Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. Səslərin böyük hissəsi sayıldıqdan sonra müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" partiyasının məğlubiyyəti artıq əsas müzakirə mövzusuna çevrilib.
Azərbaycan - Macarıstan münasibətlərinin gələcəyi, eləcə də onun Türk Dövlətləri Təşkilatındakı (TDT) iştirakçılığı məsələsi diqqət mərkəzindədir.
Milli Məclisin Azərbaycan - Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev bu məsələlərlə bağlı Modern.az-a açıqlama verib.
Deputat saytımıza açıqlamasında bildirib ki, yeni liderin seçilməsi ilə qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər gözlənilir:
"Macarıstanda keçirilən parlament seçkilərinin nəticəsi gözlənilən idi. Hakimiyyətdə olduğu 16 il ərzində Orban höküməti əsasən qeyri-populyar və sərt siyasət həyata keçirib. Onun Avropa İttifaqına qarşı tələbkarlığı heç də ölkədə bütün siyasi qüvvələri qane etmirdi. Rusiya-Ukrayna müharibəsinə münasibətdə də seçicilər hökümətin apardığı siyasətdən narazı idi. Hətta Ukraynada yaşayan macarlar da Orban hökümətini Rusiyaya dəstək verməkdə günahlandırırdı. Odur ki, aparıcı müxalifət partiyası seçkilərdə sadəcə səs çoxluğu ilə deyil, parlamentdə konstitusion çoxluq əldə etməklə qalib gəldi. Bu çox böyük qələbədir və belə bir nəticə iqtidara gələn yeni siyasi qüvvəyə istədiyi bütün dəyişiklikləri asanlıqla həyata keçirməyə imkan yaradır. Çox güman ki, qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər olacaq. Lakin Macarıstan-Azərbaycan münasibətlərinə hər hansı zərər gələcəyini ehtimal etmirəm. Ölkələrimiz arasındakı mövcud münasibətlər həm Macarıstanın və həm də Azərbaycanın maraqlarını ən etibarlı və ədalətli şəkildə təmin edir. Odur ki, bu münasibətlərə mane olmaq yox, onları daha da inkişaf etdirmək hər iki tərəf üçün çox faydalı və səmərəli olacaq".

Parlamentari qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin tarixi çox uzundur:
"Bu münasibətlər Macarıstanda hakim partiyanın arzusuna və yaxud Azərbaycana xüsusi münasibətindən irəli gəlmir. Macar xalqı hər zaman özünü türk mədəniyyətinin bir hissəsi hesab edib və artıq 1000 ildən çoxdur ki, onlar bunu açıq şəkildə bəyan edir və türk mədəni arealı ilə doğmalıq münasibətlərini qoruyub saxlayırlar. Ona görə də Macarıstanda bu və ya digər siyasi qüvvənin hakimiyyətə gəlməsi onun türk dünyası ilə münasibətlərinə zərər gətirə bilməz. Azərbaycanla razılaşdırılmış layihələrə gəldikdə, bu hər iki tərəfin maraqlarına cavab verən qarşılıqlı faydalılığı təmin edən layihələrdir və xüsusilə enerji sahəsində əməkdaşlığımız Macarıstan üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Macarıstanda formalaşacaq yeni hökümət bu layihələri məmnuniyyətlə dəstəkləyəcək və əməkdaşlığımız davam edəcək".
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 2026 18:00
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 2026 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 2026 13:25
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 2026 15:55
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 2026 23:05
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 2026 13:08
- Rusiya AZAL təyyarəsininə görə kompensasiya ödəyəcək - Razılığa gəlindi
15 aprel 2026 19:16
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 18:00
- Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman
21 aprel 17:36
- Corcia Meloni Bakıya gəlir - Tarix açıqlandı
21 aprel 17:22
- Dilənçilər 200 manatadək cərimələnəcək
21 aprel 13:55
- SON DƏQİQƏ: Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI
21 aprel 12:45
- Şahdağa 87 sm qar yağdı
21 aprel 12:32
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 11:54
- Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
21 aprel 11:46
- Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
21 aprel 00:23
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 00:12
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
