Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı

Prezidenti Aparatı Katibliyinin keçmiş rəhbəri Eldar Namazov RTV-yə müsahibəsində mərhum Heydər Əliyevlə bağlı xatirələrini danışıb.
Yenisabah.az xəbər verir ki, o, sabiq prezidentlə çalışdığı dövrdə başına gələn maraqlı bir əhavalatı danışıb:
“Heydər Əliyev nadir hallarda mənim işimdən narazılığını bildirib. Bir dəfə dedi: "Axı sən pis proses olacağını bunu mənə demişdin, sonra bir daha xəbərdarlıq etdin. Bəss niyə üstünə düşmədin?"
Dedim ki, cənab Prezident, mən 2 dəfə sizə məruzə etdim. Dedim ki, belə bir təhlükəni görürəm. Siz isə dediniz ki, yaxşı, fikirləşərəm.
Bir neçə həftədən sonra məsələni yenə yadınıza saldım. Dediniz ki, yanımda işləyən başqa adamlar deyir ki, hər şey əladır, problem yoxdur.
O zaman Prezident məni danladı, dedi, gərək axıra kimi dirənəydin. Dedim, bu haqda 3 dəfə sizinlə danışmışdım. Dedi, əgər əmin idinsə belə bir təhlükə var, onda 4-cü, 5-ci dəfə də sözünü deməliydin. Əgər daxili əminlik varsa, gərək axıra kimi gedəsən.
Hamının gözünün qabağında dediyim baş verdi. Prezident cəzalandırdığı adamlara dedi ki, işçiləriniz sizi aldadır, siz də məni aldadırsınız.
Prezident bir dəfə iclas yığdı, soruşdu, vəziyyət nə yerdədir? Dedilər, hər şey əladır. Həmin axşam bəlli oldu ki, vəziyyət çox pisdir. Ertəsi gün prezident yenidən hamımızı yığdı. Dedi, bəs dünən deyirdiniz hər şey əladır? Axşam isə bəlli oldu ki, elə deyil.
Bütün bu məsələlərlə bağlı mən 6 ay əvvəl xəbərdarlıq etmişdim. İkinci iclasda dedilər ki, öyrəndik, hər şey yaxşıdır. Prezident də dedi ki, yaxşı. Həmin axşam bəlli oldu ki, bu məsələ də vəziyyət 180 dərəcə fərqlidir. Artıq üçüncü gün o, həmin adamları yığıb dedi ki, bu nə deməkdir? Hər gün iclas keçirirəm və dedikləriniz yalan çıxır. Deməli, işçiləriniz sizə yalan məlumatlar verir, siz də həmin yalanları mənə danışırsınız”.
Eldar Namazov həmin dövrdə keçmiş Prezident Aparatı rəhbəri Ramiz Mehdiyevlə çəkişməsinə toxunub:
“Cənab Prezident mənə çox etibar edirdi. Təhlükəsizlik Şurasının ilk iclası zamanı Prezident Aparatının rəhbəri (Ramiz Mehdiyev - red.) də çıxış etdi və dedi ki, Təhlükəsizlik Şurası ilə bağlı fərmanda qeyd olunub ki, Təhlükəsizlik Şurasının katibliyi ilə bağlı biz sizə öz təkliflərimizi hazırlayaq. Cənab Prezident dedi ki, ehtiyac yoxdur, Eldar var və bu məsələni icra edəcək.
Mən həm müdafiə, həm təhlükəsizlik, həm də daxili və xarici siyasət məsələləri ilə bağlı işlərə baxırdım. Çox ağır yük idi. Prezident general Tofiq Ağahüseynovu hərb məsələri üzrə köməkçi təyin etdi. Çox sevindim ki, heç olmasa yükümün bir hissəsi ona həvalə olunacaq.
Həmin gün Müdafiə Nazirliyindən 2 məxfi sənəd gəlmişdi. Bütün məxfi sənədləri yalnız mən aça bilərdim. Məktubları Tofiq Ağahüseynova göndərdim. 2 gün keçdi. Prezident mənə zəng edib dedi ki, Səfər Əbiyev zəng edib və 2 təcili məktub göndərdiyini deyir. Son 2 gündə mənim yanımda 5-6 dəfə olmusan. Niyə onları məruzə etməmisən?
Dedim, cənab Prezident, axı hərb məsələlərilə bağlı köməkçi təyin etmisiniz. Mən həmin məktubları ona göndərdim və hər şeyi də başa saldım. Dedi, deyəsən, sən çox sevinmisən ki, yükün azalıb. Dedim, bir az. Dedi, çox nahaq, məktubları gedir götür. Onlara lazım gəlsə, mən nəsə tapşıraram. Həmin vəzifələr səndə qalır. Bu mənada, mən Heydər Əliyevin yanında böyük məktəb keçdim”.
Nazim Hacıyev
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
1 sentyabr 2025 22:09
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Cahangir Novruzov ölkədən kimə görə getdi? - VİDEO
26 avqust 2025 02:10
- İlham Əliyev: Tramp Afrikada, Asiyada və Cənubi Qafqazda möcüzə yaratdı
24 avqust 2025 09:20
- Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən ağır cəza
23 avqust 2025 19:51
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36