Səbail Bələdiyyəsinin namizədləri burada yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur..
Bələdiyyə seçkisi öncəsi yаzdıqlаrımız öz təsdiqini tаpır. Seçki öncəsi yаzmışdıq ki, Səbail Bələdiyyəsində seçki oyunu, qohumbazlıq, tayfabazlıq dаvаm edir. Ümumiyyətlə, Səbail rayonunda fəaliyyət göstərən yerli idarəetmə orqanlarından mediada ən çox tənqid olunan bələdiyyələrdir. Səbail və Badamdarın bələdiyyə sədrləri barəsində təkzibolunmaz sübutların tirajlanmasını da hamı bilir. Təəssüf ki, onların barələrində hələki adekvat tədbirlər görülməyib.
Səbail Bələdiyyəsindəki özbaşınalıqlar inanılmaz dərəcədə çoxdur. Belə ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi doğma-yaxınları və tanışları da, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər.
Konkret desək, Hacı Əliyev bələdiyyə sədri olandan, ətrafında bir "ailə ansamblı" yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla, "rəsmi qaydada olaraq", indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib?!
Hacı Əliyevin özü bu rayonda yaşamasa da, onun bələdiyyə sədri necə seçilməsi hamını indiyədək düşündürür.
Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri olmuş Təzəxan Məmmədovun adı isə, mediada keçmiş peşəsinə sadiq qalaraq, maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində hallanıb. Məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olub. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəcəyi təqdirdə bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edib. Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədov olub. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavinin sədrlə birgə bələdiyyə büdcəsini tam nəzarətdə saxladığı bildirilir.
Seçki öncəsi daxil olan məlumatlara görə, həm Hacı Əliyev, həm də Təzəxan Məmmədov yenidən bələdiyyəni ələ keçirmək üçün hərəkətə keçiblərmiş. Bildirilir ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bu vəzifədə indiyədək istədiyi kimi hərəkət etməkdən çəkinməyib. Paytaxt Bakının olduqca böyük bələdiyyələrindən biri olan Badamdar Bələdiyyəsinin sədri olmuş Təzəxan Məmmədovla bərabər sanki buranı özəlləşdiriblər. Ciddi olan namizədlik məsələsini dəyiş-düyüş oyununa çevirməkdən də çəkinməyiblər. Qohumbazlığı, tayfabazlığı... bu seçkilərdə də, əsas prinsip olaraq qarşılarına məqsəd qoyublarmış.
Bəli, namizədlərin irəli sürülməsində oyunbazlıqları göz qabağında olub. Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə, Səbail Bələdiyyəsinin özündən irəli sürüblər. Sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə, Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini ediblər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını öncədən biliblər.
Dəhşət ondadır ki, seçkidə səs çoxluğu qazanan namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələrinin surətləri deyilənlərin təsdiqi kimi ictimaiyyətin diqqətinə çatdırılıb. Bu yazıda şəklini gördüyünüz xanım da, sədrin yaxını kimi qeyd edilir və şəxsiyyət vəsiqəsinin təqdim etdiyimiz bu göstəriciləri də, dediklərimizin təsdiqidir:
HƏSƏNOVA VALİDƏ OLEQ QIZI,(ŞV: AZE 15632480;18.02.2015,Asan1-2;FİN:4V47DQD;d/t:23.04.1989)BAKI, NƏRİMANOV, HİDAYƏTZADƏ KÜÇ, EV 7\23 , MƏN 104
Nə yaxşı ki, ictimai narazılıq və media tənqidi nəhayət öz bəhrəsini verib. Təzəxan Məmmədovun namizədliyi ləğv edilib. Səbəbi növbəti yazımızın mövzusudur.
Səbail rayonunun bələdiyyələrində baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız da davam edir. Dediklərimiz barədə daha ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
