SSRİ-də dəhşətli atom sınağı - 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb
Nüvə silahları yaradıldıqda iki əsas məqsəd daşıyıb: strateji və taktiki. Strateji planda istifadə edildikdə bombaların düşmən xəttinin arxa cəbhəsinə - mühüm şəhərlərə, sənaye ərazilərinə, böyük bazalara və logistika mərkəzlərə atılması nəzərdə tutulub. Bu, əsas rol hesab olunub, çünki düşmən xətlərinin arxasındakı böyük stasionar hədəflərə qarşı atom bombalarından istifadə etmək asan və açıq-aydın effektivdir.
Bunun effektivliyi Xrosima və Naqasakidə təsdiqlənib.
Taktiki istifadə edildikdə, atom bombası birbaşa orduya yaxın olan düşmən qoşunlarının üzərinə atılır. Real həyatda bunu heç kim sınamayıb və hərbçilər bunu çətin iş hesab ediblər, çünki zərbə üçün düzgün yer seçmək və sonra çox tez və bacarıqla hərəkət etmək lazımdır, əks halda heç bir faydası olmayacaq.
![]()
Lakin sovet Müdafiə Nazirliyi nüvə silahının taktiki istifadəsini praktikada sınaqdan keçirmək və döyüşə mümkün qədər yaxın şəraitdə təlimlər keçirmək qərarına gəlib. Məkan olaraq Orenburq bölgəsindəki Totski təlim poliqonu seçilib və əməliyyatın özü “Qar dənəsi” kod adını alıb.
“Qanlı qar”
Təlimlər üçün sovet ordusundan 45 minə yaxın hərbçi seçilib. Onlara yeni silah növünün sınaqdan keçiriləcəyi və hər şeyin təhlükəsiz şəraitdə baş verəcəyi bildirilib. Halbuki bu silahın həqiqi nüvə bombası olduğu və onun insan səhhətinə necə təsir edəcəyi barədə məlumat verilməyib. Eyni zamanda məcburi şəkildə müqavilələr imzalanıb və kompensasiya olaraq isə üç aylıq əmək haqqı ödənilib.
Təlimlərdə 39 min əsgər və 6 min zabit iştirak edib, onlara marşal Georgi Jukov komandirlik edib. Əslində əvvəlcə ordu generalı İvan Petrov təlimlərə rəhbərlik edəcəkmiş, lakin o, ağır xəstələnərək Moskvaya qayıdıb və onun yerinə müdafiə nazirinin müavini Georgi Jukov gəlib. Əvvəlcə hərbçilər seçilən ərazidə 320 təyyarə, 600 tank və özüyeriyən artilleriya qurğusu, 500 silah və minaatan, 600 zirehli transportyor, 6000 traktor və avtomobil yerləşdiriblər.
![]()
Daha sonra sınaq meydanına ən yaxın olan Maxovka kəndinin sakinləri qadağa olunan zonadan kənara evakuasiya edilib. İnsanlar mütəşəkkil şəkildə toplanaraq daha da uzağa aparılıb, müvəqqəti olaraq böyük ordu çadırlarına yerləşdirilib. Onlara təlimlərin bütün müddəti üçün gündəlik müavinət ödənilib. Sınaqları başa vurduqdan sonra əvvəlki yerinə qayıtmaq istəməyənlərə Samara çayı üzərində evlər tikilib, qalanlarına isə köçmək üçün kompensasiya ödənilib. Lakin Baklanovka və İvanovkanın əhalisi təxliyə olunmayıb: onlara sadəcə olaraq sınaq günü zirzəmilərdə gizlənmək, hətta daha yaxşısı, bağda xəndək qazıb orada oturmaq tövsiyə olunub.
Təlimin ssenarisinə görə, şərti NATO ordusunun müdafiəsini yarmaq lazım olub. Bunun üçün iki saxta, biri real olmaqla üç atom bombası atılmalı idi. Əsl nüvə silahı Naqasakiyə atılandan iki dəfə güclü olub.
Hazırlıqlardan sonra təlimlər başlayıb. Təyyarədən 40 kiloton gücündə atom bombası atılıb. Partlayışın nəticələri hətta təcrübəli zabitləri də heyrətə gətirib. Ağacların əvəzinə kömürləşmiş dirəklər qalıb, çənlər əriyib. Təbii ki, episentrdən uzaqlaşdıqca nəticələr fərqli olub.
![]()
Daha sonra atom bombasının atıldığı əraziyə hücum təşkil edilib. Nüvə partlayışı zonasında 16 saat davam edən əməliyyatdan sonra hərbçilər guya sanitar müalicədən və avadanlıqların zərərsizləşdirilməsindən keçiblər. Rəsmi məlumata görə, partlayışdan 2 saat 30 dəqiqə sonra episentrdən 400 metr aralıda ərazinin çirklənməsi saatda 0,1 rentgendən çox olmayıb. Çirklənmiş ərazini orta hesabla saatda 4-5 kilometr sürətlə keçərək əsgər və zabitlər burada təxminən 0,02-003 rentgen, zirehli transportyorlarda və tanklarda isə 4-8 dəfə az radiasiya dozası ala biliblər.
Hər beş zabitdən üçü xərçəngdən ölüb
Təcrübənin insan sağlamlığına vurduğu ziyanla bağlı əsl mübahisə 1990-cı illərin əvvəllərində, nəhayət, hadisələrin iştirakçıları danışandan sonra ortaya çıxıb. Belə ki, iştirakçılardan biri deyib ki, bomba partlayışından sonra avadanlıq və formalar zərərsizləşdirilməyib. İstefada olan polkovnik M. Voronov etiraf edib ki, hadisə yerində radioaktiv şüalanmanın qəbul edilmiş dozasını ölçməyə imkan verən heç bir dozimetrik avadanlıq olmayıb.
![]()
Onun sözlərinə görə, əsgərlər həmin an sığınacaqda olduqları üçün nüvə partlayışını belə görməyiblər. Eyni zamanda, qoşunlar üçün az güclü yerüstü nüvə partlayışlarını xatırladan simulyasiya edilmiş partlayış təşkil edilib. Ona görə hərbçilər əsl nüvə partlayışından sonra təlimlərdə rahat olublar.
Hətta 1985-1993-cü illərdə nüvə partlayışı zonasında yerli əhali arasında xərçəng xəstəliyinin əhəmiyyətli dərəcədə artması qeydə alınıb - tənəffüs sisteminin bədxassəli törəmələri 225 faiz, qalxanabənzər vəz xərçəngi 260 faiz, dəri xərçəngi 131 faiz, limfa xəstəlikləri 670 faiz. Uşaqlarda xərçəng xəstəliyinin ümumi halları iki dəfə artıb, əhalinin ölüm səviyyəsi 1964-cü ildən 1991-ci ilə qədər 2,3 dəfə yüksəlib.
Gizli təcrübənin iştirakçısı Nikolay Rakeviç bildirib ki, sınaqlardan sonra, ilk beş ildə hər beş zabitdən üçü xərçəng xəstəliyinin müxtəlif növlərindən ölüb.
![]()
Sovet hökuməti əsgərlərin və yerli kəndlilərin sağlamlığına ağır zərər vurduğunu heç vaxt etiraf etməyib. Totski poliqonunda təlimlərin keçirilməsi hakimiyyətin Jukova münasibətinə heç bir təsir göstərməyib. Onun karyerasına hər cür siyasi təlatümlər daha çox təsir edib. Jukov 1955-ci ilin fevralında marşal Bulqaninin yerinə SSRİ müdafiə naziri təyin edilib.
XX əsrin son onilliyinin əvvəllərində baş verən geosiyasi dəyişikliklər təəccüblü dönüşlərə səbəb olub. 1994-cü ildə Totski poliqonunda hər tərəfdən 250 nəfərin iştirak etdiyi birgə Rusiya-Amerika təlimləri keçirilib.
İlkin Nəcəf
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 2025 11:28
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
