Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür

"Rusiya Dövlət Dumasının sədr müavini, vaxtaşırı özünün neo- nasist çıxışları ilə gündəmə gələn Pyotr Tolstoy bu dəfə Yekaterinburq hadisələri ilə bağlı növbəti hiddətli çıxışı ilə özünü gündəmə gətirib. Pyotr Tolstoy Azərbaycan XİN- in bəyanatına münasibət bildirərkən şübhəli şəxslərin saxlanılması zamanı Azərbaycan əsilli Rusiya vətəndaşlarının öldürülməsinə özünəməxsus şəkildə haq qazandırıb. Onun düşüncəsinə görə, öldürülmüş Səfərov qardaşları Rusiya vətəndaşları olduğuna görə bu hadisə ilə bağlı Azərbaycanın Rusiyaya qarşı ultimatumla çıxış etməsi qəbulediməzdir. Üstəlik, Səfərov qardaşlarından birinin guya evlərinə polis gələrkən yaşadığı stress nəticəsində ürək tutmasından öldüyünü və ikinci qardaşın isə ölüm səbəbinin hələlik müəyyən edilmədiyini və araşdırıldığını bildirib. Belə çıxır ki, guya Pyotr Tolstoyun Rusiya telekanallarında və sosial şəbəkələrdə yayımlanan məhkəmə şousundan xəbəri yoxdur və müttəhim kürsüsündə əyləşdirilmiş və aldığı fiziki xəsarətlər ucbatından sifəti bilinməyən Azərbaycan əsilli vətəndaşın göstərildiyi süjetləri izləməyib. 120 milyonluq bir ölkədə Dövət Dumasının sədr müavini vəzifəsini daşıyan bir ksenofobun utanmadan yalan danışması və Azərbaycanın tələbinin əslində nədən ibarət olduğu ilə bağlı özünü bilməməzliyə vurması isə Rusiya dövlətinə və Pyotr Tolstoyun parlamentdə təmsil etdiyi rus xalqına utanc gətirməlidir. O yaxşı bilir ki, Azərbaycan heç də iddia olunan “cinayət işinin” araşdırılmasına etiraz etmir".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev deyib. O bildirib ki, Azərbaycanın tələbi hansısa cinayət əməlini araşdırmaq adı altında hüquq- mühafizə orqanının törətdiyi daha böyük cinayət əməlinin araşdırılmasından ibarətdir:
"Bu tələbi guya Azərbaycanın Rusiyanın daxili işlərinə qarışması kimi təqdim etməyə çalışan Pyotr Tolstoy əsəblərini gizlədə bilməyərək" bu bizim daxili işimizdir, özümüz bilərik’ deyir. Deyəsən Pyotrun dünyagörüşü nə az, nə çox, cəmi bir- iki əsr geridə qalıb. Xeyr, cənab Tolstoy. Bu sizin daxili işiniz ola bilməz. Bəşəriyyət XXI əsrdə yaşayır. Hələ keçən əsrdən başlayaraq İnsan hüquqları bir ölkənin daxili işi olmaqdan çıxıb və bu universal bir məsələdir. Onları qorumaq isə parlamentində yüksək vəzifə tutduğunuz Rusiyanın dünya qarşısında və o cümlədən, dünyanın tamhüquqlu dövlətlərindən biri kimi həm də Azərbaycan qarşısındakı öhdəliyidir. Beynəlxalq öhdəlik isə elə bir məsələdir ki, onu yerinə yetirməyəndə İrana və ya Şimali Koreyaya çevrilə bilərsən. İçində sənin də bulunduğun Rusiya siyasi rəhbərliyinin təcavüzkar davranışı bir daha göstərir ki, İranın, Rusiyanın və Şimali Koreyanın “Şər üçbucağı”adlandırılması heç də əbəs deyil. Unutmayın ki, Xeyirlə Şərin mübarizəsində məğlub olan tərəf həmişə Şər olur. Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür. Bu günkü Rusiya esteblişmentinin qeyri-adekvat davranışı yenə də onu ağır bir məğlubiyyətə sürükləyir. Pyotr Tolstoy kimilərinin demarşları isə bu məğlubiyyəti bir az da yaxınlaşdıracaq".
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Müəllimə dərs zamanı öldü (FOTO)
5 oktyabr 2025 14:30
- Elçin Şıxlının doğum günüdür - T Ə B R İ K
4 oktyabr 2025 12:37
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Azərbaycanda dərs rejimi dəyişir? - Dərslər 40, tənəffüslər 10 dəqiqə
27 sentyabr 2025 21:14
- Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevə...- Bəs, 11 yaşlı qız uşağı NİL-in hüququ..?
27 sentyabr 2025 13:01
- Naxçıvanda idman müəlliməsi məktəb direktorunu MÖHKƏM DÖYDÜ
20 sentyabr 2025 22:55
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 2025 23:46
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2025 14:43
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38