NAR yüksək bal toplayanların sevincinə sevinc qatdı - Fotolar
Universitetlərə qəbul imtahanlarında yüksək nəticə göstərmək hər bir abituriyentin arzusudur.
Ən yüksək nəticəni məqsəd kimi qarşısına qoyan çox olsa da, buna nail olanlar azdır. Çünki bu, böyük zəhmət və əziyyət tələb edir.
Nə qədər çətinliklərlə üzləşsələr də, o nəticəni əldə edənlərin sevinci yerə-göyə sığmır. “Nar” artıq 8 ildir ki, həmin şəxslərin sevincinə şərik olur və hər il ən yüksək nəticə göstərən 10 abituriyenti mükafatlandırır.
“Nar”ın Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirdiyi “İlin abituriyenti” layihəsi bu il də baş tutub.
Mükafatlandırma mərasimində tanınmış dövlət və ictimai-siyasi xadimlər, abituriyentlərin valideynləri və media nümayəndələri iştirak ediblər.
“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova tədbiri açaraq qeyd edib ki, “Nar” hər zaman təhsili dəstəkləyir: “Nar” yalnız ölkədə 2,2 milyondan çox abunəçiyə xidmət göstərmir, eyni zamanda bir sıra korporativ sosial məsuliyyət tədbirləri həyata keçirir. Layihələrimiz müxtəlif olsa da, əsasən inklüzivlik, vətənpərvərlik və təhsilə dəstək istiqamətindədir.
Artıq 8 ildir ki, ənənəvi olaraq reallaşdırdığımız bu tədbirimiz də bunun sübutudur. Gənclərin yaxşı təhsil almasına dəstək olmaqla gələcəyə yatırım edirik, çünki yaxşı təhsil yaxşı gələcəyin təminatıdır”.
.jpg)
Millət vəkili Tahir Mirkişili yüksək bal toplayan abituriyentlərə məsləhətlər verərək, 700 bal toplamağın yalnız başlanğıc olduğunu vurğulayıb: “Mən qəbul imtahanında 540 bal toplamışdım. 25 il keçib və bu müddətdə çox rəqəmlərlə işləmişəm, amma o balı heç vaxt unutmaram. Əminəm ki, sizin üçün də 700 bal toplamaq unudulmaz olacaq. Lakin tələbəlik dövründə özünüzü gələcəyə hazırlamaq əsas məsələlərdən biridir. Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün çoxsaylı resurslardan istifadə etmək lazımdır”.
Millət vəkili Ceyhun Məmmədov çıxışında dövlətin inkişafının təhsillə əlaqəli olduğunu vurğulayaraq, təhsilə dəstəyin vacibliyini qeyd edib: “Azərbaycan yeni bir dövrə qədəm qoyur və bu dövrdə yüksəkixtisaslı kadrlara ehtiyac böyük olacaq. İnkişaf etmiş ölkələrin uğur sirri məhz təhsillə bağlıdır. Biz də çalışmalıyıq ki, gənclərimiz bilikli və savadlı olsunlar. Şirkətlərimizin yüksək nəticə göstərənləri mükafatlandırması isə təhsilə dəstəyin nümunəsidir”.

Modern.az-ın rəhbəri Elşad Eyvazlı isə yüksək nəticə göstərən gənclərin məqsədli olduğunu bildirib: “700 bal toplamaq gözəl bir uğurdur. İllərdir ki, 700 bal toplayan gəncləri dəstəkləyirik və çox istərdik ki, onların uğurlarının davamını görək. Onların böyük potensialı var və bu potensialdan istifadə etməlidirlər”.

Digər çıxış edənlər tələbəlik dövründə kommunikasiya, liderlik və idarəetmə bacarıqlarının əhəmiyyətini, təcrübə qazanmağın vacibliyini, ictimai fəallığın üstünlüklərini və xarici dilləri öyrənməyin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda “Nar” 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk 10 abituriyenti xüsusi hədiyyələrlə mükafatlandırıb. Onlara qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar təqdim edilib.
Tədbirdən sonra 700 bal toplayan Şəbnəm Novruzova ilə söhbət edilib. O bu nəticəni düzgün və intizamlı çalışma ilə əldə etdiyini deyib: “İntizam, hətta motivasiyasız olduğumuz zaman belə dərsimizə davam etməyimizə kömək edir. Məqsədim 700 bal toplamaq idi, amma ən böyük məqsədim ixtisaslı kadr olmaqdır. ADA Universitetinin maliyyə ixtisasını seçmişəm və yaxşı maliyyəçi olmaq istəyirəm”.

697,5 bal toplayan Aytac Əliyeva isə Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasını hədəflədiyini bildirib: “Uşaqlıqdan bu universitet və ixtisas mənim məqsədim idi. Çox çalışmalı idim və nəticədə buna nail oldum. Universitet dönəmində də həm təhsilimə, həm də şəxsi inkişafıma davam edəcəyəm. Vətənə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
.png)
695 bal toplayan Məmməd Gülməmmədov da bu nəticəni tək öz əməyinin deyil, ailəsinin və müəllimlərinin dəstəyi ilə əldə etdiyini deyib: “Bu nəticəyə görə ən çox valideynlərimə və müəllimlərimə borcluyam. Universitet dövründə də öz üzərimdə çalışmaq, imkan olarsa, xaricdə təhsil almaq planlarım var”.
.png)
Məmmədin anası Şəfəq Gülməmmədova isə oğlunun bu uğurundan böyük qürur hissi keçirdiyini bildirib və “Nar”ın bu diqqətinə görə minnətdarlıq edib: “Oğlum uşaqlıqdan çalışqan idi və bu gün onun əziyyətlərinin bəhrəsini görmək bizi çox sevindirir”.
Gənclər artıq ali təhsil dövründə də böyük məqsədlər qoyaraq, öz inkişaflarına davam etməyi qarşılarına məqsəd qoyublar. Onlara uğurlar arzulayan “Nar” isə gənclərin təhsilini dəstəkləməkdə davam edəcək.
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
