Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
Prezident Putinin türklərin ana vətəni sayılan Altay Respublikasına göndərdiyi yaxın adamının torpaq “islahatları” ciddi narazılıq yaradıb, yerli hakimiyyət aksiyaların qarşısını ala bilmir
İyunun 21-də keçmiş Dağlıq Altay Muxtar Vilayəti, indiki Altay Respublikasında (Altay Diyarı ilə qarışdırmamalı – red.) yeni hökumətin bir neçə gündən sonra başlayacaq torpaq islahatlarına qarşı aksiya keçirilib. Musavat.com “Novaya Qazeta”ya istinadən xəbər verir ki, Altay Respublikası Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, etiraz aksiyasına 4 minə yaxın insan toplaşıb.
Bildirilir ki, hakimiyyət etiraz aksiyasına bu qədər insanın toplaşacağını gözləmirmiş. Qeyd olunur ki, son illərin ən böyük mitinqindən əvvəl bir sıra kortəbii etiraz aksiyaları da keçirilib. Belə ki, altaylılar yolları bağlayıb, piketlər keçiriblər. Altaylılar əmindirlər ki, Altay Respublikasının rəhbəri Andrey Turçak və onun komandası tərəfindən irəli sürülən islahatlar əslində onların torpaqları idarə etmək hüququnu əllərindən alacaq.

Altay Respublikası təbii sərvətlərinə – çaylara və göllərə, keçilməz meşələrə və yüksək dağlara baxmayaraq, Rusiyanın ən kasıb və ən seyrək məskunlaşdığı bölgələrindən biridir. Burada cəmi 210 min əhali yaşayır. Əhalinin böyük əksəriyyəti (71%) kənd yerlərində məskunlaşıb. Bölgənin iqtisadiyyatının əsasını maldarlıq təşkil edir: altaylılar qoyun, inək və maral yetişdirirlər. Çoxları hələ də yalnız təsərrüfatçılıqla yaşayır, arabir kənd mağazasına baş çəkirlər. Bəzi yaşayış məntəqələrində qaz və işıq yoxdur. O da bildirilir ki, 2025-ci ilin ilk 6 ayının statistikalarına görə əhalinin 74%-nin ödənilməmiş krediti var, adambaşına orta hesabla 467 min rubl…
Son illərdə respublikada həyat səviyyəsi tədricən yüksəlməyə başlayıb. 2025-ci ilə qədər keçmiş Dağlıq Altay həyat keyfiyyətinə görə Rusiya şəhərlərinin reytinqində 80-ci yerdən 78-ci yerə yüksəlib. Altaya investisiyalar da axmağa başlayıb ki, indi əsas investor “Sberbank” sayılır. Turizm burada həmişə iqtisadiyyatın əsas sahələrindən biri olub, lakin Moskva oliqarxiyası bölgəyə gəldikdən sonra çox şey dəyişib.
“Bahalı kostyumlar geyinmiş adamlar yəqin ki, “yerlilərin” yeni pul və imkanlardan hədsiz dərəcədə sevinəcəklərini gözləyirdilər, lakin altaylılar o fikirdədirlər ki, onların yaşadıqları torpaqlar əllərindən alınır və yerli məmurlar da bunu qanuni yolla rəsmiləşdirməyə çalışır, üstəlik regionun səlahiyyətlərini getdikcə məhdudlaşdırırlar.
İyunun 12-də onlarla etirazçı respublikanın paytaxtından 220 kilometr aralıda yerləşən Çike-Taman aşırımında avtomobil yolunun bir hissəsini bağlayıb. Etirazçılar “Putin, Turçak və Prokopyevin qanunsuzluğuna son qoy” (hökumət başçısı səlahiyyətlərini icra edən) və “Xalq yerli idarəetmənin ikipilləli sistemini qoruyub saxlamağı tələb edir” plakatları açıblar.
“Vahid Rusiya”nın sabiq baş katibi, indi isə Altay Respublikasının rəhbəri Andrey Turçak isə sosial şəbəkədə narazılara ünvanlanan qəzəbli status yazaraq respublikada “sabitliyi qorumağa və təxribatlara boyun əyməməyə” çağırıb: "Müqəddəs Altaya və onun müqəddəs yerlərinə hörmətsizlik edənləri qınayırıq. Özümüz də təxribatçıların rəhbərliyi ilə ruhların dincliyini pozuruq. Məhz bu adamlar Çike-Taman aşırımında özbaşınalıq edib, federal magistralda nəqliyyatın hərəkətinə mane olub, sakinləri ora cəlb ediblər”, – deyə respublika rəhbəri yazıb.
Ertəsi gün polis üç etirazçını Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 3-cü hissəsinə (mitinqin təşkili üçün müəyyən edilmiş qaydanın pozulması) uyğun olaraq 13–14 gün müddətinə həbs ediblər, aksiyanın digər iştirakçısı 12 min rubl məbləğində cərimə edilib. Dörd nəfər barəsində inzibati iş açılıb. Həmin gün axşam saatlarında Onqudayski Rayon Məhkəməsi önünə də xeyli insan toplaşıb, lakin məhkəmə zalına heç kəs buraxılmayıb.

***
Hakimiyyətin sərt reaksiyasına baxmayaraq, etirazlar davam edir. Bu dəfə internetdə pankartlarla asılmış yük maşınlarının fotoları görünməyə başlayıb: “Oliqarxlar, əllərinizi müqəddəs Altaydan çəkin”, “Altayı uşaqlarımız üçün qoruyaq”, “Turçak və onun komandasının istefasını tələb edirik”. Ukraynada müharibədə iştirak edən altaylılar da etirazları haqlı sayıblar və tələblərini dəstəkləyiblər. Onlar həmvətənlərini tam dəstəklədiklərini bildirdikləri videonu lentə alıblar və hansısa dağıdılmış həyətin fonunda Putinə müraciət ediblər: “Bizim kiçik vətənimiz Turçak və Prokopyev tərəfindən parçalanır”.
Ust-Kanski Rayon Şurasının deputatları da yerli özünüidarəetmə sisteminin qorunub saxlanması tələbi ilə çıxış edərək bildiriblər ki, respublikanın 11 rayonundan doqquzunda keçirilən ictimai toplantıların nəticələrinə görə vətəndaşlar islahat əleyhinədir. Turçaka müraciətləri Mayminski rayonunun və Manjerok kənd qəsəbəsinin ayrı-ayrı deputatları da imzalayıblar.
Qeyd edək ki, Putin yaxın adamlarından sayılan Turçakı bir il əvvəl istefa vermiş vilayət rəhbərinin yerinə təyin edib. Vilayət rəhbərinin istefasının əsl səbəbi məlum deyil, lakin altaylı jurnalistlər hesab edirlər ki, onun son illər regionda əsas söz sahibinə çevrilən “Sberbank”ın rəhbəri Qreflə çətin münasibəti vardı.
Turçakın yeni təyinatı açıq-aydın “vurulması” kimi görünürdü, çünki onun karyerası sürətlə inkişaf edirdi. 2009-cu ildə Pskov vilayətinin qubernatoru, 2017-ci ildə Federasiya Şurası sədrinin müavini, sonra isə “Vahid Rusiya”nın baş katibi olan Turçakın artıq Sankt-Peterburq qubernatoru və ya Federasiya Şurasının sədri olacağı deyilirdi. Amma onun Altaya “sürgünü” gözlənilməz dönüş oldu.

Dağlıq Altaydan olan fəal Viktor P.-nin “Novaya Qazeta”ya dediyinə görə, Altaya gələndə Turçak əvvəlcə özünü sözünün adamı kimi göstərdi. Məsələn, tikintisi yarımçıq qalmış sosial obyektlərlə – yollarla məşğul olmağa başladı. Əhalinin maraqları ilə ilk ciddi toqquşma 2025-ci ilin aprelində onun respublika konstitusiyasına dəyişikliklər təkliflərindən sonra başladı. O, əhalini narazı salan torpaq islahatları azmış kimi, yerli özünüidarəetmə modelindən birpilləli yerli özünüidarəetmə modelinə keçidi təklif etdi. Yəni kənd deputatları sovetlərini ləğv etməyi. Respublika rəhbərliyi kənd özünüidarəetməsinin ləğvinə bəhanə də tapıb: “Kəndlərdəki seçkilərə vilayət büdcəsindən külli miqdarda vəsait xərclənir. Kənd deputatlarının seçkisindən imtina etməklə pula qənaət olunacaq və daha faydalı işlərə yönəldiləcək".
Bölgələrdə çoxları kənd sovetlərinin onsuz da heç nə qərar vermədiyini düşünməyə öyrəşib, lakin Altayda belə deyil.
“Vahid Rusiya”nın kənd sovetlərində də çoxluq təşkil etməsinə baxmayaraq, bütün deputatları tanıyırıq. Onlar qəbul etdikləri qərarlara görə məsuliyyətlərini tam dərk edirlər. Deputat bəzi investorlara torpaq verilməsinə səs verərsə, xalq qarşısında cavab verməli olacaq. Bütün problem budur. Deputatlarımız olmasa, bizim torpaqla bağlı qərar verməyə ixtiyarımız olmayacaq, kənd yaşayış məntəqələrinin deputatları bu cür özbaşınalıqlara qarşı sonuncu maneədir”, – deyə daha bir fəal nəşrə bildirib. “Təbii ki, altaylılar görür ki, böyük Moskva biznesi, xüsusən də “Sberbank” regionda kök salıb. “Sberbank”ın İdarə Heyətinin sədri German Qref Altayda çox vaxt keçirir və vilayəti öz zövqünə uyğun yenidən dizayn etməkdə qərarlıdır. Keçən ilin iyun ayında o, taksi sürücüləri ilə ictimaiyyət arasında mübahisə edib. Şəxsi taksiçilərin hava limanından müştəri götürməsi onun xoşuna gəlməyibmiş.
Onqudayski rayonundan olan Ezen nəşrə deyib ki, “islahatlar” baş tutsa, yerli əhalinin torpaqsız və mal-qarasız qalma ehtimalı olduqca realdır. Gənc altaylının fikrincə, yerli idarəetmə orqanlarının ləğvi ən xoşagəlməz nəticələrə səbəb ola bilər, çünki kənd rəhbərliyinin əsas funksiyası kənd yaşayış məntəqəsinə aid olan torpaq sahələrini bölüşdürməkdir. “Hər bir kəndimizdə bir təsərrüfat, otarmağa ehtiyacı olan qoyunlar, inəklər, atlar var. İnsanlar qorxur ki, torpaqları əllərindən alınar. Bəzi yerlərdə birbaşa insanlara deyirlər ki, “indi torpağınızı satacaqsınız, satmasanız, inzibati üsullarla əlinizdən alınacaq”. Altaylılar qorxur ki, biz Altay Diyarına birləşəcəyik və milli respublika statusunun yerli əhaliyə verdiyi bütün üstünlüklər aradan qalxacaq. Biz altaylılar qorxuruq ki, əriyib yox olacağıq, nə mədəniyyətimiz, nə dilimiz, nə adət-ənənələrimiz olacaq. Biz qorxuruq ki, burada bir nəhəng kurort olacaq və biz – yerli əhali – hindular kimi yaşayacağıq, ancaq xidmət personalı olaraq qalacağıq”.

***
Musavat.com onu da bildirir ki, Altay dünya türklərinin anası hesab edilir. Belə ki, bu gün gündoğandan günbatanadək səpələnmiş bütün türk xalqlarının məhz Altaylardan çıxdığı və Altayın türklərin ilk yurd yeri olduğu məlumdur. 1991-ci ildə Altay iki yerə bölündü. Bu qədim türk yurdunun bir hissəsi Altay Diyarı (ərazisi 267,85 min kvadratkilometr, əhalisi 2 milyon 508 min nəfər) adlandırıldı. Bu ərazi müstəqil subyekt kimi Rusiyanın tərkibinə daxil edildi. Həmin ərazidə hazırda bir nəfər də olsa Altay türkü yaşamır. Ərazinin digər hissəsində Altay Respublikası (ərazisi 92,902 min kvadratkilometr) təşkil edildi. Bu ərazidə isə əhalinin 45–50 faizini ruslar, 40–45 faizini Altay türkləri, təxminən 7–10 faizini qazaxlar təşkil edirlər. Paytaxtı Dağlıq Altay olan Altay Respublikasında 300 min nəfərə yaxın əhali yaşayır.
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
