Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
Maraqlı9 sentyabr 2025 13:13
Azərbaycan Ordusunun sıralarında xidmət edənlərdən biri də Çin əsilli Emin Lindir.
Emin kökəncə Çinin Qanju şəhərindəndir. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb.
Çinli ailənin 5 övladı - Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin Azərbaycanda böyüyüb.
"N” saylı hərbi hissədə xidmət edən gənc əsgər silahdaşlarının, komandirlərinin hörmətini qazanıb. Onu fərqləndirən cəhətlərindən biri isə dörd dil bilməsidir. Bu bacarığı ilə o, çoxlarının marağına səbəb olub. Onu Lin kimi çağırsalar da, əsgər yoldaşlarının bəziləri "Çinli" deyə müraciət edir:
"Xidmətə yeni gələndə əsgər yoldaşlarım üçün mənim asiyalı görünüşüm maraqlı idi. Ona görə də, xeyli suallar verirdilər. Bəzən bu, yorucu olsa da, sonradan öyrəşdim. Burada yeni dostlar qazanmışam. Komandirlərlə də münasibətim çox yaxşıdır".
Qardaşı antiterror əməliyyatlarının iştirakçılarından olub
Emin Lin ailəsinin ilk əsgəri deyil. Qardaşı Aydın Lin də Azərbaycan Ordusunda qulluq edib. İşğaldan azad olunmuş ərazidə yerləşən hərbi hissədə xidmət keçib, antiterror tədbirlərinin iştirakçılarından olub.
Bacısı Aygün Lin isə əlbəyaxa döyüş idman növündə "qara kəmər" ustasıdır, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəldib, indi isə məşqçi-müəllim kimi fəaliyyət göstərir:
"Mən ali təhsil almamışam. Ancaq Çin, ingilis, rus və Azərbaycan dilini bilirəm. Bacım Aygün İdman Akademiyasının, qardaşım Aydın isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Mənim də gələcəkdə ali təhsil almaq niyyətim var".
Emin Lin hərbi hissədə nizam-intizamla xidmət edir, səhərlər idmanla məşğul olur, ideoloji dərslərdən faydalanır, müxtəlif təlimlərdə iştirak edir.
O, hərbi hissədə həm əsgərlərin istirahəti, həm də peşəkar hazırlığı üçün hər cür şərait olduğunu vurğulayıb.
Emin deyib ki, komandirləri yüksək bilik və bacarığa malikdirlər, hər bir əsgərə xüsusi diqqətlə yanaşırlar: "Qaydalara uyğun olaraq gündəlik idman edirəm, döyüş hazırlığı dərsləri keçirik. Bundan başqa, boş vaxtlarımı əsgər yoldaşlarımla birlikdə keçirirəm. Hər şey çox maraqlıdır. Azərbaycan Ordusunda xidmət etdiyim üçün çox qürurluyam".
Emin onu da vurğulayıb ki, son günlər Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iki dövlət arasında dostluq münasibətlərinin qurulması onu çox sevindirir.
"Əsgərlikdən sonra biznesimi yaradacam, yolumu gözləyən qızla evlənəcəm”
O, xidmətini başa vurduqdan sonra mülki həyata qayıdacağını, şəxsi biznesini yaradacağını və yolunu səbirsizliklə gözləyən qızla ailə həyatı quracağını bildirib:
"Demək olar ki, nişanlıyam. Bir-birimizi çox sevirik. Sonuncu dəfə hərbi xidmətə yola düşəndə görüşdük, ancaq tez-tez telefonla danışırıq. Xidmətimi başa vurub onunla ailə quracam".
"Qarabağ haqqında çox oxumuşdum, xidmətdə oxuduqlarımı gördüm”
Emin Linin hekayəsi göstərir ki, Azərbaycan Ordusu həm də müxtəlif xalqları bir amal – Vətən sevgisi ətrafında birləşdirən böyük bir ailədir. Azərbaycan respublikasının vətəndaşı olan hər kəs, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqda xidmət edir - qalib ordunun qalib əsgəri kimi:
"Tarix dərslərində Qarabağ haqqında çox oxumuşdum. Xidmətdə isə oxuduğum həqiqətləri gördüm. Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqları azad etmək böyük fəxrdir. Mən qalib ordunun müzəffər əsgəri kimi qürurluyam”.


Oxşar xəbərlər
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
8 dekabr 2025 22:02
- Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var
8 dekabr 2025 21:40
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
8 dekabr 2025 00:57
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
7 dekabr 2025 23:37
- Rus generalın qızı Avropada kef edir
7 dekabr 2025 21:43
Xəbər lenti
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09 dekabr 20:20
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
09 dekabr 20:01
- Namizəd Səfərov saxlanıldı
09 dekabr 19:52
- AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstan AÇIQLAMA YAYDI
09 dekabr 15:06
- Dekabrın 10-da Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
09 dekabr 14:17
- İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu (YENİLƏNİB)
09 dekabr 13:49
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
09 dekabr 12:38
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
09 dekabr 12:25
- Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
09 dekabr 12:13
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
08 dekabr 22:55
- Paşinyan özünə yeni müşavir təyin etdi
08 dekabr 22:47
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
08 dekabr 21:55
- Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var
08 dekabr 21:40
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
08 dekabr 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
08 dekabr 14:20
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
08 dekabr 13:03
- Prezident İranın xarici işlər nazirini qəbul etdi
08 dekabr 12:50
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
08 dekabr 11:47
- İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm verəcəm o da xalq artisti olacaq
08 dekabr 11:03
- Masallının 9 kəndi işıqsız qalacaq
08 dekabr 10:38
- Pezeşkian Qazaxıstana gedəcək
08 dekabr 10:31
- Pensiyalar bu tarixdə veriləcək
08 dekabr 01:13
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
08 dekabr 00:57
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
08 dekabr 00:02
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
07 dekabr 23:37
- Rus generalın qızı Avropada kef edir
07 dekabr 21:43
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
07 dekabr 20:36
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
07 dekabr 19:27
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
07 dekabr 19:21
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
07 dekabr 18:44
Video & Fotoqalereya
Video
Fotoqalereya
