Bərdənin marşal deputatı - Brejnevin pilotu, nazir Buqayev 21 il ölkəmizi təmsil edib
Dünən sosial şəbəkədə dostlardan biri AzTV-də 46 il öncə yayımlanmış bir süjetin videosunu paylaşmışdı, dolayısıyla bu günlə əlaqəsi var. O süjet ölkəmizin haradan haraya gəldiyini və yaxın keçmişimizin ağ ləkəsini göstərir.
Demək, 55 saniyəlik xəbər süjetində söhbət SSRİ Ali Sovetinə seçkilərlə bağlı Azərbaycana, konkret olaraq Bərdəyə gəlmiş, bu rayondakı seçki dairəsindən sovet parlamentinə deputat seçilməsi “məsləhət bilinən” Boris Pavloviç Buqayevdən gedir.
Süjetdə Bərdəyə gedən Buqayevi də göstərirlər. Soyadı fizionomiyasına uyğun gələn (sanki ona bu soyadı Dədə Qorqud verib) marşalın barəsində hazırlanmış xəbər belə təqdim olunur: “SSRİ Ali Sovetinə deputatlığa namizəd, Sov.İKP MK üzvü, SSRİ mülki aviasiya naziri, baş aviasiya marşalı Boris Pavloviç Buqayev seçicilərlə görüşmək üçün Bərdə rayonuna gəlmişdir”.
Sonra seçicilərlə görüşün keçirildiyi mədəniyyət evi göstərilir. Marşal üçün hər şey hazırlanıb: mədəniyyət evi “seçicilər”lə doludur, bolluca rusca yazılmış “Boris Pavloviç, dobro pajolavat” transparantları görünür.
Marşal Bərdədə partiya, sovet və təsərrüfat fəalları ilə görüşür, rayonun birinci katibi Rüstəm Səfərəliyevdən sonra çıxış edən sağıcı, mühəndis və müəllimlər yoldaş Buqayevin layiqli namizəd olduğunu deyirlər. Süjetdə bildirilir ki, Buqayev özü də çıxışı zamanı seçicilərin qarşıya qoyduğu tapşırıqları şərəflə yerinə yetirəcəyini, bütün bilik və bacarığını SSRİ-nin mülki aviasiyasının inkişafına sərf edəcəyini deyib.
Təsəvvür edin, 1923-cü ildə Ukraynada, Kiyev quberniyasının Uman rayonunun Mankovka kəndində doğulmuş baş marşal öz doğulduğu yerdən yox, gəlib Bərdə və ətraf rayonlardan deputatlığa namizəd olur və rayon fəalları yığılıb yekdilliklə onu deputat seçirlər. Zatən, o zamanlar bülletendə bir namizəd olurdu. Seiçicilər “seçsən də, budur, seçməsən də” faktı qarşısında qalırdı.
Bu, bir müstəmləkə tablosudur, yerli insanların hüququnun hansı dərəcədə olduğunun göstəricisidir. Kreml hökm edirdi ki, Buqayevi deputat seçməlisiniz, aborigenlər də dinməz-söyləməz şəkildə, yekdilliklə seçirdi.
Ən maraqlısı odur ki, 1970-ci ildən başlayaraq 1991-ci ilə qədər, yəni SSRİ dağılanadək Buqayev Bərdənin deputatı olub – düz 21 il. Yəni o, Bərdə camaatının səsi ilə 4 dəfə Ali Sovetə seçilib. Sanki marşal bu yeri birdəfəlik bron edibmiş.
Buqayev SSRİ rəhbəri Leonid Brejnevin “dostlar dairəsi”nə daxil olub, bir ara onun şəxsi pilotu vəzifəsində də çalışıb. Amma Brejnev öləndən sonra da o, deputat seçilməkdə və nazir vəzifəsi tutmaqda davam edib.
Axtarsaq, sovet dövlətinin tarixi belə, bu gün qəribə görünən detallarla çox zəngindir. Kreml milli respublikaların hamısında mütləq belə deputatlar təyin edirdi.
Lap əslində, SSRİ-ni formalaşdıran 15 respublikanın “müttəfiq respublikalar” adlandırılması da, onların federal subyekt olması formal məsələ idi. SSRİ, daha dəqiqi, qırmızı rus imperiyası heç də federativ dövlət kimi idarə olunmurdu, sırf unitar dövlət kimi idarə olunurdu. Moskva hər şeyə şaquli nəzarət edirdi.
Totalitarizm və bir partiyanın hökmranlığı, yəni faşizm (faşizm itayancadakı “fasio”-“partiya” sözündəndir) bütün sferaları çulğamışdı. Buqayev kimilər 15 respublikanın 15-nin də ucqar əyalətlərindən “seçilirdilər” və bu, əminlklə demək olar ki, rus nasizminin təntənəsi demək idi. Başqa heç bir millətin oğlu o biri müttəfiq respublikalardan deputat seçilə bilməzdi. Bu imtiyaz yalnız ruslarda idi.
İttifaq respublikalarının ikinci rəhbərləri, təhlükəsizlik idaraələrinin rəisləri mütləq rus olmalı və Moskvadan təyin edilməliydi. Hamı da bununla razılaşırdı. Ruslar özləri dövlətin adını bilərəkdən Sovet Sosialist Respublikalar İttifaqı adlandırır, “rus” kəlməsinə vurğu etmirdilər, ancaq ABŞ-də və Qərbi Avropada SSRİ-dən söz düşəndə ölkəni “Rusiya” adlandırmaq çox yayğın idi. Onlar ifadəni mahiyyətə uyğun olaraq seçirdilər.
SSRİ-yə daxil olan milli respublikaların yerli əhalisinin iradəsini heçə saymağın ilk fəsadı 1986-cı ildə Qazaxıstanda oldu. Qazaxıstanın rəhbəri Kunayevin yerinə rus Kolbin təyin ediləndə yerli camaat üsyana qalxdı, nəticədə Kreml ordudan istifadə etdi, mülki insanlar həlak oldu. Məhz həmin vaxt ortaya çıxdı ki, Rusiya ittifaq ərazisində gizli-gizli yeritdiyi rusifikasiya siyasətini əvvəlki qaydada yürüdə bilməyəcək. Sonrasını da bilirsiniz.
Moskvadan olsa, bu gün də buqayevləri Bərdədən, Şəmkirdən, Salyandan deputat seçdirər, ölkənin vitse-prezidenti vəzifəsinə də puqaçovlardan, polyaniçkolardan birini təyin edər.
- İlqar Əliyev həbsdə vəfat etdi
1 may 2026 11:23
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 2026 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 2026 18:57
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
