Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. Bunlardan biri də uzun müddətdir məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.
Məktəbin “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilməsi artıq məhkəmədə sübuta yetirilib və bina dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılıb. Məktəb üzərində Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədova təsisçi kimi məhkəmələrdə çəkişsə də, qərar dəyişməyib.
NUH.az xəbər verir ki, Teleqraf.az-ın araşdırması nəticəsində məlum olub ki, məktəbin əsl təsisçiləri nə Kamilə Əliyevadır, nə də Mehriban Məmmədova. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…
Məsələnin təfərrüatını Nailə Rzayeva Teleqraf.az-a müsahibəsində danışıb.
- Gəlin əvvəlcə “Baku Oksford Məktəbi” nin necə yaranmasından başlayaq…
- 1990-cı ildə həyat yoldaşım Tofiq Rzayevlə birgə təhsil mərkəzi açmağa qərar verdik. Təhsil mərkəzinin adını “Günar” qoyduq. Bu, iki qızım – Günel və Nərgizin adlarının birləşməsi idi. Daha sonrakı illərdə ingilis dili kursları açdıq. 1995-ci ildə isə İngiltərə ilə müqavilə imzalayıb razılıq əldə etdik ki, “Oksford” adını kurslara verək. 1997-ci ildə ildə isə rəsmi status veriləndən sonra məktəb açmağa qərar verdik. Bir il sonra isə icarəyə götürdüyümüz binada məktəb açdıq. Bunun üçün lazım olan vəsaiti də Bakıdakı evimizi sataraq əldə etmişdik. Beləliklə “Günar”ın nəzdində “Bakı Oksford Məktəbi” fəaliyyətə başladı. Səbail rayonu ərazisində icarəyə bina götürmüşdük. Zəlzələdən sonra Odlar Yurdu Universitetinin binasında fəaliyyət göstərdik, yenə icarəyə yer götürdük.

- Bəs, 2007-ci ildə nə baş verdi?
- Rasim Məmmədov bizim məktəbə gəldi. Dedi ki, məni şef göndərib.
- Şef deyəndə kimi nəzərdə tuturdu?
- Ramiz Mehdiyevi. Dedi ki, biz sizə gözəl bina verəcəyik. Təklif etdi ki, birləşək. O zaman məktəbin üç təsisçisi var idi, 80 faizi bizim idi. Biz də dedik ki, niyə satmalıyıq? Biz sadəcə, özümüzə icarəyə bina axtarırıq. Onda bizə bir neçə yerdən də bina ilə bağlı təklif gəlmişdi. Sonra elə oldu ki, təklif edən adamlar müəmmalı şəkildə geri çəkildilər.

- Düşünürsünüz ki, həmin adamlara müdaxilə etmişdilər?
- Yüz faiz.
- Bəs necə oldu ki, sonda razılaşdınız?
- Həmin vaxt yoldaşım infrakt keçirmişdi. Müqavilə imzalamaq üçün görüşəndə sənədə baxdım ki, bizim əlimizdən hər şeyi almaq istəyirlər.
- Müqavilədə nə yazılmışdı ki?
- Müqavilədə əsas təsisçi kimi Çanturiya Nazı Georgiyevna göstərilmişdi. Bu xanım Ramiz Mehdiyevin həyat yoldaşının bacısıdır. Rasim Məmmədov digər təsisçi Adil Sultanova 40 min manat verdi ki, məhkəmədə bizim əleyhimizə danışsın. O da dedi ki, məktəb yox idi, hər şeyi Rasim Məmmədov qurub. Mən artıq bu proseslərdən sonra çıxmaq qərarına gəldim. Mənə dedilər ki, üç il də işlə, pulunuzu qaytaracağıq. 2008-ci ildə də həyat yoldaşım rəhmətə getdi.

- Hər şey belə asan olmamalıdır axı…
- Rasim Məmmədov Nardarandakı bağımıza gəldi. Əlindəki çantada avtomat gətirmişdi. Çantanı açıb avtomatı göstərdi. Dedi, Nailə xanım, siz bilirsiniz də biz kimik? Bizə “yox” demək olmaz. Qızım onda ABŞ-də idi. Xəstə atasını görməyə gəlmişdi. Qorxdum, dərhal qızımı yenidən xaricə göndərdim.

- Bəs, hər hansı hüquqi yardım üçün addım atmadınız?
- Beynəlxalq şirkətlə danışdım, mənə dedilər ki, bu işdə Ramiz Mehdiyevin adı varsa, bu şikayəti heç kim götürməyəcək.
- Sizə nə qədər ödəniş etməliydilər?
- Bizə 80 faiz paydan 23 faiz saxladılar. Bizə 2 milyon manat ödəniş etməliydilər. Amma sonra dedilər ki, sizi öldürmək bizə daha ucuz başa gələr.
- Bunu sizə kim dedi?
- Rasim Məmmədov.
- Bildiyiniz kimi, həmin bina dövlət tərəfindən hazırda müsadirə olunub. Bir ara Rasim Məmmədovun xanımı Mehriban Məmmədova ilə Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın sözügedən məktəb binası üzərində məhkəmə mübahisəsi yaranmışdı.
- O bina Rasim Məmmədov “Baku Steel Company”də işləyəndə tikilmişdi. Amma bu, Rasimin öz pulu deyildi, “Baku Steel Company”dən mənimsənilən pullarla başa gəlmişdi ki, bu da məhkəmədə artıq sübut olunub, siz də dediyiniz kimi, dövlət tərəfindən müsadirə edilib. Ramiz Mehdiyev olmasaydı, Rasim Məmmədov o binanı tikə, heç “Baku Steel Company”də rəhbər də olmazdı.
- Sonradan ABŞ-yə köçməyiniz baş verənlərə görə idi?
- Qəlbim yaman sınmışdı. Belə olmaz axı. Adamın əlindən biznesi alırlar, heç kimə də müraciət edə bilmirsən. Siz inanırsınız, 2023-cü ildə məhkəmədə ifadə verəndə, mənə dedilər ki, Ramiz Mehdiyevin adını çəkmə.
- Hansı məhkəmədə?
- Bakı Kommersiya Məhkəməsində.
- Bunu hakim deyirdi?
- Həm hakim, həm də onların vəkili.

- Ramiz Mehdiyevlə və ya yaxınları ilə sonradan görüşüb məsələni aydınlaşdırmaq imkanınız olmadı?
- Xeyr. Heç kim onlara heç nə deyə bilmirdi. Bizi arxayın etmişdilər ki, pulumuzu ödəyəcəklər. 2013-cü ilə qədər onlarla işlədim, amma sonra elə vəziyyət yarandı ki, bu, artıq mümkün deyildi.
- Necə bir vəziyyət yarandı ki?
- Hər şeyi açıqlamaq istəmirəm. Təsəvvür edirsiniz, mənim katibəm Aygün Məmmədovanı məktəbə direktor təyin etdilər. İndi də direktor odur. Yaxşı kofe hazırlayırdı, amma təhsildə… Mən təklif etdim ki, gəlin başqa adamı direktor təyin edək, burada yüksək təhsilə sahib müəllimlərimiz var. Amma Rasim Məmmədov dedi ki, yox, direktor Aygün olacaq. Bu, hamını şoka salan qərar idi.
- Siz də həmin vaxt qətiləşdirdiniz ki, onlar sizə ödəniş etməyəcəklər?
- Həmin vaxt Rasim Məmmədovla danışdım. Dedim, başa düşürəm ki, siz mənim artıq burada olmağımı istəmirsiniz. Dedim, heç olmasa, mənə saxladığınız 23 faiz təsisçi payının ödənişini edin. Dedilər, yox, sizi öldürmək daha sərfəlidir. Mən çox istədim ki, cənab Prezident bu məsələyə baxsın, bu məktəbi dövlət nəzarətə götürsün. Mən əmək sərf etdiyi məktəbi təmənnasız işlətməyə hazıram. Bu, Azərbaycan, bizim uşaqlarımızın gələcəyi üçün çox vacibdir.

- Rasim Məmmədovdan sonra Ramiz Mehdiyevlə bağlı cinayət işinin başlanmasına reaksiyanız necə oldu?
- Deyim ki, sevindim, yox. Dövlətə xəyanət ittihamını heç cürə bağışlamaq olmaz. Amerika vətəndaşı olsam da, Azərbaycan mənim vətənimdir.
- Bəs, “Bakı Oksford Məktəbi”ndə uşaqların təhsilini, gələcəyini sual altında qoymaq sizcə, millətə də xəyanət deyilmi?
- Birmənalı! Bilirəm ki, bu şəbəkə Azərbaycandakı bir sıra təhsil lahiyələrinə icazə verməyiblər.
- Bir məsələ də maraqlıdır, məktəbin davasını Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva aparsa da, bizə təqdim etdiyiniz sənədlərdə PA-nın sabiq rəhbərinin baldızı Çanturiya Nazının adı qeyd olunub.
- Biz Çanturiyanı ümumiyyətlə, görməmişik. Nə alqı-satqı müqaviləsi imzalayanda, nə də ondan sonra. İndi məktəbin rəhbəri Rasim Məmmədovun xanımıdır, direktor da mənim keçmiş katibəm. Sonradan Amerikaya köçdüm, illər sonra Bakıya qayıtdım. Gələn digər təkliflərlə paytaxımızda “Oxbridge Akademiyası”nı yaratdım və yüzlərlə şagirdin Azərbaycanın gələcəyi üçün formalaşmasında iştirak edirik. Bu, mənim üçün prinsipal məsələ idi. Onların əməllərinə baxmayaraq, Azərbaycandan küsmədim, vətənimə qayıtdım və fəaliyyətimi davam etdirdim
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
