Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
Cəmiyyət22 noyabr 2024 16:30
Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan Meydanda ilk mitinqləri “KQB”-nin təşkil etdiyini söylədi?..
“...Nemət Pənahlının istintaqa ifadələrindən də bəlli olur ki, 1988-ci ilin fevral-may aylarından bəri Vəzirov başda olmaqla o da, Əbülfəz Əliyev də dəfələrlə hökumət rəhbərləri ilə görüşlər keçirib, onların qoyduqları tələblərlə razılaşıblar. Mən isə cəmi bircə dəfə Vəzirovla görüşdə iştirak etmişdim...”
1988-ci il noyabrın 17-də başlanan və sonradan Meydan Hərəkatı adlanacaq hərəkatın ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev “Meydan sirləri” kitabında(səh.100-101) yazır ki, hələ 1988-ci il oktyabrın axırında yaşadığı aspirantların yataqxanasında gənc alimlərlə görüş zamanı sonradan AXC lideri və ölkə prezidenti olacaq və “Elçibəy” ləqəbi ilə məşhurlaşacaq Əbülfəz Əliyev “mitinq kimi çətin bir işin öhdəsindən yalnız sizin gələ biləcəyinizi” deyərək ona dəstək verib. Amma cəmi 4 il sonra 1992-ci ilin aprelində Əbülfəz bəy Zərdüşt Əlizadənin təsisçisi və baş redaktoru olduğu “İstiqlal” qəzetinə verdiyi müsahibədə özünün “Meydana ilk dəfə gələnləri mitinqlərə kim gətirmişdi? sualının qarşılığında “DTK(rusca- “KQB”-S.L.) gətirmişdi?” deyə soruşan müxbirə “Bəli, sonradan bəlli oldu ki, bunun başlanğıcını DTK başladıb...” cavabını verir və bu minvalla dolayısıyla ilk mitinqlərin təşkilatçısı kimi Ənvər Əliyevi də sovet “KQB”-si ilə əməkdaşlıqda ittiham edir? Bunu necə izah etmək olar?.. Ənvər Əliyev həmin müsahibəsindən sonra Əbülfəz Elçibəylə görüşüb məsələyə aydınlıq gətirməyə çalışıbmı?
Hazırda hazırda AMEA-nın Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru kimi çalışan Ənvər Əliyev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
“Doğrusu, mənim üçün də bu məsələ tam aydın olmadı. Əbülfəz Əliyev bizim aspirantların yataqxanasındakı “qırmızı guşə”dəki görüşdə dedi ki biz Moskvanın dediyi ilə oturub-durmalıyıq, hesablaşmalıyıq. Mən ona etiraz etdim ki bəlkə Azərbaycanda vəziyyətin bir az başqa cür olmasına çalışmalıyıq. O, cavab verdi ki, yox biz belə işləri bacarmarıq. Bu fikirlərə etiraz edən bir neçə şəxs iclası tərk etdi. Amma bununla belə, Əbülfəz müəllim həmin vaxt bizim meydanda mitinq təşkil etmək təşəbbüsümüzü dəstəklədi və mənə dedi ki, mitinq kimi çətin işin öhdəsindən yalnız sən gələ bilərsən. Lakin 4 il sonra nədənsə meydan hərəkatındakı ilk mitinqlərin guya DTK tərəfindən təşkil olunduğunu deməsi məni çox təəccübləndirdi. Sonra mən onunla heç görüşmədim, düzü, heç görüşmək də istəmədim. Amma Zərdüşt Əlizadə ilə görüşəndə ona iradımı çatdırdım ki, sizin müxbir Əbülfəz Əliyevlə müsahibədə səhv mövqe tutub. Soruşdu ki, niyə. Cavab verdim ki, o gərək Əbülfəz Əliyevin “ilk mitinqləri DTK təşkil edib” söyləməsinə cavab olaraq deyəydi ki, əgər ilk mitinqləri o boyda güclü təşkilat olan DTK təşkil etmişdisə, niyə iki gündən sonra Nemət Pənahlı və digərlərinin dəstəsi tribunanı ilk təşkilatçıların əlindən aldı. Özü də sonradan istintaq zamanı onu gördükdən sonra mənə bəlli oldu ki, ilk gündən başlayaraq tribunanın yaxınlığında duran şəxslərdən biri məhz Azərbaycan SSR DTK-nın sədri Qorolevski olub...
Bir məqamı da nəzərinizə çatdırım ki, mitinqlərin ikinci günü, yəni 1988-ci il noyabrın 18-də Əbülfəz Əliyev və Nemət Pənahov etiraz etdilər ki, mitinq düzgün təşkil olunmur, niyə respublikanın hazırkı I katibi Əbdürrəhman Vəzirovun istefası tələbi qoyulmur. Mən onlara izah etdim ki, hazırda əsas problem ermənilərin Qarabağdakı təxribatçı hərəkətlərinin qarşısının alınmasıdır və hakimiyyət dəyişikliyini tələb etmək zamanı deyil. O zaman Əbülfəz bəy “Məsələ məlumdur” cavabını verdi. Və sonradan mən düşündüm ki, onun ilk mitinqlərin guya “KQB” tərəfindən təşkil olunduğunu söyləməsi məhz bu məsələ ilə bağlıdır. Halbuki, Nemət Pənahlının istintaqa ifadələrindən də bəlli olur ki, 1988-ci ilin fevral-may aylarından bəri Vəzirov başda olmaqla o da, Əbülfəz Əliyev də dəfələrlə hökumət rəhbərləri ilə görüşlər keçirib, onların qoyduqları tələblərlə razılaşıblar. Mən isə cəmi bircə dəfə Vəzirovla görüşdə iştirak etmişdim...”
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 2026 10:59
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
