Qalmaqallı vəkil Adəm Məmmədov barəsində DAHA BİR ŞİKAYƏT

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasına
Azayeva Şövkət Ağamirzə qızı tərəfindən
Ünvan: Bakı şəhəri, Qara Qarayev pr., ev 114, mənzil 98
Telefon: 070-386-53-86
ƏRİZƏ
Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Allahverdiyev Rafael Mehdi oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə oğlumun vəkili Məmmədov Adəm Məhərrəm oğlu olmuşdur. Qeyd edim ki, ibtidai istintaq zamanı oğlumun heç bir günahının olmamasına baxmayaraq istintaq tərəfindən oğluma qondarma ittiham verilmiş, tam şəkildə yüklənmiş və saxta ittiham verilmişdir. Bundan sonra oğlumun hüquqlarının müdafiəsi üçün vəkil Adəm Məmmədovu müdafiəçi kimi tutduq. Bununla da qara günlərimiz başlamışdır. Verilən saxta ittihamı hüquqi cəhətdən oğlumun günahsızlığını sübut etmək əvəzinə öz “makler” fəaliyyətini işə salmağa başlamışdır.
Belə ki, müdafiəçi kimi 13000(on üç min) manat məbləğində pul alaraq mənə oğluma tam bəraət alacağını vəd vermişdir. Bizə məhkəmədə səssiz olmağın lazım olduğunu və hakimlə özünün danışıb məsələni həll edəcəyini bildirmişdir. Mənim həyat yoldaşım Mehdi Allahverdiyev keçmiş hərbiçi, peşəkar zabit və 1-ci Qarabağ Döyüşlərinin qazisidir. Həyat yoldaşım yeganə evimizi satıb pulu oğlumuzun qurtarılmasını vəd edən vəkil Adəm Məmmədov üçün saxlamışdır. Oğlumun günahsız olması və Adəm Məmmədov tərəfindən verilən vədlər bizdə əminlik və inam yaratmışdır. Məhkəmə prosesinin sonunda “bəraət alınmır”, “prokuror cəzanı çox istəyib” “mütləq qaydada 20000(iyirmi min) verilməlidir” kimi ifadələrlə bizi aldadaraq bizdən 20000(iyirmi min) manat məbləğində pul almış və həmin pulu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Səfərliyə verdiyini bildirmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, bütün bu məqamlarda əvvəllər Adəm Məmmədovun köməkçisi olmuş hazırda vəkillik fəaliyyətiylə məşğul olan Əmiraslanova Zəribə Məmməd qızı da iştirak etmişdir. Həmçinin qeyd etdiyim ümumilikdə 33000(otuz üç min) manat məbləğində pul vəsaiti Zəribə Əmiraslanovanın iştirakıyla Adəm Məmmədova verilmişdir. Qeyd edim ki, bizə qarşı açıq-aşkar dələduzluq edilmişdir. Daha sonra tərəfimdən Nərimanov Rayon Polis İdarəsinə şikayət edilmiş və şikayət istintaq şöbəsinin müstəntiqi Adəm Məmmədovla kirvəlik münasibətində olan Əliyev Kamran Sabir oğlunun icraatında olmuşdur. O, isə işi birtərəfli qaydada Adəm Məmmədovun “vəkilliyini” edərək aparmışdır. Bütün bu qanunsuzluqlardan sonra məcbur qalaraq bütün olanları nəzərinizə çatdırmalı olmuşam. Sözügedən məsələ ilə bağlı bütün dövlət qurumlarına şikayət etmişik. Hiss olunur ki, Vəkillər Kollegiyasının rəhbərliyi yüzlərlə şikayət edilən Adəm Məmmədovu himayə edir.
Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirəm ki, Adəm Məmmədovun bizə qarşı törətmiş olduğu qanunsuz əməllərlə bağlı araşdırma aparıb, Adəm Məmmədovun cəzalandırılmasını təmin edəsiniz.
İmza: Azayeva.Ş.A
NUH.az
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 2025 01:49
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 2025 01:17
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
19 iyul 2025 00:28
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 2025 09:18
- Adəm Məmmədov həbsdə qaldı - ZON-a köçürüləcək
17 iyul 2025 20:42
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 2025 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 2025 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 2025 12:31
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 2025 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 01:29
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 01:17
- NAXÇIVAN hoteli sökülür
19 iyul 00:56
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
18 iyul 23:50
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 22:45
- Prezident onlara müraciət ünvanladı
18 iyul 11:51
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 11:33
- Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə
18 iyul 10:46
- Alen Simonyan boşaldı - Modellə sevgilidir
18 iyul 10:26
- Suriyanın bölünməsinə icazə verməyəcəyik
18 iyul 09:43
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 09:18
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 01:56
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
18 iyul 00:20
- Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı BİTDİ...
17 iyul 23:43
- Ukraynada yeni baş nazir: Müstəqillik tarixində ikinci dəfə...
17 iyul 23:29
- Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada nahar ediblər (FOTO)
17 iyul 22:45
- Rusiyada general dələduzluğa görə həbs edildi
17 iyul 21:55
- İki bacı çayda boğulub öldü
17 iyul 21:36
- Adəm Məmmədov həbsdə qaldı - ZON-a köçürüləcək
16 iyul 20:42
- 1 qramı 5000 dollardan başlayır: Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
16 iyul 01:07
- Kətan toxumu, qaynar su... - Minlərlə manatınız cibinizdə qalacaq
15 iyul 23:28
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33