Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
Mədəniyyət8 mart 2025 17:01

“Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”...”
Düz bir qərinə - 33 il öncə bu günlərdə Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.
O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb.

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
“1992-ci il mart ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası Elmira Qafarovanın sədrliyi və 271 deputatın iştirakıyla öz işinə başladı. Xocalı şəhərinin düşmən ermənilər tərəfindən dağıdıldığı, minlərlə dinc insanın həlak olduğu deyildi və onların xatirələri yad edldi. Sonra E.Qafarova Ali Sovet(AS) sədri vəzifəsndən azad edilməsi barədə öz yazdığı ərizəni oxudu. Bu haqda deputatlar tərəfindən müxtəlif fikirlər deyilsə də, səsvermə zamanı onun xahişi yerinə yetirildi. Deputat M.Əzimovun təklifi ilə AS sədri vəzifəsinə deputat Yaqub Məmmədovun namizədliyi irəli sürüldü. Onun namizədliyini deputatlar Z. Məmmədov, B.Vahabzadə, T.Kamalov və b. müdafiə etdi.
Deputat Mətləb Mütəllimov bu məsələnin tələm-tələsik həll edilməsinə görə öz iradını bildirdi. O, əlavə etdi ki, Prezident Ayaz Mütəllibov deputat Tofiq Əzizovun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək istərkən də belə hərəkət etdi. İsa Qəmbərov təklif etdi ki, başqa namizədi olan varsa, onu da bilməliyik, yoxsa Y.Məmmədov tribunaya çıxıb öz sözünü desin.
Yaqub Məmmədov ilk sözündə vurğuladı ki, mənə etimad göstərilsə, başladığımız demokratik hərəkatı davam etdirməyə, ictimai-siyasi sabitliyə çalışaraq parlamentdə birliyə nail olacağam.
Rəhim Qazıyev təklif etdi ki, səsvermə açıq şəkildə keçirilsin. Lakin Konstitusiyanın 114-cü maddəsinə və AS reqlamentinin 45-ci maddəsinə əsasən bülletenlər çap edilərək gizli səsvermə keçirildi və Y. Məmmədov AS sədri seçildi.
Deputatlardan biri məlumat verdi ki, Xocalı faciəsi haqda sənədli film çəkilib və mütləq deputatlara nümayiş etdirilməlidir. Deputat Tofiq Bağırov söylədi ki, film həqiqətən dəhşətlidir, ona baxan adam dözüm tab gətirə və sonra ağıllı mühakimə yürüdə bilməz. Hər iki təklif səsə qoyuldu. Heç bir təklif keçmədiyi üçün Y. Məmmədovla İsa Qəmbərov arasında ciddi mübahisə başladı. Təkrar səsvermə aparıldıqda qərar verildi ki, film nümayiş etdirilsin...
Filmə baxıldıqdan sonra Prezident A.Mütəllibova söz verildi. O, referendum, Kommunist Partiyasının ləğvi, Xankəndində ermənilərlə aparılan işlər barədə danışdıqdan sonra ordunun yaradılması işinin çətinliyini bununla izah etdi ki, respublikamızda olan 11 minlik rus qoşununun içərisində vur-tut 362 azəbaycanlı zabit var ki, bu da azlıq təşkil edir. Bununla ordu qurmaq çətindir. O, öz təqsirini hiss etdiyini və özünü bağışlaya bilmədiyini dedi. Bildirdi ki, gərək məsuliyyəti boynuna götürərək fevralın 14-də birləşmiş komandanlıq altında olan MDB ordusuna dair müqaviləyə qol çəkəydi. O, 1982-ci ildə Steapanakertdə(Xankəndi-S.L.) SSRİ-nin 366-cı alayının təşkilinin zibilinə düşdüyünü və elə bu səbəbdən də xalqın qırıldığını bildirməklə Şuşanın müdafiəsində Rəhim Qazıyevin işi nizama saldığını göstərdi, eyni zamanda bəzi məzəmmətlərini də bildirdi.
Prezidentin ardınca bir saatdan artıq çıxış edən Rəhim Qazıyev göstərdi ki, Şuşa ətrafındakı Kosalar və Qaracallı kəndlərindən başqa bütün kəndlərimiz əldən gedib, buna cavabdeh şəxslər isə məsuliyyətə cəlb olunmayıblar. O, Şuşadan Prezidentin adına yazdığı 28 dekabr 1991-ci il və 11 fevral 1992-ci il tarixli məktubları oxudu. Daşaltıda hələ də 70 cavanın meyitinin qaldığını bildirdi. Prezidentin kadr siyasətini pislədi. Lakin Goranboy rayonuna rəhbərlik edən İrşad Əliyevin qarşısında baş əydiyini elan etdi.
Deputat İsgəndər Həmidov göstərdi ki, 20 Yanvar hadisələri A.Mütəllibovu hakimiyyətə gətirdi. İndi onun yəhudi lobbisi var, bu günə kimi ondan istifadə edib. İ.Həmidov tələb etdi ki, Prezident bu gün mütləq istefa versin və bunu xalqa təcili bəyan etsin. Söz alıb danışan Hafizə Nəzərli də A.Mütəllibovun prezidentlikdən istefa verməsini tələb etdi.
Deputat Tofiq Qasımov Konstitusiyanın 121-7-ci maddəsinə əsasən Prezidentin vəzifəsindən götürülməsi məsələsini qoydu və dedi ki, bu prezident qaldıqca Azərbaycanın müstəqillik məsələsi və Qarabağ problemi həll olunmayacaq.
Deputat Etibar Məmmədov göstərdi ki, Prezident Moskvada aldığı tapşırığa əsasən Xocalını ermənilərə təhvil verib. Prezident Azərbaycan xalqının Rusiyanın əlində oyuncağa çevrilməsində vasitəçi rolunu oynayıb, Xocalı faciəsindən sonra dünya xalqlarına müraciət belə etmədi. O göstərdi ki, Mütəllibov 8 sentyabr 1991-ci ildə Prezident seçildikdən sonra Konstitusiyanın 121-3-cü maddəsini pozmuşdur, həm də Silahlı Qüvvələrin Ali Baş komandanı kimi millətinə xəyanət etdiyi üçün istefa verməlidir. E. Məmmədov A.Mütəllibovun vəzifəsindən götürülməsi barədə hazırladığı qərar layihəsinin mətnini oxudu və onu deputatların müzakirəsinə verdi.
Çıxış edən Tahir Əliyev dedi ki, mən müdafiə naziri təyin olunmuşam, lakin nazirliyin adı var, özü yoxdur. Sursat, silah, texnika yoxdur. Ona görə də hamı nazirliyə kömək etməlidir.
Deputat Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı, Baş naziri qanunların həyata keçirilməməsində ittiham etdi, Milli Şuranın işinin iflic vəziyyətdə olduğunu göstərdi.
Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”
Deputat Zemfira Verdiyeva 459 qadının imza atdığı məktubu oxuduqdan sonra onların fikrini çatdırdı ki, Prezident kreslosu uğrunda mübarizəni aradan qaldırmaq üçün müharibə qurtarana kimi siyasi partiyaların fəaliyyəti dayandırılsın...”
Bundan sonra fasilə elan edildi.
(Davamı var)
(Maksim Musayev, “Milli Şura Parlamenti” kitabı, səh. 78-80. Bakı, 2001)
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
2 iyul 2025 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
2 iyul 2025 10:46
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
Xəbər lenti
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
Video & Fotoqalereya
Video
Fotoqalereya