəcəm o da xalq artisti olacaq
- Masallının 9 kəndi işıqsız qalacaq
Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir.
NUH.az kulis.az-a istinadla müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir.
Orta məktəb illərində musiqiyə həvəsi yaranır. Ancaq anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskvada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.
Kəmalə isə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə "Bakı" mahnısını ifa edir.
Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də "Lalə" qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır.
Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda "Mercedes" markalı avtomobil sürən ilk qadındır.
Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı.
"Lalə" qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə "Qayınana" filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu "Nəsimi" filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə "axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm", - deyir.
Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar:
"Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar".
Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər.
Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox olub. Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları dünyaya gəlir.
İllər öncə Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb:
"Mən Mahnı və Rəqs ansamblında işləyəndə oğlum Tural dünyaya gəldi. Amma bundan əvvəl doğum evində bir övladımı həkim bilərəkdən öldürmüşdü. Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qayınanamın qisasını məndən aldığını bildirmişdi. Tural anadan olanda qəti toya getmirdim. Hətta toy üçün gələnlərə də yox cavabı verirdim. Çünki bütün günümü, saatımı bircə oğluma ayırırdım. O vaxt həm sənətimi, həm də ailəmi qoruyub saxladım. Amma toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".
Ömrünün 40 ilini incəsənətə həsr edən K. Rəhimli sənət aləmindən küskünlüyünü dilə gətirərkən deyir:
"Həyatımı, gəncliyimi, evimi, balalarımı qoyub, aylarla qastrol səfərlərinə getmişəm. Deyiblər ki, get, pul qazan, gətir, Mədəniyyət Nazirliyinin fonduna keçir. Get, planı doldur ki, Rəşid Behbudov ansamblı ilə xarici səfərə getsin. Mən belə işləmişəm. Hamıdan küsmüşəm. Sənətə gələn yeni ifaçılar üçün hər cür şərait yaradılır. Amma mən çox zülm çəkmişəm. Çəkdiyim zülmlərin haqqını hələ də almamışam. 40 ildən çoxdur bu sənətə xidmət etmişəm. Xidmətlərim əvəzsizdir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. İndiyə qədər heç bir cavab almamışam. Dövlət konsertlərində ilk sıralarda mənim adım çəkilirdi. Kəmalə ən sevimli, populyar müğənni olub. İndi Kəmalə qalıb kənarda".
Uzun illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkən müğənni sənət dostlarından onu yalnız Əməkdar artistimiz Firuzə İbadovanın zəng vurub axtardığını, digərlərinin isə yada salmadığını deyir:
"Bircə Firuzə zəng vurub, mənimlə maraqlanır. Heç kimlə danışmaq, ünsiyyət qurmaq istəmirəm. Hər şeydən iyrənmişəm. Musiqiçiləri çiynimdə daşımışam, çörək vermişəm onlara. Amma heç kim mənimlə maraqlanmır. Bir gözüm tamam tutulub, digəri isə 1 faiz görür. 2013-cü ildə də Milli Oftalmologiya Mərkəzinə getdim. Müayinədən sonra həkimlər mənə dedilər ki, qlaukomanı müalicə eləmək mümkün deyil. Bu xəstəlik bərpaolunmaz korluğa səbəb olur. Şəkərim qalxıb, gözlərimi kor edib. İnsan nə qədər əzab çəkər axı?! Artıq 17 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Oğlumun 10 yaşı olanda bu xəstəliyə tutuldum... 1996-97-ci illər idi. Özümü pis hiss edirdim. Həkimə gedib, müayinə olundum, mənə şəkərli diabet xəstəliyi diaqnozu qoyuldu. Həkim mənə müalicələr yazdı. "Diabeton" qəbul edib, xəstəliyimi gizlətdim. Sonradan şəkərim daha da yüksəldi, poliklinikamıza müraciət etdim. Mənə insulin inyeksiyası edildi. Bilirsiniz, ayaqlarım göyərirdi, şişirdi, ayaqqabı geyə bilmirdim, dırnaqlarım ağrıyırdı. 2011-ci ilin iyulunda isə qan təzyiqim qalxdı, başım hərləndi. Müsahibə verməyə getmişdim, evə qayıtdım, gördüm ki, üzüm tərpənmir iflic olmuşam. Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir".
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Paşinyan özünə yeni müşavir təyin etdi
8 dekabr 2025 22:47
- Prezident İranın xarici işlər nazirini qəbul etdi
8 dekabr 2025 12:50
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
7 dekabr 2025 13:35
- Tramp İlham Əliyevə təşəkkür etdi
6 dekabr 2025 21:47
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
6 dekabr 2025 21:37
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
- İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
5 dekabr 2025 11:08
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
08 dekabr 22:55
- Paşinyan özünə yeni müşavir təyin etdi
08 dekabr 22:47
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
08 dekabr 21:55
- Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var
08 dekabr 21:40
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
08 dekabr 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
08 dekabr 14:20
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
08 dekabr 13:03
- Prezident İranın xarici işlər nazirini qəbul etdi
08 dekabr 12:50
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
08 dekabr 11:47
- İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm verəcəm o da xalq artisti olacaq
08 dekabr 11:03
- Masallının 9 kəndi işıqsız qalacaq
08 dekabr 10:38
- Pezeşkian Qazaxıstana gedəcək
08 dekabr 10:31
- Pensiyalar bu tarixdə veriləcək
08 dekabr 01:13
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
08 dekabr 00:57
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
08 dekabr 00:02
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
07 dekabr 23:37
- Rus generalın qızı Avropada kef edir
07 dekabr 21:43
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
07 dekabr 20:36
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
07 dekabr 19:27
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
07 dekabr 19:21
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
07 dekabr 18:44
- Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı
07 dekabr 18:27
- Şara protokolu kənara qoyub Fidanı qucaqladı
07 dekabr 17:34
- Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan qadın saxlanıldı
07 dekabr 17:17
- Prezident devrildi – Hərbçilər hakimiyyəti ələ keçirdilər
07 dekabr 16:18
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
07 dekabr 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
07 dekabr 13:35
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
07 dekabr 11:41
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
07 dekabr 00:35
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
06 dekabr 23:47
