Seyid Əzim Şirvani necə öldürülüb?
Maqazin3 sentyabr 2024 17:12
Xalq arasında bir söz var: "Şirvan şairlərinə sahib çıxmır". Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin dünyaya gəldiyi və yaşadığı Şirvan zonası tariximizin bütün dövrlərində ölkəmizin tarixində mühüm yer tutub. Bir məsəl var el arasında: Səs Qarabağdan, söz Şirvanda dünyaya gəlib. Əlbətdə, söz sahibi olan əksər dəyərli insanların yurdudur Şirvan.
Ancaq bu ifadə "Şirvan şairlərinə sahib çıxmır" həqiqətən bir faciə ilə bağlıdır. Bu ifadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin ölümündən sonra yaranıb. İndi isə ətraflı...
Seyid Əzim Şirvani 1833-cü il 9 iyulda Şamaxı şəhərində anadan olub. Uşaqlıqdan dini elmlərə sonsuz maraq göstərən şair, dini təhsil almaq üçün bir müddət vətəndən uzaqlarda - Bağdad və s. şəhərlərdə yaşayıb. Uzun illər həmin elmlərin öyrənilməsinə vaxt sərf edən şair 50-ci illərin axırlarında doğma vətənə qayıdıb. Lakin, Şamaxının bəzi savadsız dairələri onu gözdən salmaq məqsədi ilə hər yanda geniş təbliğatlar aparıb və şairi "kafir", "səfeh" adlandırıb.
Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına yeni üsul məktəbi açır. Məktəbdə təhsil ən yeni, mütərəqqi üsullarla aparılırdı. Fiziki cəzalar qadağan idi. Müasir dövrün elmlər öyrədilirdi. Mirzə Ələkbər Sabir və Sultanməcid Qənizadə bu məktəbdə təhsil almışdı.
Azərbaycan ədəbi tarixində yeganə şəxs idi ki, 1877-ci ildə "Uşaqların baharı" adlı dərslik yazaraq şagirdlərə vətənlərinə məhəbbət hissi aşılayır, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyaları təlqin edilirdi. Vətənpərvlik əsas hədəf idi dərsliyin yazılmasında. Lakin bu Çar hökumətini qorxudurdu və dərslik yığışdırldı, Seyid Əzimə xəbərdarlıq edildi və bütün nəşr evlərinə tapşırıldı ki, bu çap edilsə, ağır cəzalar olacaq.
18 ildən artıq öz məktəbində müəllimlik edib. Ancaq sona qədər davam edə bilmir. Din donu altında gizlənən cahil mollalar, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur.
Şirvani Qafqaz müsəlmanlarını təbii elmi biliklərə yiyələnməyə, xurafat və fanatizmi rədd etməyə, tərəqqi və mədəni dirçəliş yolu tutmağa çağırırdı. Seyid Əzim öz yaradıcılığında demokratik maarifçiliyinin ən yaxşı xüsusiyyətlərini birləşdirə bilmiş idi. Məhəmməd Əmin Rəsulzadə ona böyük dəyər verirdi: "Minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişdirirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!".
Mənə maraqldır ki, niyə Azərbaycanda dərsliklərdə, kitablarda, mediada və digər məlumat mənbələrində yazırlar: "1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib". Bəs sual verən yoxdur ki, şair və müəllim niyə birdən-birə 53 yaşında qəfil ölüb? Niyə ona olan sui-qəsdi gizlətməyə çalışırlar?
Guya Seyid Əzim Şirvani məscid qapısında yaradılan süni basabasda ölüb. Şair orda nə edirdi əgər möhvumata qarşı mübarizə aparırdısa?
Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb. Ayaqlar altında onu əziblər. Onun məscidə daxil olmasını görən mollalar qışıqırıb "öldürün kafiri" sözündən sonra yüzlərlə insan onu ayaqlar altına alaraq əzə-əzə qətl ediblər. Meyidini güclə çıxardıblar və ailəsinə təhvil veriblər.
Özünün vəsiyyətinə görə, onu Şahxəndan qəbirstanlığında dəfn ediblər. Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.
"Mən öləndə Şahxəndanda basdırın,
Çünki, onun Şahi Xəndanı var", deyirdi Seyid Əzim.
İndi də əllərində bayaraq tutublar ki, guya Seyid Əzimin qələmə aldığı "Öküş oğlu" şeiri şiələri təhqir edib. Bu şeiri gündəmə gətirən xaricdə Azərbaycan əleyihnə yalan məlumatlar yazan Güntay Gəncalpa məxsusdur. Güntay şairin şeirini tərcümə edəndə kifayət qədər təhriflərə yol verib. Əslində Seyid Əzimin orjinal şeirində bu cümlə yazılır:
Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
Kimə lazımdırsa Güntayın saxtakarlığını və Seyid Əzimin orjinalını təqdim edə bilərəm.
Çox heyf ki, sağlığında daim hər addımı nəzarət altında olan, yaşadığı cəmiyyətdə amansız təqiblərə, hücumlara məruz qalan və savadsızların "kafir" kimi qələmə verdiyi bu böyük maarifçi, görünür indi də heç kəsin yadına düşmür.

Seyid Əzim Şirvaninin Həsən bəy Məlikova (Zərdabiyə) məktubu, 1877-ci il
Zaur Aliyev, dosent
Oxşar xəbərlər
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
Xəbər lenti
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
