Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
Postsovet məkanında belə bir yanlış stereotip var ki, 25 il 3 ay öncə Rusiya prezidenti Boris Yeltsin Vladimir Putini öz siyasi varisi təyin edərək hakimiyyətdən çəkilməklə Rusiyanın, eləcə də regionun gələcək problemlərinin əsasını qoyub.
Ancaq bu kimi mübahisələrin gerçək cavabı Boris Yeltsinin memuarlarında var.
Rusiya və qonşuları üçün daha pis ola bilərmiş. 1991-ci ildən ta 2000-ci ilə qədər özünə bir neçə siyasi varis müəyyənləşdirən Yeltsin Nemtsov, Kiriyenko və Primakovdan sonra Putinin üzərində ona görə dayanıb ki, Primakovun daha pis niyyətlərə malik olduğunu anlayıb.
Yeltsin Yevgeni Primakovla cəmi 8 ay işləyib. Daha sonra Primakov Rusiya Federasiyanın baş naziri postundan kənarladırılıb.
![]()
Yeltsin diktə edərək qələmə aldırdığı memuarında göstərir ki, Primakov yavaş-yavaş, ancaq sabit şəkildə siyasi təşəbbüsü ələ keçirərək, ölkəni sosializmə geriyə qaytarmaq, SSRİ-nin sərhədlərini və qayda-qanunlarını bərpa etmək fikrində olub. “Ölkə yeni-yeni növbələrdən, qıtlıqdan, partkom qarşısında qorxudan çıxırdı, hər şeyi geri qaytarmaq əsl cinayət olardı”, - Yeltsin yazır.
Onların ilk toqquşması, daha dəqiqi, xoşagəlməz söhbəti 1999-cu ilin yanvarında baş verib. Primakov Dumaya bir qanunvericilik layihəsi təqdim edib. Həmin qanuna görə, prezident müqəvvaya çevrilir, əsas səlahiyyətlər baş nazirə keçirmiş. Həmin vaxt xəstəxanada olan Yeltsin bundan duyuq düşüb, ondan xəbərsiz parlamentə qanun layihəsi göndərdiyi üçün Primakova irad bildirib, o da pərt olaraq geri çəkilib.
Yeltsin Primakovun var gücü ilə mütləq hakimiyyətə can atdığının fərqinə varıb.
Yeltsin yazır: “Mən Yevgeni Maksimoviçi baş nazir təyin edən zaman bilməzdim ki, cəmi bir neçə ay keçəndən sonra aramızda anlaşılmazlıq kar divar kimi duracaq. Nə qədər paradoksal olsa da, “barışdırıcı” və “birləşdirici” Primakov günbəgün biznesin böyük hissəsi, KİV, bir çox siyasilər və Dumanın bütöv fraksiyaları üçün başlıca qıcıqlandırıcı faktora çevrilirdi. Bilərəkdən, ya bilməyərəkdən, o, öz ətrafında bazar iqtisadiyyatına, liberalizmə qarşı olan qüvvələr toplayırdı, istər-istəməz söz azadlığına hücum edirdi və bu, jurnalistləri həyəcanlandırırdı”.
![]()
Heç demə, Primakov mediaya münasibətdə Suslov xəttinin tərəfdarı imiş. Bir gün o, “Rossiya” telekanalının bütün yaradıcı kollektivini yığaraq, bir saat ərzində jurnalistləri danlayıb, onlara yolverilməz tonlarını, səhvlərini göstərib və onları “başa salıb” ki, hökumət haqqında nəyi demək olar, nəyi demək olmaz.
Bir gün Yeltsin təkrar-təkrar jurnalistləri pisləyən Primakova deyib: “Yevgeni Maksimoviç, fikir verməyin, heç kəs bizim aramızı vura bilməz, danışdığımız kimi, 2000-ci ilə qədər bir yerdə işləyəcəyik”.
Primakov bir dəqiqə düşünüb və Yeltsinə təklif edib ki, televiziyadan briqada dəvət olunsun və o, bu sözləri təkrar etsin, ölkə əhalisi də bunu eşitsin.
Yeltsin razılaşıb, bir müddətdən sonra kabinetə televiziyaçılar daxil olublar və Yeltsin deyib ki, 2000-ci il seçkilərinə qədər vəzifəsini icra edəcək, baş nazir isə yeni prezidentin seçkisinə qədər işləyəcək.
Ancaq 1999-cu ilin baharında artıq Yeltsinin fikri dəyişib. Onların arasında anlaşılmazlıqlar davam edib. Bir dəfə hökumət toplantısında ədliyyə naziri may ayında tətbiq ediləcək amnistiya ilə 94 min nəfərin azadlığa çıxacağından danışarkən Primakov nazirin sözünü kəsib və deyib: “Bu, humanizm göstəricisidir, düzgündür. Ancaq bunu həm də ona görə etmək lazımdır ki, iqtisadi cinayətlərə görə içəri basacağımız adamlara yer açılsın” .
![]()
Bundan sonra Yeltsin anlayıb ki, bu adamın əlinə hakimiyyət keçsə, sovet rejiminin repressiya maşınını sazlayıb işə salacaq.
Bunu təşkil etməkdən ötrü Primakovun əlində rıçaqlar və hazır komandası da olub. Onun ətrafındakı köhnə partokratlar Primakovun simasında özlərinə “köhnə əyyamı qaytaraq biləcək” lider görüblər.
Primakov baş nazir postunun inzibati resurslarından istifadə edərək hərəkat formalaşdırmaq, uğurlu seçki kampaniyası aparmaq və seçkilərdə qələbə qazanaraq dövlət başçısı seçilmək niyyətində olub. Onun ətrafındakı qüvvələrin siyasi rəngi, gələcəyə yönəlik niyyətləri Yeltsinə sərf etməyib. Prezident anlayıb ki, bu adamlar onun ailəsi üçün də təhlükə kəsb edirlər.
Həmin vaxt Primakov Gennadi Züqanovun rəhbərlik etdiyi kommunistlərlə vaxtaşırı məsləhətləşmələr aparırmış. Kommunistlər isə Yeltsinin parlamentdə impiçment olunması üçün Dumaya qanun layihəsi təqdim ediblər. Həmin sənəd beş müddəadan ibarət olub: “Rus xalqının soyqırımı”, ordunun dağıdılması, 93-cü ildə Dumaya hücum, Belovejsk sazişi və MDB-nin yaradılması, Çeçenistanda müharibə...
Yəni Züqanov və Primakov SSRİ-nin süqutunu qanunsuz elan etmək və bunda Yeltsini günahkar çıxarmaq istəyiblər. SSRİ-nin demontajının qanunsuz elan edilməsi artıq bütün keçmiş müttəfiq respublikalara qarşı ərazi iddiası, SSRİ-ni bərpa etmək təşəbbüsü demək idi.
![]()
Yeltsin sırf sovet əyyamının bərpa olunmaması üçün qoca kəşfiyyatçını vəzifəsindən götürüb, yerinə gənc kəşfiyyatçını – Vladimir Putini təyin etmək qərarına gəlib.
Tərəfdarları Yeltsinə deyiblər ki, baş nazirin istefaya göndərilməsi impiçmenti qaçılmaz edəcək. Lakin, bu, Yeltsini dayandırmayıb. O, gələcək siyasi varisi kimi nişanladığı Vladimir Putinin yolunu açmaq üçün fəaliyyətə başlyıb.
Ancaq məsələ heç də Yeltsinin istədiyi kimi olmayıb. Primakov öz ərizəsi ilə istefa verməkdən imtina edib. Yeltsin iki dəfə xahiş edib, amma Primakov onun sözünə qulaq asmayıb. Bundan sonra Voloşin hazır istefa ərizəsi ilə kabinetə daxil olub və söhbət bitib.
Maydan avqusta qədər RF-nin baş naziri postunu Sergey Stepaşin tutub. Avqustda isə baş nazir vəzifəsinə Vladimir Putin gəlib. O gələn, bu gələn...
1999-cu ilin mayında Primakovun 69 yaşı olub. O, vəzifəsindən gedəndən sonra Dövlət Dumasının deputatı seçilib, daha sonra (2001-ci ildə) isə Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının prezidenti olub və 10 il bu vəzifədə çalışıb. Primakov 2015-ci ildə 86 yaşında ölüb.
Yəni 2000-ci ildə Putinin yerinə Primakov prezident seçilsəydi, keçmiş SSRİ respublikalarının başına müsibətlər 2014-cü ildən sonra yox, daha tez gələcəkdi. Çünki Primakov SSRİ-ni qorumaq üçün əlini sovet xalqının, konkret olaraq Bakı sakinlərinin qanına bulayanda Putin gənc və iddiasız DTK mayoru idi.
Araz Altaylı, Musavat.com
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
1 yanvar 2026 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
1 yanvar 2026 15:08
- İlham Əliyev onları təbrik etdi
1 yanvar 2026 13:15
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 2025 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 2025 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 2025 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 2025 11:00
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
