Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?

17 yaşından preparator, laborant, mühasib, icra başçısı işləyən və dövlətdən konkret məbləğdə maaş alan Rövşən Bağırov dəyəri milyonlar olan sərvətə necə sahib olub ?
17 yaşından dövlət müəssisələrində PREPARATOR (?), laborant, mühasib, baş mühasib işləyən və 2007-ci ildə Ramiz Mehdiyevin “xeyir-duası” ilə Lerik boyda rayona icra başçısı təyin olunan Rövşən Bağırovun karyerasına nəzər salanda adam mat-məəttəl qalır.
Heç bir idarəetmə təcrübəsi olmayan bu şəxs Lerik boyda rayonu necə idarə edə bilərdi ?
15 il ( 2007-2021-ci illər ) Lerikin icra başçısı olan Rövşən Bağırov 5 ildir Ağsunun icra başçısıdır.
Bu qısa məlumatdan bəlli olur ki, Rövşən Bağırov 17 yaşından bu günədək müxtəlif dövlət müəssisələrində çalışıb və dövlətdən müəyyən məbləğdə əmək haqqı-maaş alıb və bu gün də alır.
Bəs onda Rövşən Bağırov dəyəri on milyonlar olan əmlaka necə sahib olub ?
Bu yazıda məqsədimiz bu məsləyə aydınlıq gətirməkdir.
Qeyd edəcəklərimiz hamısı mediada ( “Modern.az” 16.01.2011, “İdeologiya” xəbər portalı, 20.09.2014, “XalqXeber” saytı, 08.01.2015, ”Qaynarxətt” RİM, 02.03.2015, “Rublika.az” saytı, 05.11.2015, “Günxəbər.Com saytı, 16.09.2015, “AFN News. Saytı, 11.09.2015, “Qaynarinfo” saytı, 25.01.2016, “Xəbərçi Tv” 29.01.2016, “7news.az” saytı, 23.01.2016, Xəbər.TV 10.02.2016 və sair) dərc olunan və Rövşən Bağırov tərəfindən təkzib olunmayan məlumatlardır.
Mediada dərc olunan məlumatlardan bəlli olur ki, əslində Lerikdə icra başçısı olduğu ( 2007-2021-ci illər) 15 ildə Rövşən Bağırov rayonun heç bir problemini həll etməyib və rayona özünün şəxsi biznes obyekti kimi baxıb.
Mediada yazılanlardan və təkzib olunmayan məlumatlardan təkcə birinə nəzər salaq:
Rövşən Bağırov rayonun təhsil sistemini korrupsiya girdabına düçar etmişdi.
Orta məktəb direktorlarının yana-yana mediaya dediklərini təqdim edirik: “Hətta, dövlətin dəftərxana ləvazimatları üçün hər məktəbə ayırdığı 300 (üç yüz) manat vəsaitin də, 225 (iki yüz iyirmi beş) manatı nağd şəkildə geri alınır. Bunun 150 manatı Rövşən Bağırova, 50 manatı təhsil şöbəsinin müdirinə çatırdı.
icra başçının göstərişi ilə rayonun bütün müəllimlərinin maaşlarından 50 manat tutulurdu. .
Rayonun nadir ağaclara malik meşə massivləri qırılaraq Rövşən Bağırovun himayə etdiyi şəxslər tərəfindən satış məqsədi ilə başqa yerlərə daşınırdı.
Əhaliyə verilən sosial yardımların 50%-i mənimsənilirdi.
Dövlətin fermer təssərrüfatlarına, kəndlilərə ayırdığı sübsidiyaların bir hissəsi icra başçısı tərəfindən mənimsənilirdi.
Rövşən Bağırov rayonun Lənkərançay boyu meşə torpaqlarını qeyri-qanuni olaraq, öz qohumlarının adına özəlləşdirib satırdı.
Biz hələ abadlıq və quruculuq adı altında mənimsənilən milyonları demirik.
Mətbuatda Rövşən Bağırovun Səbail rayonu “Dostluq” parkı yaxınlığında tikdirdiyi və dəyəri milyonlar olan villasından bəhs edilir.
Biz hələ Eldar Mahmudovun Rövşən Bağırova himayədarlıq etməsindən bəhs etmirik.
Rövşən Bağırov eyni əməlləri 5 ildir Ağsu rayonunda daha pis formada davam etdirir.
İndi yazının girişində qoyduğumuz sualın cavabı məlum oldumu ?
Yəni 17 yaşından hər ay konkret məbləğdə dövlətfən əmək haqqı alan Rövşən Bağırov hansı yolla on milyonlar dəyəri olan mülkə, sərvətə sahib olub.
İndi başqa suala keçək.
Əgər yuxarıda sadaladıqlarımızı adi media mənsubları araşdırıb ortaya qoya bilirsə, adı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi olan dövlət qurumu niyə Rövşən Bağırovun korrupsiya əməlləri barədə susmağa üstünlük verir ?
Növbəti yazıda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Bizi izləyin.
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12