Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
“5 dəfə atalıq testi keçirilib, Orxan İsmayılzadə heç birinə qatılmayıb. Ona görə də Orxan İsmayılzadəyə səslənirəm, onu sabah, dekabrın 16-da, səhər 9:30-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasa dəvət edərəm. Gəlsin, gedib atalıq testindən keçsin. Görək 6-cı dəfə Orxan İsmayılzadə nə deyib DNT-dən keçməkdən yayınacaq?”
Bu sözləri Musavat.com-a Fidan Abbasova deyib.
Onun sözlərinə görə, Orxan İsmayılzadə DNT testindən keçməkdan yayınmaqla vaxt uzatmaqdan başqa nəyəsə nail ola bilməyəcək:
“Məhkəmələr DNT təyin edir, Orxan da testdən keçməkdən yayınır. Məhkəmələr qanunu əsas tutub qərar veriblər, Orxan İsmayılzadənin atalıq testindən yayınmasını azyaşlı qızına atalıq etməsinə razılıq olaraq qəbul ediblər. Müvafiq olaraq məhkəmə qərarı icraya yönləndirilib, azyaşlı Nilin şəxsiyyət vəsiqəsində atasının adı qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə qeydi ilə yeni şəxsiyyət vəsiqəsi verilib”.
Bundan başqa, oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin üzərinə qızı Nil İsmayılzadənin saxlanması üçün aylıq olaraq 500 manat aliment ödəməsi öhdəliyi də qoyulub. Lakin oliqarx oğlu verilmiş qərarla razılaşmayaraq Ali Məhkəməyə üz tutub. DNT testlərinin keçirilməsi haqda xəbərsiz olması əsası ilə əvvəl verilmiş qərarın ləğvini istəyib. Ali Məhkəmə oliqarx oğlunun şikayətini təmin edib və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Sabah, dekabrın 16-da hakim İkram Şirinovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçiriləcək.
Məhkəmədə artıq 6-cı dəfə DNT testinin keçirilməsi qaçılmaz görünür! 6 dəfə! 5 dəfə cavabdeh eyni üsulla testdən yayınıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, işin mərkəzində dayanan Fidan Abbasova növbəti dəfə Prezident Administrasiyasına müraciət edərək açıq şəkildə bildirib ki, 2012–2017-ci illərdə Orxan İsmayılzadə ilə faktiki ailə həyatı yaşayıb. Bu münasibətdən Nil adlı qız övladı dünyaya gəlib. Onları ailə kimi tanımayan olmayıb. Hətta Orxanın atası, illərlə SOCAR-da ən yüksək postlardan birində oturmuş Mikayıl İsmayılov belə onu gəlini, Nili isə nəvəsi kimi qəbul edib. Bunun sübutu olan saysız-hesabsız foto və videogörüntülər var.
Fidan Abbasovanın sözlərinə görə, ikinci övladı dünyaya gələcəyi xəbərindən sonra ona qarşı təzyiq, şantaj və zorakılıq başlayıb. Nəticədə ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu faktın özü ayrıca istintaq mövzusu olmalıdır. Amma Azərbaycanda belə məsələlərdə adətən sükut hökm sürür - xüsusilə də qarşı tərəf “oliqarx ailəsi”dirsə.
Fidan Abbasova Sabunçu Rayon Məhkəməsinə müraciət edərək atalığın müəyyən edilməsini tələb edib. Amma burada da ssenari işə düşüb. O iddia edir ki, onu notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsi imzaladıblar.
“Mən heç vaxt məhkəmədən imtina etməmişəm”, - deyə o bildirir.
Bu faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı qeyd olunur. Sonra məhkəmə prosesi yenidən başlayır.
Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edir. Hər dəfə rəsmi bildirişlər göndərilir. Hər dəfə Orxan İsmayılzadə gəlmir, yayınır, gizlənir. Nəticədə məhkəmə qanuna uyğun olaraq qərar verir: Nilin atası Orxan İsmayılzadədir. Uşağın sənədlərində atasının adı və soyadı qeyd olunur. Normalda məhkəmə çəkişməsi burada bitməli idi. Amma burada bitmir. Orxan İsmayılzadə apellyasiya şikayəti verir. Bakı Apellyasiya Məhkəməsi 5-ci ekspertiza təyin edir. O yenə gəlmir. Yenə yayınır. Yenə eyni ssenari. Məhkəmə ikinci instansiyada da ananın xeyrinə qərar verir. Və sonra… Sonra iş Ali Məhkəməyə gedir.
Fidan Abbasova iddia edir ki, Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev əvvəlcə ona pul təklif edib, sonra isə açıq şəkildə deyib:
“Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.
Və doğrudan da bitmir.
Ali Məhkəmə əvvəlki qərarı ləğv edir. Səbəb? Guya ekspertiza bildirişi cavabdehə çatdırılmayıb. Halbuki bütün bildirişlər iş materiallarındadır. Üstəlik, ekspertizalardan birində tərəflərin iştirakı da olub.
“5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır, bunu artıq hamı anlayır”, – deyə Fidan Abbasova bildirir.
Hazırda iş yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır. Fidan Abbasova qarşı tərəfə səslənir: “Əgər haqlısınızsa, ekspertizaya girin”.
Amma şikayətçi iddia edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə açıq şəkildə bildiriblər:
“Prosesi nə qədər lazımdırsa uzadacağıq”.
Musavat.com olaraq bu işi sona qədər izləyəcəyik.
Yazıda adı çəkilən şəxsləri dinləməyə hazırıq.
E. MƏMMƏDƏLİYEV
Musavat.com
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
