Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
Ramiz Mehdiyevin dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq həbsə alınması illərlə onun “xəyanət komandası”nda yer alan şəxslər tərəfindən sükutla qarşılanmışdı. Lakin həbsin 12-ci günündə nəhayət, Mehdiyevin şəninə badə qaldıran Abel Məhərrəmov bu sükutu pozdu.
Özü birbaşa açıqlama verməsə də, uzun illər BDU-ya rəhbərlik etdiyi dövrdə ona yaxın şəxs kimi tanınan sabiq prorektor Nəbi Ramazanlı vasitəsilə mediada və sosial şəbəkələrdə hücuma keçib.
Bu barədə siyasi şərhçi Heydər Oğuz açıqlama yayıb və Abel Məhərrəmova ünvanladığı açıq məktubunda bunları qeyd edib:
Hörmətli Abel müəllim.
Bu vaxta qədər sizə bu məktubu yazacağımı təxmin edə bilməzdim. Ona görə ki, mənim 5-ci kolona qarşı mübarizəmdə siz heç axırıncı yer də tutmurdunuz. Baxmayaraq ki, 20 il ərzində idarə etdiyiniz BDU-dan xeyli şikayətlər alır, tələbə və pedoqoji heyətin barənizdə irəli sürdüyü ağır ittihamlarla qarşılaşırdım. Amma mənə elə gəlirdi ki, BDU elm ocağıdır və bu ali məktəbin idarəçiləri deyildiyi qədər rüşvətxor ola bilməzlər. Olsalar belə, onların milli dövlətçiliyə vurduğu zərər qorxunc səviyyədə olmaz.
Amma 2018-19-cu illərdə ortaya çıxan bir çox faktlar mənim nə qədər yanıldığımı göstərdi. Gah adınız oğlunuzun səfir olduğu İspaniya Krallığına şərab vurmaqda hallandı, gah şəhid övladından rüşvət almaqda günahlandırılan BDU müəllimlərinə qahmar çıxdınızı gördük, gah 5-ci kolonun “ağsaqqalı” Ramiz Mehdiyevin şəninə badə qaldırıb barəsində mədhiyyələr söylədiniz, gah da dəyəri yüz milyonlarla ölçülən mal varlığınızın siyahısı yayımlandı. Məlum oldu ki, siz də üzvü olduğunuz komandanızın digər üzvləri kimi az aşın duzu deyilmişsiniz.
Bununla belə, bu vaxta qədərki yazılarımın heç birində xətrinizə dəyən bir kəlmə belə işlətməmişəm. Düşünmüşəm ki, norveçli riyaziyyatçı Nils Abelin adını daşıyan bu adam ziyalı ailəsində doğulub və mənəvi dünyasının ən uc kənarında hansısa bir nur daşıya bilər. Mən də o nurun xətrinə sizi incitməyim. Amma nədənsə, indi Ramiz Mehdiyevə qarşı ifşaedici yazıları paylaşdığım bir zamanda sizin ən yaxın adamınız olaraq tanınan keçmiş prorektorunuz Nəbi Ramazanlı adlı şəxsin mənim üzərimə hücuma keçdiyini müşahidə edirəm. Bu adam gah trol dəstələrinə qoşulub mənim tele-müsahibələrimin altında xoşagəlməz sözlər paylaşır, gah da Facebook səhifəmdəki statuslarımın altında paylaşdığı rəylərdə məni “şəratan” adlandırır.
Doğrusu, onun sizin razılığınız və birbaşa direktivləriniz olmadan mənimlə uğraşacağına inanmıram. Fəqət sizin mənimlə niyə uğraşdığınızı da anlaya bilmirəm. Axı, sizə hansı hörmətsizliyi etməmişəm ki, zəhərinizi mənim üzərimə boşaldırsınız? Bu təktərəfli troll hücumlarınızın səbəbi nədir?
Sizi yaxşı tanımadığım üçün savadınızın, ziyalılığınızın dərəcəsindən də xəbərim yoxdur. Amma hər halda, özünüzü cəmiyyətə böyük ziyalı, hörmətli professor, akademik kimi tanıdıbsınız. Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən komandanızın, dolayısıyla həm də özünüzün Ramiz Mehdiyevin nəfinə trolluq edənlər sırasında görmək, inanın ki, ürəyimi ağrıdır. Ona görə yox ki, sizin o troll dəstəçiyinizin mənim üçün zərrə qədər çəkisi var. Ona görə ki, “trollar kralı” adını sizə - uzun illər Azərbaycanın ən böyük elm ocağı, Məmməd Əmin Rəsulzadənin mirası kimi tanıdığım BDU-ya rəhbərlik etmiş birinə yaraşdıra bilmirəm.
Abel müəllim, söz vermişdim ki, komandanızın bu troll hücumlarına adekvat cavab vermək üçün sizin Ramiz Mehdiyevlə əlaqələrinizi araşdıracağam. Lakin yenə də “böyüklük məndə qalsın” prinsipinə sadiq qalaraq, qələmimi sizə və troll dəstəciyinizə bulaşdırmaq istəmirəm. Sadəcə, mənsub olduğunuz komandanın bir zamanlar “pulyığanı” kimi fəaliyyət göstərən Gülər Əhmədovanın mal varlığınız barədə tutduğu siyahını dərc edərək sizə iki dəfə düşünmək hüququ vermək istəyirəm. Ümid edirəm ki, bu ağsaqqal yaşınızda papağınızı qabağınıza qoyub dərin bir fikrə gedəcək və qədəm qoyduğunuz əyri yoldan gec olmadan geri qayıdacaqsınız.
Sabiq “diputat” Gülər Əhmədova yazır:
“Təbii ki, bu müddətdə nəinki övladları, bütün nəsli və kökü bu fürsətdən kifayət qədər yararlanmışdı. Arada yanan kasıb ailələrin tələbə balaları olub. Yadınıza gələr, 2014-cü ildə IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini deyib və dedinə görə də Abel Məhərrəmovun onu məhkəməyə verdiyi xəbərləri mediada manşet oldu. Amma rüşvətin var olduğunu tək Ramilə demrdi, bütün Azərbaycan bilirdi.
İndi sabah A.Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, inanmayın! Çünki Abelin arxasında Ramiz durmasaydı bu qədər sərvət toplaya bilməzdi:
1. "El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596).
3. "İzabella” Şadlıq Sarayı - Bakıda "Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında qiymətləndirilir.
4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında qiymətləndirilir.
5. "Sahil” Ticarət Mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1. "Lamborgini”
2. "Bentli”
3. "Porsşe Cayenne”
4. "Land Rover”
5. "Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində qiymətləndirilir)
6. "Audi Q7”
7. "Audi Q8” (Son model, qiyməti 450 min avro)
8. "Mersedes Gelandevagen” (qiyməti 250 min avro)
9. BMV X6 (son model - qiyməti 200 min avro)
10. BMV -760” (qiyməti 400 min avro)
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1. Binəqədidə "Vorovski" deyilən ərazidə 2 villa;
2. Quba rayonunda 1 villa;
3. Xızı rayonunda 1 villa;
4. Nabranda 1 villa;
5. Şüvəlan qəsəbəsində 1 villa;
6. Mərdəkan qəsəbəsində 1 villa;
7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
8. Şərifzadə küçəsində yerləşən ev.
9. Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.
10. 8-ci mikrorayonda daha bir restoranı
11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
- Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı
23 aprel 2026 13:02
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
- Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
27 aprel 20:40
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 16:05
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 12:09
- Prezident həmkarını təbrik etdi
27 aprel 11:36
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 11:32
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 10:30
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 10:19
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 00:00
- Azərbaycada məşhur icra başçısı vəfat etdi
26 aprel 23:50
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 22:08
- Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi (FOTO)
26 aprel 20:32
