Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
Dünya11 iyun 2024 14:48
Bakıda əməliyyat etdiyi qızla sevgili olan plastik cərrahın başına iş gəlib.
Plastik cərrah "Badam" klinikasında çalışarkən əməliyyat etdiyi S.Tağıyeva (şərti soyadlı) adlı qızla sevgili olub və bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Lakin daha sonra onların münasibəti pozulub və S.Tağıyeva həkimin Nizami rayonunda çalışdığı "Məlhəm" klinikasındakı kabinetinə basqın edərək ona hücum edib. Bu zaman gənc xanım həkimə stepler ataraq ona başından xəsarət yetirib, həmçinin masasının üzərindəki kağızları cırıb.
Hadisə yerinə polis gəldikdən sonra qızı sakitləşdirmək mümkün olub və o, polis şöbəsinə aparılıb. Bundan sonra S.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.
Təqsirləndirilən şəxs ifadəsində artıq həkimlə barışdığını bildirib: "2022-ci ildə Səbail rayonunda yerləşən "Badam" klinikasında həkim E.Məmmədov (şərti soyadlı) mənə sinə əməliyyatı etdi. Əməliyyatla əlaqədar klinikaya gedib-gəlirdim və onunla aramızda sevgi münasibəti yarandı, qeyri-rəsmi ər-arvad münasibətində olduq. O, mənlə evlənəcəyini bildirmişdi. Lakin sonra ayrıldıq. E.Məmmədov mənə verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığım üçün ona verdiyim pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə işlədiyi "Məlhəm" klinikasına getdim. Bu zaman rəfiqəm Günel də yanımda idi. Təqribən saat 13 radələrində E.Məmmədov otağına daxil oldu. Bu zaman biz də onun arxası ilə otağa daxil olduq. Otaqda həkimin köməkçisi və digər bir xəstə qadın da var idi. Otağa daxil olduqdan sonra oradakı qadınlardan otağı tərk etmələrini xahiş etdim, lakin həkim heç kimin çıxmayacağını bildirdi və mənim otaqdan çıxmağımı tələb etdi. E.Məmmədovdan əməliyyat üçün ona verdiyim 5000 manat məbləğində pulu və müalicə xərclərini tələb etdim. E.Məmmədov mənə verəcəyi pulu olmadığını, gedib pulumu klinikadan tələb etməyimi bildirdi. O, mənimlə ucadan kobud formada danışmağa başladı. İş masasının kənarından ona yaxınlaşdım və ona təkrarən "ağzının danışığını bil, sən özünü kimə göstərirsən?" dedim. E.Məmmədov sağ bazu nahiyəmdən əli ilə itələdikdə, bel nahiyəm stolun üzərində olan sənədqabına dəydi və sənədlər yerə töküldü. Özümü müdafiə məqsədi ilə onun üzündən yüngülcə şillə ilə vurdum. Bundan sonra həkim otaqdan dəhlizə çıxdı. Onun arxası ilə getdim və getməməsini, ona sözüm olduğunu bildirdim. Məni dinləmədən uzaqlaşdı. Əsəbiləşdiyim üçün geri qayıdıb E.Məmmədovun masasının üzərində olan bəzi sənədləri cırdım. Daha sonra polis əməkdaşları gəldi, izahat vermək üçün polis bölməsinə getdik. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm, zərərçəkmiş şəxsin mənə qarşı şikayəti yoxdur. Mənim heç bir təqsirim yoxdur".
Zərərçəkmiş həkim də S.Tağıyevadan şikayətçi olmadığını bildirib və ona cəza verilməməsini xahiş edib. Nizami rayon Məhkəməsi S.Tağıyevanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib və ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
